Month: June 2024

  • 17 yaşlı Aysunun qətli: “Evlərində olmuşam, amma mən öldürməmişəm”

    Ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın qətlə yetirilməsi cinayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

    “Qafqazinfo”nun məlumatına görə, bu yaxınlarda Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızı öldürməkdə ittiham olunan 24 yaşlı Sərvin Məmmədova 15 il həbs cəzası verilib.

    İstintaq cinayəti araşdırarkən dəhşətli faktların üstünü açıb. İstintaq materiallarında yazır ki, Sərvin Aysunla qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun “Instagram” hesabını alıb.

    Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

    Hadisə günü…

    Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.

    Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

    S.Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

    Amma təqsirləndirilən şəxs Aysunu öldürmədiyini deyir. O, ilkin istintaq vaxtı cinayəti boynuna alsa da, məhkəmədə inkar edib. Deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar. İttiham tərəfi ona Aysunun evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.

    Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Hüquqi varis qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

    Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib.

    Hökmə əsasən, S.Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.

  • “Porsche”dən oğurlanmış 94 minlik “Rolex” Etibar Pirverdiyevindir? – FOTO

    Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proseslərdən biri başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə qarşısına çıxarılan 1994-cü il təvəllüdlü Röyal Ocaqlı və 1998-ci ildə anadan olmuş Elzamin Abdullayev Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndiriliblər.

    Bildirilib ki, hər iki şəxs Goranboyun Boluslu kəndinin sakinləridir və Bakının Nərimanov rayonu Etibar Qocayev küçəsində avtoyuma məntəqəsində birgə işləyiblər. Onlar Səməd adlı şəxsin avtoyuma məntəqəsinə gətirərək yumaya təqdim etdiyi “Porsche Cayenne” markalı avtomobilin saxlanc yerindən 93 500 manat dəyəri olan “Rolex GMT-Master İİ Rot Beer” markalı qızıl qol saatını oğurlayıblar. Hadisədən bir gün sonra Səməd maşındakı bahalı saatın yerində olmadığını görərək “moyka”ya qayıdıb. O, saatın orada oğurlanmasından şübhələnərək Röyalı sorğu-sual edib. Bir neçə gün ərzində həmin məntəqəyə gəlib-gedən və Elzaminin işdə olmamasından daha da şübhələnən şəxs saatını geri ala bilməyincə polisə müraciət edib.


    Röyal və Elzamin polis tərəfindən saxlanıldıqdan sonra qızıl saatın onlar tərəfindən oğurlanması müəyyən edilib. Bəlli olub ki, hər iki şəxs əvvəlcə saatı satmaq üçün Gəncəyə gediblər. Lakin orada sata bilməyərək Bakıya qayıdıblar və “Laçın” ticarət mərkəzində yerləşən qızıl mağazasında 163 qram çəkisi olan saatı qramı 70 manatdan, cəmi 11 500 manata satıblar. Pul hər iki şəxsin arasında bölünüb.

    Təqsirləndirilən şəxslərdən Röyal Ocaqlının yaxınları məhkəmə iclası zamanı saatın oğurlandığı “Porsche” markalı avtomobilin “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu və Səməd adlı şəxsin onun sürücüsü olduğunu iddia ediblər.

    Röyal Ocaqlının anası Rübabə Sərdarlı isə açıqlamasında qeyd edib ki, sözügedən bahalı saat da E.Pirverdiyevə məxsusdur və onun sürücüsü sadəcə önə verilir.

    Zərərçəkmiş şəxs qismində tanınan Səməd adlı sürücü isə saatın özünə məxsus olduğunu və Abbas adlı şəxsin ona hədiyyə etdiyini, lakin bu qədər bahalı olduğunu bilmədiyini deyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə təqsirləndirilən şəxslərin hər birinə 7 il həbs cəzası verilib.

    Təqsirləndirilən şəxslərin yaxınları işə sədrlik edən hakim Telman Hüseynovun Etibar Pirverdiyevin yaxın qohumu olduğunu bildirərək işə düzgün baxılmadığını düşündüklərini qeyd ediblər və apellyasiya instansiyasına şikayət ediblər.

  • Üç rayonumuz atəşə tutuldu

    İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

  • Число пострадавших в ходе акции у парламента Армении достигло 101

    Число пострадавших в ходе акций и столкновений с полицией у парламента Армении достигло 101, сообщили в Минздраве страны. Речь идет о гражданских лицах и полицейских.

    Отмечается, что 85 из них получили медпомощь и выписались. Состояние пациента, кому вчера ампутировали кисть из-за ранения в результате взрыва светошумовой гранаты, оценивается как удовлетворительное.

    Остальные 16 человек продолжают получать помощь.

    Отметим, что в ходе столкновений полиция использовала светошумовые гранаты для разгона протестующих. В свою очередь, Следственный комитет инициировал производство по статье об организации массовых беспорядков.

  • Ermənistandakı toqquşmalarda 100-dən çox insan xəsarət alıb

    İyunun 12-də axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.

    Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Yaralılar arasında etirazçılar və polis də var. 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.

    Xatırladaq ki, parlament binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı toqquşma zamanı polis səs qumbaralarından istifadə etməyə başlayıb.

    Mənbə: Ermənistan KİV

  • Təkrarlanan yuxular: Həyatınızı necə dəyişdirə bilərlər?

    Təkrarlanan yuxular həyatımıza sirli təsir göstərir. Şüuraltında gizlənən hisslər təkrar-təkrar üzə çıxır və bizi daha dərinə baxmağa sövq edir.

    Median.Az xəbər verir ki, bu yuxular vasitəsilə şüuraltı diqqətimizi cəlb edir və real həyatda qarşılaşdığımız problemlərin həlli yollarını təklif edir. Yuxu nə qədər tez-tez və yaddaqalan olarsa, ona bir o qədər diqqət yetirmək lazımdır.

    Təkrarlanan yuxuların əsas ideyası, uzun müddətdir bizi narahat edən bir vəziyyətlə bağlı əhəmiyyətli bir mesaj verməsidir.

    Bəs, bu yuxular bizə nə deməyə çalışır?

    Təkrarlanan yuxuların və kabusların əksəriyyəti uşaqlıq və yeniyetməlik illərimizdən qaynaqlanır. Bu yuxular həyatımızın bizə mənfi təsir edən tərəflərini düzəltmək zərurətindən xəbər verir. Bunlar davranış nümunələri, məhdudlaşdıran inanclar və ya şəxsiyyət xüsusiyyətləri ola bilər. Bu problemləri həll etmədən psixi sağlamlığımızı riskə atırıq. Təəssüf ki, gündəlik stress həmişə olacaq, lakin daxili münaqişələri başa düşmək və həll etmək bizə bunun öhdəsindən daha yaxşı gəlməyə kömək edə bilər.

    Yuxularda bizi təqib edən mənfi elementlər, istər cinlər, istərsə də canavarlar, onları “kölgə” adlandıran psixiatr Karl Yunqa görə, tənqid etdiyimiz və onlardan qurtulmağa çalışdığımız hissələrimizi təmsil edir. Onlar qəsdən və ya bizim xəbərimiz olmadan mövcud ola bilər. Biz bu “kölgələri” qəbul etdikdən və yenidən əlaqə qurduqdan sonra onlar bizi təqib etməyi dayandıracaqlar.

    Təkrarlanan yuxularda ümumi simvollar və onların təfsiri:

    “Stalking” və ya hücum: Stalker qorxduğumuz hissləri simvollaşdırır. Bu, şəxsiyyətimizin qəbuledilməz hissəsinin bir versiyasıdır və onu düzgün ifadə etməyi öyrənsək, bizə fayda verəcək.

    Sərbəst düşmə: Yuxuda yıxılmaq nəzarətin itirilməsi, narahatlıq və ya dəstəyin olmaması hisslərini simvollaşdırır. Bu, “yerə enmək” və həyat üzərində nəzarəti əldə etmək ehtiyacını ifadə edə bilər.
    Avtomobilinizin nəzarətdən çıxması: Bu yuxu vəziyyətə nəzarəti itirdiyimizi ifadə edə bilər. Yavaşlamağa və həyatdan zövq almağa ehtiyac olduğunu göstərir.

    İmtahana hazırlıqsız getmək: Bu yuxu mühüm hadisə və ya tapşırıq üçün hazırlıqsız olma ehtimalını əks etdirə bilər. Bunun üçün hazırlıq və prioritetlərə diqqət yetirməyə ehtiyac var.

    Danışa və ya hərəkət edə bilməməyiniz: Bu yuxu ümidsizlik və həqiqi hisslərinizi ifadə edə bilməməyinizi simvollaşdırır. Ola bilsin ki, biz gündəlik şəraitdə tələyə düşmüşük.

    Heç kimin fərqinə varmadan ictimai yerlərdə çılpaq gəzmək: Bu yuxu zəiflik və etibarsızlıq hisslərini göstərir. Başqalarının bizim utancımızın fərqinə varmaması onu deməyə əsas verir ki, bu bizim daxili təcrübəmizdir.

    Tələyə düşmək: Bu yuxu həyatda ilişib qaldığımızı bildirir. Bu, daha açıq və dəyişikliklərə hazır olmağın zəruriliyini göstərir.

    Təkrarlanan yuxular, həyatımızda vacib yer tutur.

    Yuxu yozanların sözlərinə görə, şüuraltımızın bizə nə deməyə çalışdığına diqqət yetirməyə dəyər. Bu gizli mesajları deşifrə edə bilsəniz, indiki və gələcək həyatınızı daha yaxşı idarə edə bilərsiniz.//lent.az

  • İsmayıllıda DƏHŞƏT: 3 uşaq atası özünü asdı

    İsmayıllıda intihar hadisəsi olub.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, rayon sakini 56 yaşlı Nəsib Əhmədov yaşadığı evdə tək olarkən özünü asıb.

    Məlumata əsasən, N. Əhmədov 3 uşaq atası olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Vatsapda skrinşot mümkün olmayacaq

    Vatsap tərtibatçıları sosial şəbəkədə istifadəçi profillərinin skrinşotlarının yaradılmasının qarşısını alan yeni funksiya tətbiq ediblər.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

    Hələlik yenilik yalnız iPhone üçün 24.10.10.70 nömrəsi altında vatsapın beta versiyasında işləyir. Tətbiqin bu versiyasının istifadəçiləri başqasının profilinin skrinşotunu çəkməyə çalışarkən indi bu hərəkətin qadağan olunduğu barədə xəbərdarlıq görürlər.

    “Skrinşot bloklanıb. Vatsap istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb”, – bildirişdə deyilir.

  • Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınız

    Yağlı bişirmə kağızları mətbəxlərdə geniş şəkildə istifadə edilən vasitələrdən biridir. Son dərəcə gigiyenik və istiliyədavamlı olan bu kağızlar müxtəlif məqsədlər üçün istifadə olunur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, əsasən çörək və ya digər un məmulatlarının yapışmaması və asan çıxarılmasını təmin edən bu kağızlar uzun illər sağlamlıq üçün faydalı hesab olunub.

    Çünki bu yağlı kağızlar əlavə yağ istifadəsinə mane olur.

    Həmçinin sobanın içindəki havanın təmiz qalmasına səbəb olur.

    Lakin mütəxəssislər son illərdə bu kağızların zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bişirmə kağızlarının bəzi növləri insan sağlamlığını təhdid edir. Söhbət ağ rəngdə olan bişirmə kağızlarından gedir. Bu kağızlar xlorla ağardılır. Xlorun tərkibində dioksin var. Bu cür bişirmə kağızından istifadə uzun müddətdə hormon pozğunluğna səbəb ola bilər. Bu halda əsasən də tiroid hormonlarının və estrogen hormonunun balansı pozulur.

    Bundan əlavə, bəzi insanlarda dəri problemlərinə və allergiyaya səbəb olması mümkündür.

    Bildirilir ki, əsas tərkib hissəsi sellüloza olan və ağardılmayan bişirmə kağızları daha təhlükəsizdir.

    Selüloz liflərindən hazırlanan bu kağızlarda xlor yoxdur.

    Buna görə də ağ deyil, bir qədər qəhvəyi rəngli və xammalı sellüloza olan kağızlardan istifadə etməyiniz tövsiyə olunur.

  • Aktyor Əlibala Əsgərov vəfat edib

    Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.

    Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.//report.az