Month: June 2024

  • Ağdam Muğam Mərkəzi nə vaxt istifadəyə veriləcək?

    “Bu il oktyabr ayının ikinci yarısında Ağdam Muğam Mərkəzi istifadəyə veriləcək”.

    Bunu “Report”a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    Onun sözlərinə görə, Ağdamda çox böyük miqyasda işlər aparılır.

    E. Hüseynov vurğulayıb ki, həm şəhərdə, həm ətraf kəndlərdə, eyni zamanda həm daxili infrastruktur layihələri çərçivəsində, həm sosial obyektlərin tikintisi, mədəni irsimizin qorunması istiqamətində sürətli işlər aparılır.

  • Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    İyunun 29-dan iyulun 1-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya İdarəsindən bildirilib.

    Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Azərbaycanda tikinti şirkəti böyük məbləğdə cərimələndi

    “Salmanoğlu İnşaat-79” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Yevlax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

  • Bakıda qıza görə başından güllələnən Turalın sevgilisi: “Məni şantaj edirdi” – FOTO

    Bir neçə gün əvvəl 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyev tərəfindən qətlə yetirilən Tural Kosayevin sevgilisi sosial şəbəkələrdə müxtəlif paylaşımlar edib.

    Modern.az xəbər verir ki, o, “Instagram” səhifəsindəki paylaşımda bunları yazıb:

    “Bilirəm, Turalın ölümünün səbəbkarı mən oldum. Amma İsmayıl əl çəkmirdi. Mənə atdığı səslər var. Məni şantaj edirdi. Mən də Turalla görüşdüm. Tural məni qorumaq üçün onunla söhbət edirdi. Sonra silah səsi eşitdim. Mən çox ağır travmadayam. Bilib-bilmədən danışmayın. Tural, səni çox sevirəm”.

    Qeyd edək ki, qətl hadisəsi iyunun 26-da Bakının Nərimanov rayonunda gecə saatlarında törədilib. Hadisənin qıza görə olduğu bildirilir.

  • В Баку задержан подозреваемый в краже дорогой собаки

    В Бинагадинском районе Баку похитили дорогую собаку.

    Как сообщает lent.az, в полицию поступила информация о краже породистой собаки из одного из домов на территории района.

    Правоохранители выявили и задержали подозреваемого в совершении указанного деяния Али Алиева.

    По данному факту ведется расследование.

  • Bakıda bahalı iti oğurlayan şəxs TUTULDU

    Bakıda bahalı it oğurlanıb.

    Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Rayon ərazisindəki evlərdən birində bahalı cins it oğurlanıb. Bu barədə polisə məlumat verilib.

    Həyata keçirilən tədbirlər nəticəsində bahalı iti oğurlamaqda şübhəli bilinən Əli Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xəzərdə ƏMƏLİYYAT: Azərbaycana tütün məmulatlarının keçirilməsinin qarşısı alındı – VİDEO

    Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

    İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200 000 ABŞ dolları dəyərində ümumilikdə 28 836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Milli Məclis buraxıldı, növbədənkənar seçkinin vaxtı təyin edildi – RƏSMİ

    Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    President.az-ın xəbərinə görə, sərəncamda deyilir:

    “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarını və “Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il 27 iyun tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

    2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilsin”.

  • В Баку ограничено движение автобусов на двух проспектах

    В связи с ремонтными работами, проводимыми на дорогах Баку, с сегодняшнего дня до 06:00 30 июня будет полностью ограничено движение транспортных средств на Парламентском проспекте и части проспекта Ататюрка в направлении станции метро “Гянджлик”.

    Об этом сообщили в Азербайджанском агентстве наземного транспорта (AYNA), действующем при Министерстве цифрового развития и транспорта.

    Регулярные автобусные маршруты №3, 18, 39 и 205, проезжающие по Парламентскому проспекту, будут двигаться по улицам Микаила Мушфига и Мехди Гусейна. Маршруты №3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 и 211, проезжающие по проспекту Ататюрка, будут двигаться по проспекту Азадлыг и улицам Агасадыга Герайбейли, Гасана Алиева, Ахмеда Раджабли, Фатали хана Хойского и Ибрагимпаши Дадашова.

  • Bakıda iki prospektdə avtobusların hərəkəti məhdudlaşdırılır

    Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektlinin “Gənclik” metrostansiyası istiqamətindəki hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edəcək.