Month: June 2024

  • Türkiyədə kəskin istilər: 40 dərəcəni keçəcək

    Türkiyənin cənub bölgələri başda olmaqla, bir çox yerlərində havanın temperaturu çərşənbə günündən etibarən 8-12 dərəcə yüksələcək və 40 dərəcəni keçəcək.

    Antalya kurortunda və ətraf ərazilərdə termometr 45 dərəcəyə qədər yüksələ bilər. Bu barədə respublikanın ekologiya naziri Mehmet Özhaseki bildirib.

    Onun sözlərinə görə, bu həftə Ankara və İstanbulda hava isti olacaq – müvafiq olaraq 34-36 və 32-34 dərəcə. Türkiyənin mərkəzi və cənub-şərqini, xüsusilə Diyabəkir və Şanlıurfa vilayətlərini 40 dərəcə istilər əhatə edəcək.

    Meteoroloqlar Türkiyədə isti havanın ən azı həftənin sonuna qədər davam edəcəyini və temperatur rekordunun qeydə alındığı keçən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olacağını gözləyirlər.

    Mənbə: TRT

  • Amsterdam Çin kameralarından imtina edir

    Amsterdam şəhər bələdiyyəsi “insan hüquqları və casusluqla bağlı narahatlıqlara görə” Çin istehsalı olan kameralardan istifadəni dayandıracaq.

    Bunu Şəhər Şurasının İnformasiya və Kommunikasiya Texnologiyaları Siyasəti üzrə üzvü Aleksander Şolts deyib.

    O, Şuraya yazdığı məktubda Çin kameralarının beş il ərzində mərhələli şəkildə ləğv edilməsinin planlaşdırıldığını vurğulayıb.

    Məlumata görə, hazırda Amsterdamda 1280 Çin kamerası müxtəlif bələdiyyə tapşırıqlarını yerinə yetirmək, o cümlədən açıq havada müşahidə və ya yollarda nəqliyyatın hərəkətini izləmək üçün istifadə olunur.

    Mənbə: gazeta.ru

  • В России потерпел крушение самолет Су-34

    Самолет Су-34 Воздушно-космических сил (ВКС) России потерпел крушение в горах Алагирского района Северной Осетии.

    Об этом сообщили в Минобороны РФ.

    “В Республике Северная Осетия – Алания в горной местности при выполнении планового учебно-тренировочного полета потерпел крушение самолет Су-34 ВКС России. Самолет упал в безлюдной местности. На земле разрушений нет. Экипаж, состоящих из двух пилотов, погиб”, – сказали в ведомстве.

    Предварительная причина авиакатастрофы – техническая неисправность.

    “На место падения самолета вылетела комиссия ВКС”, – добавили в оборонном ведомстве.

    Источник: ТАСС

  • Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var

    Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

    “Şimali Osetiya-Alaniya Respublikasının dağlıq ərazisində planlı təlim-məşq uçuşu zamanı Rusiya HKQ-nin “Su-34″ təyyarəsi qəzaya uğrayıb. Təyyarə əhalisi olmayan əraziyə düşüb. Ərazidə dağıntı yoxdur. Heyət həlak olub”, – deyə qurumdan bildiriblər.

    Təyyarə qəzasının ilkin səbəbi texniki nasazlıq ola bilər.

    “Təyyarənin düşdüyü əraziyə HKQ-nin komissiyası göndərilib”, – Müdafiə Nazirliyindən əlavə ediblər.

    Respublikanın operativ xidmətlərinin məlumatına görə, Alaqir rayonunun dağlarına düşən təyyarədə iki pilot olub.

  • Выборы президента ЮАР состоятся 14 июня

    Выборы следующего президента Южно-Африканской Республики состоятся 14 июня на заседании нового состава нижней палаты парламента – Национальной ассамблеи.

    Как передает Report со ссылкой на ТАСС, об этом объявил главный судья ЮАР Раймонд Зондо.

    “Следующий президент ЮАР будет избран в пятницу, 14 июня, в Кейптауне на первой сессии Национальной ассамблеи, которая начнет свою работу в 10:00”, – сообщил он.

    Партия “Африканский национальный конгресс” (АНК) выдвинула на пост главы государства действующего президента ЮАР и своего лидера Сирила Рамапосу. Ему необходимо набрать половину плюс один голос депутатов палаты, которая насчитывает 400 человек.

    Как сообщалось ранее, по итогам состоявшихся в ЮАР 29 мая всеобщих выборов АНК завоевала в Национальной ассамблее 159 депутатских мандатов. Ей не хватает 42 голосов для формирования правительства и переизбрания Рамапосы на второй президентский срок.

  • CAR-da prezident seçkiləri iyunun 14-də keçiriləcək

    Cənubi Afrikada növbəti prezidentin seçkiləri iyunun 14-də ölkə parlamentinin aşağı palatasının – Milli Assambleyanın yeni tərkibinin iclasında baş tutacaq.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın baş hakimi Raymond Zondo bildirib.

    “Cənubi Afrikanın növbəti prezidenti cümə günü, iyunun 14-də Keyptaunda saat 10:00-da işinə başlayacaq Milli Assambleyanın ilk iclasında seçiləcək”, – o deyib.

    “Afrika Milli Konqresi” (ANC) partiyası dövlət başçısı vəzifəsinə Cənubi Afrikanın hazırkı prezidenti və partiyanın lideri Siril Ramafosanın namizədliyini irəli sürüb. Ona 400 deputatdan ibarət olan palatada 201 səs toplamaq kifayətdir.

    Daha əvvəl xəbər verdiyimiz kimi, mayın 29-da Cənubi Afrikada keçirilən ümumi seçkilərdən sonra ANC Milli Assambleyada 159 deputat mandatı qazanıb. Hökuməti qurmaq və Ramafosanı ikinci prezidentlik müddətinə yenidən seçmək üçün onun 42 səsi çatmır.

  • Ramanada fərdi yaşayış evində partlayış olub, xəsarət alan var

    Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

    Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

    FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

  • Almaniyada iki qatar toqquşdu: Xəsarət alanlar var

    Almaniyanın Hannover şəhərində iki “S-Bahn” qatarı toqquşub.

    Bu barədə şəhər polisi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

    İnsident nəticəsində 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

    Məlumata görə, fövqəladə hadisə sərgi mərkəzinin ərazisində, dəmir yolu stansiyasının yaxınlığında baş verib. Toqquşma nəticəsində qatarlardan birinin maşinisti kabinədə sıxılmış vəziyyətdə qalaraq ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Daha 9 sərnişin yüngül xəsarət alıb.

    Zərərçəkənlər arasında uşaqlar da var.

    Qeyd edilir ki, qatarların toqquşmasının səbəbləri hələ ki məlum deyil.

    Mənbə: TASS

  • Stanislav Çerçesov Azərbaycanla oyunu tirubunadan izləyəcək

    Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov Azərbaycanla keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə komandasına rəhbərlik etməyəcək.

    “Report” “Sport24.ru” saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilet Barmenkulov açıqlamasında deyib.

    Rusiyalı mütəxəssis iyunun 11-də rəsmən yığmaya baş məşqçi təyin olunsa da, həmin gün Azərbaycan millisinə qarşı baş tutacaq matçı tribunadan izləyəcək.

    Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

  • В Джалилабаде 13 тыс. мальков выпущены в искусственный водоем

    В селе Халилабад Джалилабадского района в искусственный водоем выпущено около 13 тыс. мальков.

    Как сообщает муганское бюро Report, процесс был реализован волонтерами.

    Цель заключается в повышении численности рыбы в указанном водоеме.

    Меры также были направлены на поддержку адаптации объема рыбной продукции в водоеме к потребностям населения и продвижение деятельности по защите рыбных ресурсов.