Month: June 2024

  • Bayram namazının vaxtı AÇIQLANDI

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

    Median.Az həmin fətvanı təqdim edir:

    “Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

    Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər ab-havasında – separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirirlər. Bu şərəf və qüruru bizə yaşadan, Azərbaycan tarixində Qarabağ fatehi və Böyük Qayıdışın müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən dövlət başçımız İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban Əliyevaya və bütün ailə üzvlərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.

    Azərbaycan müsəlmanları adından duamız budur ki, Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

    Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

    Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq – böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

    Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da məscidlərimizdə bayram namazları qılınacaq, inşallah. Аzərbаycаndа Qurbаn btаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah, səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq.

    Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!”

  • В Азербайджане мужчина забил до смерти племянника

    В Агджабединском районе произошло убийство.

    Согласно полученной oxu.az информации, житель Имишлинского района Натиг Бабаев (1985 г.р.), работавший пастухом на ферме в селе Периогуллар, забил до смерти племянника Анара Ахмедова (2017 г.р.).

    Полицейские задержали Н.Бабаева.

    По данному факту возбуждено уголовное дело по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана.

  • Azərbaycanda dayı bacısı oğlunu döyərək öldürdü

    Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

    Oxu.az-ın əldə etdiyi məlumata əsasən, rayonun Pərioğullar kəndinin ərazisində yerləşən fermada çoban işləyən İmişli rayon sakini 1985-ci il təvəllüdlü Natiq Babayev bacısı oğlu 2017-ci il təvəllüdlü Anar Əhmədovu ağacla döyərək öldürüb.

    N.Babayev polislər tərəfindən saxlanılıb.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

  • Hava şəraiti məhsulların yetişməsini ləngidir: Qıtlıq gözlənilirmi?

    Azərbaycanda may ayında düşən yağıntının miqdarı normadan artıq olub. İyun ayından isə havanın temperaturu yüksəlib. İsti hava əsasən paytaxt Bakıda və cənub bölgəsində müşahidə edilir. Bəzi bölgələrdə isə bunun əksinə olaraq bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür.

    Zaqatala, Goranboy, Gəncə, İsmayıllı və digər rayonlara yağan yağış nəticəsində çaylara sel gəlib, sel suları bir sıra fəsadlar törədib. O cümlədən, düşən dolu və sel suları bostan məhsullarına, meyvə ağaclarına zərər vurub.

    Bu cür havanın kənd təsərrüfatı məhsullarına, bostan bitkilərinə təsiri necə olacaq? İnsanları qıtlıq gözləyirmi?

    Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, bölgələrdəki hava şəraiti məhsulların yetişməsini ləngidir:

    “Hazırda kənd təsərrüfatı məhsullarının mövsümüdür. Bir aydır müşahidə edilən dəyişkən, yağıntılı, əlverişsiz hava şəraiti temperaturun aşağı olması səbəbindən kənd təsərrüfatı məhsullarının yetişməsinə mane olur. Sel gələn, dolu düşən ərazilərdə isə bostan və tərəvəz bitkiləri məhv olur. Yəni yağıntılı və soyuq hava şəraiti bostan və tərəvəz bitkilərinin yetişdirməsini gecikdirir, digər tərəfdən, bir çoxunu da məhv edir. Hara dolu düşübsə, hara sel gəlibsə, orada bostan bitkiləri məhv olub gedir”.

    O bildirib ki, bu hal kənd təsərrüfatı məhsullarının bolluğuna müəyyən təsir göstərir:

    “İlkin proqnozlara görə, bu il kənd təsərrüfatı məhsulları bol olacaq. Hesab edirəm ki, müəyyən qədər geciksə də, bolluq özünü göstərəcək. Dolu olan, sel olan ərazilərdə məhv olan təsərrüfat hesabına qıtlığın yaranmasını düşünmürəm. Bu, kütləvi şəkildə deyil və müəyyən qədər təsirə malik olsa da, qıtlıq yaratmayacaq”.

  • В Азербайджане скончался студент

    В Азербайджане скончался студент.

    Об этом сообщается на странице Азербайджанского технологического университета в соцсети.

    В публикации отмечено, что ушел из жизни студент 3-го курса вуза по специальности “организация туристического дела” Эргюн Алиев.

    Причина его смерти не уточняется.

  • Azərbaycanda universitet tələbəsi vəfat etdi

    Azərbaycanda tələbə oğlan vəfat edib.

    Bu barədə onun təhsil aldığı Azərbaycan Texnologiya Universitetinin sosial şəbəkə hesabında paylaşım edilib.

    Bildirilib ki, universitetin “Turizm işinin təşkili” ixtisasının 3-cü kurs tələbəsi Ergün Əliyev dünyasını dəyişib.

    Onun ölüm səbəbi açıqlanmır.

  • В Гахе приостановлена деятельность частной клиники – ВИДЕО

    В ходе проверки, проведённой в клинике İnvitro, расположенной в городе Гах, выявлены многочисленные недостатки в области пожарной безопасности.

    Об этом сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Было установлено, что данные недостатки представляют прямую угрозу жизни или здоровью людей, окружающей среде и имущественным интересам государства. В частности, объект не был оснащен автоматическими системами пожаротушения и пожарной сигнализации, а электрохозяйство не соответствовало требованиям “Правил установки электрооборудования”.

    Кроме того, план эвакуации составлен неправильно, запасные выходы заблокированы, объект не был обеспечен первичными средствами пожаротушения.

    “Учитывая вышеизложенное, в связи с выявленными фактами грубого нарушения требований норм и правил пожарной безопасности, принято решение о приостановлении деятельности клиники İnvitro”, – говорится в информации МЧС.

  • Azərbaycanda özəl klinikanın fəaliyyəti dayandırıldı – VİDEO

    Qax şəhəri, Heydər Əliyev prospekti, 29 ünvanında yerləşən “İnvitro” klinikasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyekt avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğuları ilə təmin edilməyib, həmçinin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb.

    Bundan başqa, təxliyə planı düzgün tərtib edilməyib və ehtiyat çıxış yolları bağlanılıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib:

    “Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “İnvitro” klinikasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”.

  • İşlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanıldılar

    Hacıqabul şəhərinin ərazisində “Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə məxsus 2380 manat dəyərində dərman həbləri oğurlanıb.

    Hadisəni törətmiş şəxslərin oranın işçiləri olduğu müəyyənləşib.

    Şirvan şəhər sakinləri 1999-cu il təvəllüdlü Məhəmməd Abbasov və 2004-cü il təvəllüdlü Məhəmməd Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılıb.

  • Sumqayıtda tanışını öldürən şəxsə AĞIR CƏZA

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, 2022-ci il dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Azər Dadaşov şübhəli şəxs qismində tutulub.