Month: June 2024

  • Cəlilabadda 13 minə yaxın körpə balıq suya buraxılıb

    Cəlilabad rayonunda su hövzəsinə körpə balıqlar buraxılıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, proses rayonun Xəlilabad kəndində yerləşən ərazidə baş tutub.

    Belə ki, könüllülər tərəfindən 13 minə yaxın körpə balıq suya buraxılıb.

    Tədbirin məqsədi həmin su hövzəsində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

  • KİV: Malavi vitse-prezidentinin olduğu təyyarə qəzaya uğraya bilər

    Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə qəzaya uğraya bilər.

    Median.Az xəbər verir ki, bu versiyanı Malavinin “Nyasa Times” qəzeti şahid ifadələrinə istinadən irəli sürüb.

    Vitse-prezidentin həlak olması ilə bağlı ciddi narahatlıqlar var. O, vəkil Ralf Kasambarın dəfn mərasiminə gedirmiş, lakin pis hava şəraiti səbəbindən onun təyyarəsi hava limanına enə bilməyib və geri uçub. Dispetçerlər təyyarə ilə əlaqə yarada bilməyiblər. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

    Hələlik dəqiq bilinən yalnız Çilimanın paytaxtın Lilonqve hava limanından ölkənin şimalındakı Mzuzi hava limanına uçduğu və geri qayıdarkən yoxa çıxmasıdır.

    Qəzet yazıb ki, bunun təyyarə və ya helikopter olduğu hələlik bəlli deyil. Təyyarədə olan insanların sayı, müxtəlif mənbələrə görə, 9 və ya 10 nəfərdir.

    Prezident administrasiyası yalnız təyyarənin yoxa çıxması və prezident Lazarus Çakveranın Baham adalarına və İsveçrəyə planlaşdırılan səfərini ləğv etməsi faktlarını təsdiqləyib.

  • В Финляндии заявили о нарушении самолетом РФ воздушного пространства страны

    Российский военный самолет нарушил воздушное пространство в восточной части Финского залива близ Ловийсы.

    Как передает Report, об это заявили в Минобороны Финляндии.

    “Предполагаемое нарушение произошло сегодня, в понедельник утром. Самолет находился в воздушном пространстве Финляндии около двух минут, пролетев на глубину 2,5 км от границы”, – сообщили в ведомстве.

    “Мы серьезно относимся к предполагаемому нарушению территории, начато расследование”, – заявил министр обороны Антти Хяккянен.

    Последнее подтвержденное нарушение российскими самолетами воздушного пространства Финляндии произошло в августе 2022 года, когда два российских истребителя нарушили границу в Финском заливе, отмечает Минобороны страны.

  • Finlandiya Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb

    Rusiya hərbi təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində, Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

    Median.Az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Pozuntu bu gün, bazar ertəsi səhər saatlarında baş verib. Təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub”, – nazirlikdən bildirilib.

    “Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb”, – Finlandiyanın müdafiə naziri Antti Hakkyanen deyib.

    Qeyd edək ki, Rusiya təyyarələri tərəfindən Finlandiya hava məkanının pozulmasına dair sonuncu təsdiqlənmiş hal 2022-ci ilin avqustunda baş verib. O vaxt iki Rusiya qırıcısı Finlandiya körfəzində hava sərhədini pozmuşdu.

  • İyulda pula pul deməyəcək BÜRCLƏR

    Astrologiya ilə maraqlananlar üçün şad xəbər!

    İyulun bəzi bürclər üçün böyük şanslar qazanacağı və çox pula sahib olacağı açıqlanıb. Bəs bu şanslılar arasında hansı bürclər var? İyul ayında çox pul qazanacaq bürcləri təqdim edirik.

    XƏRÇƏNG

    Xərçənglər iyul ayında bol ruzi qazanacaqlar. Xüsusilə iş həyatlarında gözlədikləri inkişaflar nəhayət öz bəhrəsini verəcək və qazanclarında ciddi artımlar olacaq. İnvestisiya üçün də əlverişli dövr olacaq.

    ƏQRƏB

    Əqrəblər üçün iyul bolluq ayı olacaq. Mənfəət qapıları bir-birinin ardınca açılacaq. Gözlənilməz pul qazanacaqsız. Bundan əlavə, əlavə gəlir əldə etmək imkanları yaranacaq.

    OĞLAQ

    İyul ayında Oğlaqlar səylərinin qarşılığını alacaqlar. Uzun müddətdir üzərində çalışdıqları layihələr başa çatacaq və külli miqdarda pul qazanacaqlar. Bundan əlavə, yüksəlişlər və yeni iş təklifləri də ön plana çıxa bilər.

    BALIQLAR

    İyul ayı Balıqlar üçün sürprizlərlə dolu olacaq. Lotereya və ya miras kimi gözlənilməz pul ala bilərsiniz. Üstəlik, investisiyalarından yaxşı gəlirlər də əldə edə bilərlər.

  • Qubada 10-cu sinif şagirdi “Ağıllı əsa” hazırladı

    Qubalı məktəbli görmə əngəlli insanlar üçün süni intellektlə işləyən əsa hazırlayıb.

    Median.Az xəbər verir ki, bu barədə APA TV məlumat yayıb.

    Sözügedən reportajı təqdim edirik:

  • “Qarabağ”da yeni qapıçı – RƏSMİ


    Azərbaycan çempionu “Qarabağ” ilk transferini reallaşdırıb.

    Lent.az xəbər verir ki, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

    Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

    Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

  • Azərbaycan vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər

    Azərbaycan “Henley & Partners Visa Restrictions Index” pasport reytinqində 72-ci yeri tutub. Ölkə vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

    Altı ölkə dünyanın “ən güclü” pasportunun sahibi kimi tanınır, digər ölkələrə vizasız getməyə və ya gəldikdən sonra bir pasporta sahib olmağa imkan verir: Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya. Bu ölkələrin pasportları ilə dünyanın 194 ölkəsinə sərbəst səyahət etmək olar.

    İkinci yerdə Cənubi Koreya, Finlandiya, İsveç və Hollandiya qərarlaşıb ki, onların pasportu ilə 193 ölkəyə vizasız getmək mümkündür.

    Üçüncü yerdə 192 ölkəyə vizasız girişi olan Avstriya, Danimarka, Böyük Britaniya və İrlandiya qərarlaşıb.

    Sonuncu yeri pasportu ilə cəmi 28 ölkəyə giriş imkanı verən Əfqanıstan tutur.

    “Henley&Partners” tərəfindən hazırlanmış viza məhdudiyyətlərinin dünya indeksi (Visa Məhdudiyyətləri İndeksi) dünyanın 200-dən çox ölkənin viza qaydalarını təhlil edir və onları vizasız girişi olan ölkələrin sayına görə sıralayır.

  • Yevlaxda 24 yaşlı oğlan qətlə yetirilib – YENİLƏNİB

    Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Yevlax rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 10-da, saat 18 radələrində Yexlax rayonu ərazisində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    ***

    İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.

  • Azərbaycanda toyda gənc oğlan öldürüldü

    Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

    Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

    Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.