Month: İyun 2024

  • Gürcüstana getmək istəyənlərin DİQQƏTİNƏ

    Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyası ölkəyə gələn turistlər üçün icbari tibbi sığortanın tətbiqini 2026-cı il yanvarın 1-dək təxirə salmaq qərarına gəlib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

    Turizm administrasiyası təxirə salınmanın səbəbini açıqlamayıb.

    Eyni zamanda, yerli medianın yazdığına görə, hakimiyyət sığorta şirkətləri ilə sığorta qiyməti və digər texniki detallar barədə razılığa gəlməyə vaxt tapmayıb.

    Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Gürcüstana ən çox Türkiyədən səfər edilib – 254 577 dəfə. Bu, ölkəyə xarici səfərlərin ümumi sayının 19,5 faizini təşkil edir və ötən ilin göstəricilərini 17,6 faiz üstələyir. Səfərlərin sayına görə Türkiyədən sonra Rusiya, Ermənistan, Azərbaycan və İsrail gəlir. Ziyarətlərin 81,4%-i turizm xarakterlidir.

    Mənbə: TASS

  • Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu

    Mayın 27-də Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan taksi sürücüsü həbs edilib.

    Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini olan 1993-cü il təvəllüdlü İsmayıl Həsənov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

    Cinayət işinin araşdırılması zamanı məlum olub ki, İsmayıl “Bolt” sistemi üzrə taksi sürücüsüdür. O, bir müddət əvvəl Xəzər rayonu Binə qəsəbəsində taksiyə müştəri kimi əyləşmiş 15 yaşlı Mələklə (şərti adlı) tanış olub və onun mobil nömrəsini götürüb. Daha sonra qızla yazışmağa başlayan taksi sürücüsü onunla gizli görüşüb. Yeniyetmə qız valideynləri evdə olmadığı vaxt İsmayılla görüşərək intim münasibətdə olub.

    Yeniyetmənin anası hadisə barədə öyrəndikdən sonra qızının adından İsmayılla yazışmağa başlayıb və onlar arasında baş vermiş hadisəni dəqiqləşdirərək polisə şikayət edib.

    Xəzər Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli hökmü ilə İsmayıl Həsənov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə zalında həbs edilib.

  • Moldova prezidenti məhkəməyə çağırılacaq

    Moldova Prezidenti Maya Sandu və Baş nazir Dorin Reçan Kişineu aeroportunun konsessiya işi üzrə şahid qismində məhkəməyə çağırılacaqlar.

    Məlumata görə, paytaxtın rayon məhkəməsi keçmiş baş nazirin vəkili Yuri Leankanın müvafiq vəsatətini təmin edib.

    Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Leanka və bəzi digər yüksək rütbəli məmurları aeroportun konsessiyasını keçirərkən dövlətə ziyan vurmaqda ittiham edib. İttiham tərəfi hesab edir ki, hava limanına görə dövlətə 392 milyon leidən (22 milyon dollardan) çox maddi ziyan dəyib.

    Təqsirləndirilən şəxslərin müdafiəsi bu qərarı qəbul edən kabinet üzvləri Sandu və Reçanın dinlənilməsini tələb edib.

    Qeyd edək ki, Kişineu hava limanı 2013-cü ildə Rusiyanın “Avia Invest” konsorsiumuna 49 il müddətinə konsessiyaya verilib. İcarəçi kompleksin inkişafına təxminən 245 milyon avro sərmayə qoymağı, hava limanında tranzit sərnişin daşımalarının həcmini ildə 1,5 milyon nəfər artırmağı, həmçinin gəlirin 1%-i həcmində dövlətə qonorar ödəməyi öhdəsinə götürüb.

    Mənbə: TASS

  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

    1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

    BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

    Azərbaycanda uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

    Oxu.Az kollektivi bütün balacaları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, firavan gələcək arzu edir.

  • Bakıda ölüm saçan qida əlavəsi satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir – VİDEO

    Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır.

    Qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir.

    Həkim Abbas Bağırov bildirib ki, qida əlavələrinin istifadəsi çəki artırsa da, çox ciddi fəsadlara yol açır:

    “Hormonal sistemin pozulması, qaraciyərdə piylənmə, böyrək daşlarının əmələ gəlməsi kimi müxtəlif fəsadlara yol açır. Bu halda dəridə şişkinlik, dəri reaksiyaları, allergik reaksiyalar və dəri qırışları yaranır ki, bu da xarici görkəmi müəyyən dövrdən sonra daha arzuolunmaz vəziyyətə salır. Bu səbəbdən sözügedən preparatların istifadəsi zamanı həkim və məşqçilərə müraciət etmək lazımdır”.

    Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv məhsulların satışı ilə bağlı araşdırmalar aparılıb və həmin kökəldici qidalarda insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddələr aşkarlanıb.

    Daha ətraflı Baku TV-nin süjetində: