Month: June 2024

  • Məşhur aparıcı övladını itirdi

    Məşhur aparıcı Çinarə Əliyeva dünyaya gətirmək üzrə olduğu övladını itirib.

    Azxeber.com-un əldə etdiyi məlumata görə, aparıcı ötən gecə şəhər xəstəxanalarından birinə yerləşdirilib.

    Məlum olub ki, aparıcının övladı bətnində tələf olub.

    Qeyd edək ki, Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsul ilə evlidir.

  • Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq: Yeni qanunun əhəmiyyəti

    “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq.

    Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib”.

    O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial kapitala görə yaranır.

    “Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən olunacaq, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək.

    Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosedurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər”, – deyə deputat əlavə edib.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.

  • Ильхам Алиев и Абдель-Фаттах ас-Сиси выступили с заявлениями для прессы

    8 июня в Каире Президент Азербайджанской Республики Ильхам Алиев и президент Арабской Республики Египет Абдель-Фаттах ас-Сиси выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Masazırda evdən 26 min manatlıq qızıl oğurlanıb

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda icra başçısı fəhləlik edib: “Hansısa reklama, şouya ehtiyacım yoxdur” – VİDEO

    Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin fəhlələrə kömək etməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. İstifadəçilər arasında müzakirəyə səbəb olan videonun şou olduğunu deyənlər olsa da, əksəriyyət icra başçısını bu hərəkətinə görə təqdir edib.

    F.Əliyev “Qafqazinfo”ya açıqlamasında sözügedən videodan danışıb.

    O bildirib ki, ümumiyyətlə fəaliyyəti dövründə hansısa şouya ehtiyac duymayıb:

    “22 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışmışam, onun 20 ilini nazir müavini olmuşam. Həmin videoya baxanda kiməsə elə gələ bilər ki, burada rola girilib. Amma məni kifayət qədər tanıyanlar var və bunun əsla belə olmadığını yaxşı bilirlər.

    Nazirlikdə çalışdığım dövrlərdə ağacəkmə aksiyaları olanda da qalstuku çıxarıb, əlcək taxıb, fəhlədən əvvəl işə başlayırdım. Cənab Prezidentin dediyi kimi, məmur xalqın xidmətçisidir. Bilirsiniz, vəzifə müvəqqəti şeydir, bu, sırf insani münasibətlərdən doğan məsələdir. Biz öz evimizi qururuq, yaradırıq. Dədə-babadan görmüşük ki, qonaq gəlməmiş ev səliqəyə salınar. Mənim etdiyim sırf bu məqsədlədir. İndi kimsə buna başqa cür don geyindirirsə, o qalıb onun öz vicdanına”.

    İcra başçısı vəzifənin müvəqqəti olduğunu vurğulayıb: “Adam var vəzifə ona hörmət gətirir, adam da var, olan-qalan hörmətini də itir. Mənim həyat prinsipim budur, 60 yaşım var, hansısa reklama, şouya ehtiyacım yoxdur.

    Biz hər şənbə-bazar iməcilik keçiririk. Qəbiristanlıqları, parkları səliqəyə salırıq. O qəbiristanlıqlarda bizim şəhidlərimiz uyuyur, əgər biz sağ ola-ola onların qədrini bilmiriksə, biz öləndən sonra bizə nə hörmət qoyacaqlar?

    Mən bu cür tərbiyə görmüşəm, həyatı belə öyrənmişəm. Sadə insanlar da xoş münasibət, dəyişikliyi hiss etməlidirlər. Elə münasibət yaratmalıyıq ki, insanlar yaxınlaşıb dərdini deyə bilsin. Yolumu əvvəlki kimi davam etsəydim, onda mən Firdovsi Əliyev olmazdım. Biz insanlar üçün varıq, ömür qısadır, bunu dəyərləndirməliyik. Cənab Prezident tərəfindən mənə fürsət verilibsə, o etimadı doğrultmalıyam, çünki başqa təvəqqem də yoxdur”.

  • Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanıldı

    Paytaxtın Yasamal rayonunda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

  • Сборная Азербайджана по баскетболу обыграла Армению (Обновлено)

    Мужская сборная Азербайджана по баскетболу 3х3 одержала победу в отборочном этапе Кубка Европы в столице Косово Приштине.

    Как сообщает Report, в первом матче наша сборная встретилась с командой Армении.

    Мужская сборная Азербайджана обыграла соперника со счетом 21:9.

    Отметим, что сборная Азербайджана также встретится сегодня с командами Косово и Кипра, а женская сборная сыграет с Мальтой и Люксембургом.

    * * * * *

    Сегодня мужская и женская сборные Азербайджана по баскетболу 3х3 сразятся в отборочном этапе Кубка Европы в столице Косово Приштине.

    Первыми в турнире примут участие баскетболисты-мужчины.

    Азербайджанская команда встретится с Арменией.

    Первая игра женской сборной состоится против Мальты.

    Турнир завершится 9 июня.

    8 июня

    Мужчины

    11:30 Азербайджан – Армения
    16:10 Азербайджан – Косово
    19:40 Кипр – Азербайджан
    23:45 Азербайджан – Албания

    Женщины

    17:50 Азербайджан – Мальта
    23:20 Азербайджан – Люксембург

  • Basketbol millimiz Ermənistanı məğlub edib (Yenilənib)

    Kişilərdən ibarət 3×3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

    “Report”un məlumatına görə, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

    Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

    Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

    * * * * * *

    Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.

    Turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcəklər.

    Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.

    Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.

    8 iyun

    Kişilər

    11:30. Ermənistan – Azərbaycan

    16:10. Azərbaycan – Kosovo

    19:40. Kipr – Azərbaycan

    23:45. Azərbaycan – Albaniya

    Qadınlar

    17:50. Azərbaycan – Malta

    23:20. Azərbaycan – Lüksemburq

    Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.

  • Qonaq getdiyi evdə özünü asdı

    Qax sakini Balakəndə özünü asaraq intihar edib.

    “Unikal” xəbər verir ki, Qax rayon sakini 1959-cu il təvəllüdlü Məmməd Məmmədov Balakən rayonuna qonaq getdiyi yerdə özünü asaraq intihar edib.

    65 yaşlı M.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.