Month: June 2024

  • Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb

    Bu gün saat 17:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

    Qrız, Şahdağda duman müşahidə olunur.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.

  • Prezident İlham Əliyevin Misirə rəsmi səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Qahirə Beynəlxalq Hava Limanında dövlətimizin başçısını rəsmi şəxslər yola saldılar.

  • Həftəsonu keçiriləcək ən maraqlı qarşılaşmalar – AFİŞA

    Bu həftəsonu dünyanın dörd bir yanında maraqlı futbol tamaşaları keçiriləcək.

    Median.Az həftəsonu üçün nəzərdə tutulmuş ən maraqlı görüşlərin afişasını təqdim edir:

    8 iyun

    Portuqaliya – Xorvatiya

    Saat 20:45

    Stadion: “Estadio National do Jamor” (Lissabon)

    Danimarka – Norveç

    Saat 21:30

    Stadion: “Brandoby” (Brondbi)

    Belçika – Lüksenburq

    Saat 22:00

    Stadion: “King Baudouin” (Brüssel)

    İspaniya – Şimali İrlandiya

    Saat 23:10

    Stadion: “Estadi Mallorka Son Moix” (Malyorka)

    9 İyun

    İtaliya – Bosniya Hersoqovina

    Saat 22:45

    Stadion: Stadio Carlo Castellani (Empoli)

    Monteneqro – Gürcüstan

    Saat 22:45

    Stadion: “Stadion Pod Goricom” (Podoqoritsa)

    Fransa – Kanada

    Saat 23:45

    Stadion: “Matmut Atlantique” (Bordo).

  • Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb

    Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır.

    Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.

    Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

    Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.

  • Bərdə sakininin qulağını kəsiblər?

    Bərdə rayonunda bazarda satıcı işləyən şəxsin ölümcül döyülməsi, qulağının kəsilməsi ilə bağlı şikayətin polisdə araşdırmadığına dair sosial mediada iddialar yayılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında bazarda yer üstündə mübahisə olub, biri digərini yumruqla vurması nəticəsində o qulağından xəsarət alıb:

    “Şəxsin qulağının hansısa kəsici alətlə kəsilməsi faktı yoxdur. Bununla bağlı rayon polis şöbəsinə daxil olan şikayət üzrə təhqiqat araşdırması aparılır, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb. Araşdırmanın nəticəsindən, xəsarətin dərəcəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

    Şikayətçinin müraciətinə baxılmadığına dair iddiaları şəxsi mülahizələrdir, polis tərəfindən zəruri tədbirlər görülüb”.

  • Bakıda oğul atasını bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb.

    Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib.

    Daxil olan məlumat əsasında polis əməkdaşları hərəkətə keçiblər. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ö.Soltanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şamaxıda Hava Şarları Festivalı keçirilir

    İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

    Bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

    Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

    Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

    Saat 16:00-dan isə festivalın bədii proqramı start götürəcək. iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq mümkündür.

  • Абдель-Фаттах ас-Сиси: Мы поддерживаем усилия по обеспечению мира и безопасности на Южном Кавказе

    Я еще раз сказал господину Президенту о важности усилий по обеспечению мира и безопасности на Южном Кавказе и о нашей поддержке этих усилий.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент Египта Абдель-Фаттах ас-Сиси в заявлении для прессы с Президентом Азербайджана Ильхамом Алиевым.

    Подчеркнув, что эти усилия станут большим вкладом в развитие стран и народов региона, президент Египта отметил: “Я также сказал господину Президенту, что на очередном этапе мы станем свидетелями развития двусторонних отношений во всех сферах”.

  • Əs-Sisi: “Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün səyləri dəstəkləyirik”

    “Cənab Prezidentə (Prezident İlham Əliyevə – red.) Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

    Bu səylərin region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacağını vurğulayan Misir Prezidenti deyib:

    “Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq”.

  • Kəngərlidə partlamamış iki mərmi tapıldı

    Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində partlamamış iki ədəd mərmi aşkar edilib.
     
    Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində partlamamış iki ədəd mərmi aşkar olunub.
     
    Təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Kəngərli rayonu Çalxanqala kənd ərazisində aşkar olunan iki ədəd 122 mm-lik top mərmisi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlılarının istehkam qrupunun hərbi qulluqçuları tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.