Month: June 2024

  • Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb

    Soçidə 15 il əvvəl törədilən qətldə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarı üzrə istintaq idarəsinin teleqram kanalında məlumat verilib.

    “Rusiya İstintaq Komitəsinin Soçi şəhərinin Mərkəzi Dairəsinin bölgə üzrə İstintaq İdarəsinin müstəntiqi 2009-cu ildə bir nəfərin öldürülməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində axtarışda olan Ermənistan vətəndaşını saxlayıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi)”, – məlumatda qeyd edilib.

    Bildirilib ki, qətl 2009-cu ildə diskotekaların birinin yaxınlığında baş verib. İlkin məlumata görə, həmin şəxslə tanışı arasında münaqişə baş verib və həmin şəxsi bıçaqlayıb. Zərərçəkmiş şəxs xəstəxanada ölüb.

  • Kroos “Real”ın akademiyasında işləyəcək

    Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını bitirdikdən sonra İspaniyanın “Real” klubunun akademiyasında işləyəcək.

    34 yaşlı yarımmüdafiəçi bu barədə “Kicker” nəşrinə müsahibəsində deyib.

    Təcrübəli oyunçu daha əvvəl ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını açıqlamışdı.

    Qeyd edək ki, Kroos 2014-cü ildən İspaniya klubunda çıxış edir.

  • Будет снят документальный фильм “Экоцид в Карабахе и Восточном Зангезуре”

    Будет снят документальный фильм “Экоцид в Карабахе и Восточном Зангезуре”, который расскажет о масштабах уничтожения Арменией природы в этом регионе за годы оккупации.

    Как сообщает Report, проект реализуется Общественным объединением “Сеть азербайджанских журналистов”.

    В фильме будут представлены исторические факты о поджогах лесов, уничтожении флоры и фауны в годы оккупации и в период освобождения районов.

    Авторы планируют показать, что наибольшим препятствием на пути достижения Целей устойчивого развития ООН на освобожденных территориях является минная угроза, которая представляет опасность не только для людей, но и для окружающей среды.

    Съемки планируется начать уже в ближайшее время в Карабахе и Восточном Зангезуре. Премьера документального фильма для широкой аудитории запланирована накануне 29-й сессии Конференции Сторон Рамочной конвенции ООН об изменении климата (COP29), которая пройдет в Азербайджане. Проект реализуется при финансовой поддержке Государственного агентства по поддержке неправительственных организаций.

  • “Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

    “Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək.

    “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi layihənin əsas məqsədi Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksək keyfiyyətli çəkilişlə müşayiət olunan sənədli film ərsəyə gətirməkdir.

    Filmdə meşələrin yandırılması, flora və faunanın işğal dövründə məhv edilməsi tarixi faktlarla izləyiciyə təqdim olunacaq. Layihə zamanı BMT-nin dayanıqlı İnkişaf Məqsədləri, işğaldan azad olunmuş ərazilərdə bu məqsədlərə nail olunmasında mina təhlükəsinin ən böyük çətinlik olması vurğulanacaqdır. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda basdırılmış minaların insanlarla yanaşı, ətraf aləmə olan mənfi təsirləri də qeyd ediləcək.

    Artıq layihə çərçivəsində filmin yaradıcı heyəti ilə görüş keçirilib və filmin ssenarisi müzakirə edilib. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanılması nəzərdə tutulub.

    Sənədli filmin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

    Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
    //report

  • В Telegram появилась внутренняя валюта

    В системе обмена сообщениями Telegram появилась внутренняя валюта для оплаты цифровых услуг и товаров в мини-приложениях.

    Об этом сообщил основатель мессенджера Павел Дуров в своем телеграм-канале.

    “Сегодня знаменательный день, мы запускаем Telegram Stars – способ оплаты цифровых услуг в мини-приложениях”, – заявил Дуров.

    По его словам, с помощью Telegram Stars можно приобрести электронные книги, курсы, различные предметы в играх в приложениях на Android и iOS и многое другое. Кроме того, валюта конвертируется в Toncoin через платформу Fragment.

    Также новую валюту можно будет использовать для покупки рекламы приложений в Telegram на льготных условиях.

  • Teleqramda daxili valyuta yaradılıb

    Teleqram mesaj mübadiləsi sistemində minitətbiqlərdə rəqəmsal xidmətlər və malların ödənişi üçün daxili valyuta yaradılıb.

    Bu barədə messencerin təsisçisi Pavel Durov özünün teleqram kanalında bildirib.

    “Bu gün əlamətdar gündür, biz “Telegram Stars”ı işə salırıq – bu, minitətbiqlərdə rəqəmsal xidmətlərə görə ödəniş etmək üsuludur”, – Durov açıqlayıb.

    Onun sözlərinə görə, “Telegram Stars”ın vasitəsilə elektron kitablar, kurslar, oyunlarda müxtəlif əşyalar və daha çox şey əldə etmək mümkündür. Bundan əlavə, valyuta “Fragment” platforması vasitəsilə “Toncoin”ə çevrilir.

    Yeni valyutadan güzəştli şərtlərlə “Telegram”da tətbiq reklamı almaq üçün də istifadə oluna bilər.

  • Ermənistan parlamentinin spikeri ATƏT-in Minsk qrupu ilə bağlı: “Mənasını itirəcək”

    “Sülh sazişi imzalanan andan ATƏT-in Minsk qrupunun mövcudluğu mənasını itirəcək”.

    Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib.

    O qeyd edib ki, Ermənistan bu istiqamətdə addımlar atır və bu, İrəvanla Bakı arasında sülhün bərqərar olmasına gətirib çıxaracaq.

    Mənbə: Ermənistan KİV

  • Gəncədə Kəlbəcər sakini güllələnərək öldürülüb

    Gəncədə Kəlbəcər sakinini güllələnib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

    Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

    APA-nın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan B.Heydərov xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

    Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan tələblərə əməl etmələrinin müsbət qiymətləndirilməsini təqdim edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Interfax-Ukraine” agentliyi Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasının nəticələri ilə tanış olan yüksək səviyyəli diplomata istinadən bildirib.

    Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası həm Ukrayna, həm də Moldovanın danışıqlara başlamaq üçün lazım olan bütün addımları tam yerinə yetirdiyini təsdiqləyib.

    Eyni zamanda, yüksək səviyyəli diplomat bunun ardınca üzv dövlətlərlə müzakirələrin aparılacağını açıqlayıb. O, həmçinin milli azlıqlar məsələsinin həll olunmadığını əsas gətirərək, Macarıstanın danışıqlara başlamaq qərarına qarşı çıxacağını istisna etməyib.

    Moldova mətbuatı isə yazıb ki, danışıqlara başlamaq tövsiyəsinin rəsmi bəyanata daxil edilməsi ilə bağlı yekun qərar gələn çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri tərəfindən qəbul ediləcək. İyunun 27-28-də keçiriləcək sammitdə isə Aİ liderləri üzvlük danışıqları ilə bağlı rəsmi qərar verəcəklər.

  • AQTA-dan monitorinq – 250 dönərxananın 249-da nöqsan aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 13-dən etibarən 250 dönər satışı həyata keçirən qida obyektində monitorinqlər keçirib.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Qeyd olunub ki, monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. Bir müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.

    Monitorinqlər zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

    – müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi;

    – texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

    – qida obyektinə qəbul edilmiş xammalların giriş nəzarətinin (müşayiətedici sənəd, orqanoleptiki baxış, temperatur rejimi, baytarlıq arayışı və s.) həyata keçirilməməsi;

    – temperatur rejiminə əməl olunmaması;

    – yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;

    – dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) prosedurunun tələblərə uyğun həyata keçirilməməsi;

    – çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərlə təmin edilməməsi;

    – çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi;
    – tədarük olunan çiy dönərin istehsalçı və emalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmaması;

    – istifadə olunan xammalların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmaması;

    – işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;

    – işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin olunmaması;

    – müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması;

    – müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;

    – qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması.

    Monitorinqlər çərçivəsində 203 müəssisədə 214 toyuq əti və 71 mal əti olmaqla, ümumilikdə 285 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 47 müəssisədən götürülmüş 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülmüş 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.

    152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

    Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyinin “Yoxlamaların Vahid Məlumat Reyestri”ndən ümumillikdə 30 çıxarış alınıb. Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.