Month: June 2024

  • Lənkəranda avtomobil və 20 ton siqaret yanıb

    Lənkəran şəhərində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Renault” markalı yük avtomobilinin yanar hissələri və banında karton qutulara yığılan 20 ton tütün məmulatı (siqaret) yanıb.

    Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda bələdiyyə sədri və MMC direktoru HƏBS EDİLDİ

    Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib, bələdiyyə sədri vəzifədən kənarlaşdırılıb.

    Bu barədə Ağdaş Rayon Prokurorluğu məlumat yayıb.

    Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
    Bundan başqa, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

    İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.

  • Xocalı qatili Raşid Beqlaryanın məhkəməsi keçirilib

    Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi keçirilib.

    “Report” xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə bu gün növbəti məhkəmə iclası keçirilib.

    Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.

    O, istintaqa verdiyi ifadəsində Xocalıda və digər Azərbaycan rayonlarında törədilən qırğınlardan danışıb:

    “Əsgəranda anadan olmuşam. Əlisilahlı olmamışam. Həmin vaxt Qarabağda silahlı bölük var idi. Bu bölüyə Vitali Balasanyan rəhbərlik edirdi. Həmin vaxt Qarabağda bir çox tapşırıqlar icra edən Seqo Doluxanyanla dostluq etmişik. Seqo 1990-cı ilin əvvəlində döyüşlərdə aktiv iştirak edirdi. O, mənə dedi ki, Xocalıda yaşayan azərbaycanlılar bu gün rayonu tərk edəcəklər. Qarabağda əlisilahlı ermənilər onların gedəcəklərini bilirdi”.

    Onun sözlərinə görə, həmin əlisilahlı ermənilər Əsgəran qalasının yaxınlığında təpələrdə mövqe tutaraq Xocalını tərk edən azərbaycanlıları gözləyirlərmiş.

    “Gündüzə yaxın təxmini 150 nəfər azərbaycanlı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Seqo bildirmişdi ki, onların hamısını öldürəcəklər. O, azərbaycanlılara nifrət etdiklərini deyirdi. İnsanlar toplaşandan sonra silahları onlara tuşladılar. Qadın və uşaqlar yalvarırdılar ki, onlara atəş açmasınlar. Biz öldürülənlərə baxıb gülürdük. Etiraf edirəm ki, çox dəhşətli səhnə idi. Təxmini 30 dəqiqə sonra onların çoxunu öldürə bildik, yalnız kiçik bir qrup qaçdı. Öldürülənlərin meyitləri Əsgəran qalasının ətrafında idi. Əlisilahlı ermənilər onların öldüyünə əmin olandan sonra üzərlərini yoxlayıb, əşyalarını soyub geri qayıtdılar”, – R.Beqlaryan deyib.

    O vurğulayıb ki, yaxın ərazidə yaşayan ermənilər öldürülən azərbaycanlıların meyitlərinin çürüməsindən və xəstəlik yayılacağından şikayət ediblər, ona görə də həmin cəsədləri toplayaraq Əsgəran qalasının yanında kütləvi məzarlıqda dəfn ediblər.

    Hakim təqsirləndirilən şəxsin məhkəmədəki və istintaqdakı ifadələrində ziddiyyət olduğunu bildirib.
    Belə ki, R.Beqlaryan istintaqda ifadəsində deyib ki, hadisələrin şahidi olub, lakin, məhkəmədə hadisəni ona Seqo Doluxanyanın danışdığını deyib. O, məhkəmədəki ifadəsini təsdiqləyib.

    O, Xocalıda törədilənlərin pis hal olduğunu bildirib və həmin qırğınların soyqırımı olduğunu qəbul edib.

    Beqlaryanın Xocalı faciəsi vaxtı iştirak etdiyi və şahidi olduğu cinayətlərinə gəlincə o, həmin vaxt baş verənləri özünün “Beqlaryanın döyüş yolu” adlı sənədində (Azərbaycanda tutulanadək) ətraflı qeyd edib.

    Beqlaryan yazır ki, döyüş yoluna Murad Petrasyanın rəhbəri olduğu üçüncü dəstədən başlayıb. O, həmin dəstənin tərkibində döyüşüb, komandirin tapşırıqlarını icra edib. Etiraf edib ki, həmin dəstə Ağdam-Şuşa yolundakı körpünü partladıb, türklərin kolonlarını məhv edib. Sonradan özü dəstə komandiri olub. Xocalı və Xocavənddə gedən döyüşlərdə 4 dəfə yaralanıb. Döyüşlərdən sonra ona “Vətənin müdafiəsi” medalı verilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

    Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.

    Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərlərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

    İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

  • “Şirin” obrazı ilə tanınan aktyor ata oldu

    Aktyor Nicat Rəhimov altı ildən sonra ata olub.

    Bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

    O bildirib ki, Nicatın qız övladı dünyaya gəlib.

    “Nə gözəl xəbər, çox şükür. “Qız ataları klubuna” xoş gəldin, əziz qardaş”, – deyə İlkin Həsəni paylaşımında yazıb.

    Qeyd edək ki, N.Rəhimov 2017-ci ilin dekabrında ailə həyatı qurub. Aktyor bir müddət əvvəl müsahibəsində “5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, filan, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha. Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o bilir nə edir”, – sözlərini demişdi.

  • 4 000-dən çox monitorinq keçirildi, yüzlərlə məntəqə barədə tədbir görüldü

    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

    AQTA-dan verilən məlumata görə, tədbirlər çərçivəsində cari ilin 5 ayı ərzində 4 157 monitorinq keçirilib. Monitorinqlər zamanı 629 heyvan kəsimi məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 72-sində isə qanunsuz olaraq quraşdırılmış qurğular (onlardan 43-ü təkrar quraşdırılmış qurğulardır) sökülüb.

    Bundan başqa, monitorinqlər zamanı sahibkarlar tərəfindən 135 halda ətlərin soyuducuda (onlardan 51-ində soyuducu yoxdur) saxlanılmadığı, 362 halda isə baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.

    AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

    Vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmək, bu cür qanunsuz fəaliyyət göstərən və qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə yolların təmirinə başlanılır

    Sabah saat 10:00-dan Bakının Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər), iyunun 10-da isə saat 10:00-dan Bakının Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qədər) təmir işlərinə başlanılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək, amma yollar bağlanmayacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • Xırdalanda “fond pulu” tələb edən bağça direktoru vəzifəsindən azad edildi – VİDEO

    Xırdalanda bağça müəlliminə töhmət verilib.

    Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat verib.

    Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.

    Eləcə də Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılmışdı. O, səs yazısında valideynlərdən “fond pulu” tələb etmişdi.

  • Песков объяснил, почему пока не состоялся визит Путина в Турцию

    Представитель Кремля Дмитрий Песков рассказал, почему все еще не состоялся визит президента РФ Владимира Путина в Турцию.

    По словам Пескова, у Путина и турецкого президента Реджепа Тайипа Эрдогана не совпадают графики.

    По его словам, мнения о том, что визит откладывается из-за ухудшения отношений между странами, ошибочны.

    “Не получилось совместить графики президентов, но контакты на высоком уровне будут продолжаться в самой ближней перспективе “, – сказал Песков журналистам.

    По его словам, подготовка к таким контактам постоянно ведется.

    Источник: mk.ru

  • Peskov Putinin Türkiyəyə səfərinin niyə hələ də baş tutmadığını açıqladı

    Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hələ də baş tutmamasının səbəbini açıqlayıb.

    Onun sözlərinə görə, Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qrafiki düz gəlmir.

    Peskov səfərin ölkələr arasında münasibətlərin pisləşməsi səbəbindən təxirə salınması ilə bağlı fikirləri yanlış adlandırıb.

    “Prezidentlərin cədvəllərini uyğunlaşdırmaq mümkün olmadı, lakin yüksək səviyyəli təmaslar yaxın gələcəkdə davam edəcək”, – deyə Peskov jurnalistlərə bildirib.

    O bu cür təmaslara hazırlığın daim aparıldığını qeyd edib.

    Mənbə: Mk.ru

  • Ötən gün təlimdə ölən polisin FOTOSU

    İyunun 6-da təlim zamanı antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.

    Ötən gün təlimdə ölən polisin fotosu yayılıb.

    Median.Az “lent.az”a istinadən həmin fotonu təqdim edir: