7 июня Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с официальным визитом в Арабскую Республику Египет.
Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Каира Президента Азербайджана встречали официальные лица.
Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun 2024-cü il tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 7 iyun 2024-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.
“Bu gün həqiqətən də əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.
Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.
Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
Bundan əlavə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.
Ermənistan başa düşməlidir ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə suverenlik və ərazi bütövlüyünün tanınması, habelə onlara riayət olunması əsasında münasibətlər qurmaq, həmçinin bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırmaqdır”, – bildirilib.
Monteneqronun Prezidenti Yakov Milatoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizə davamlı inkişaf və firavanlıq arzulayıram.
Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. Əldə etdiyimiz dinamik və yüksəksəviyyəli siyasi dialoq bizi birgə səylər sayəsində qarşılıqlı maraq doğuran sahələrdə sərmayə və infrastrukturla bağlı gələcək layihələrə yeni təkan verməyə həvəsləndirir.
Şadam ki, ölkəniz bu il COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Siz mənim də şəxsən böyük məmnuniyyətlə iştirak edəcəyim bu mühüm tədbirlə bağlı məsuliyyətli hazırlıqları və onun reallaşdırılmasını ən yüksək səviyyədə icra edəcəksiniz.
Ümidvaram ki, gələcək illərdə ölkələrimiz və xalqlarımız arasında daha sıx münasibətlər qurmağa davam edəcəyik və bu ilin noyabr ayında Sizinlə Bakıda görüşümüzü səbirsizliklə gözləyirəm.
Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Председатель совета директоров компании Tesla Робин Денхолм обратился к акционерам с призывом поддержать предложение о выплате генеральному директору Илону Маску компенсационного пакета в размере 56 млрд долларов. Это необходимо для того, чтобы Маск не покинул компанию.
Об этом сообщает The Verge.
Акционерам предстоит сделать выбор между предоставлением значительной суммы для сохранения Маска в качестве главного исполнительного директора или риском потерять его уже 13 июня. Это будет второе голосование – решение по первому было отменено судьей штата Делавэр.
В своем обращении Денхолм отметил уникальные качества Маска как руководителя и его важность для дальнейшего развития Tesla, особенно в свете его вклада в разработку искусственного интеллекта и беспилотных автомобилей.
Денхолм указал, что Илон Маск может потерять мотивацию и “уйти в другое место” в случае невыплаты компенсационного пакета. Если акционеры согласятся на выплату премии, это сделает Маска самым высокооплачиваемым руководителем в современной истории.
Председатель Денхолм отмечает, что голосование за выплату 56 млрд долларов проходит “не из-за денег”. По его словам, Илон Маск и без того является одним из богатейших людей на планете и он останется им, даже если Tesla не пойдет на выплату премии.
Источник: gazeta.ru
“Tesla”nın İdarə heyətinin sədri Robin Denholm səhmdarlara müraciət edərək baş direktor İlon Maska 56 milyard dollarlıq təzminat paketi ödəmək təklifini dəstəkləməyə çağırıb.
Səhmdarlar Maskı baş icraçı direktor olaraq saxlamaq üçün əhəmiyyətli bir məbləği yığmaq və ya iyunun 13-də onu itirmək riski arasında seçim etməli olacaqlar. Bu, ikinci səsvermə olacaq – birinci səsvermə Delaver hakimi tərəfindən ləğv edilib.
Müraciətində Denholm Maskın xüsusən də onun süni intellektin və pilotsuz avtomobillərin inkişafına verdiyi töhfələr fonunda lider kimi unikal keyfiyyətlərini və onun “Tesla”nın gələcək inkişafı üçün əhəmiyyətini qeyd edib.
Denholm, təzminat paketi ödənilmədiyi təqdirdə İlon Maskın motivasiyasını itirə və başqa yerə gedə biləcəyini bildirib. Səhmdarlar mükafat ödəməyə razılaşsalar, bu Maskı müasir tarixdə ən yüksək maaş alan rəhbər edəcək.
Sədr qeyd edib ki, 56 milyard dollarlıq səsvermə pulla bağlı deyil. Onun sözlərinə görə, İlon Mask artıq planetin ən zəngin insanlarından biridir və “Tesla” mükafat ödəməsə belə, bu belə olaraq qalacaq.
Mənbə: The Verge
İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küıəkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.
Rusiya dəfələrlə Avropa İttifaqının (Aİ) Ermənistanda “yarımhərbi” mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, bunun sübutu göz qabağındadır:
“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub”.
M.Zaxarova qeyd edib ki, Aİ-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:
“Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür”.
///report
“Fənərbağça” klubu PSJ-də çıxış edən portuqaliyalı yarımmüdafiəçi ilə razılaşıb.
Məlumata görə, “sarı-lacivərtlər” PSJ-nin “Benfika”dan 65 milyon avroya transfer etdiyi Qonçalo Ramoşu icarə əsasında heyətinə qatacaq.
Joze Mourinyonun “Fənərbağça” klubuna baş məşqçi gətirilməsi və Luiz Enrikenin Qonçalonu yeni mövsümdə əsas heyətdə istəməməsi keçidin reallaşmasına şərait yaradıb.
Qeyd edək ki, Qonçalo Ramoş 2023-cü ildə PSJ klubuna transfer olunmuşdu.
Mənbə: Goal.com
Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 2 hərbçimizin nəşi dəfn olunub.
Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan 73 nəfərdən birinin 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz açan Şirinov Nazim Şirin oğlu, digərinin isə 19 fevral 1973-cü ildə Siyəzən rayonunda anadan olan Xəlilov İsmayıl Tofiq oğlu olduğu müəyyənləşib.
Polis sıralarında baş çavuş rütbəsində xidmət edən Nazim Şirinov 23 oktyabr 1993-cü il tarixində Füzuli şəhərində şəhid olub və Füzuli rayonunun adsızlar qəbiristanlığında naməlum şəhid kimi dəfn olunub.
Birinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə ordu sıralarına qoşularaq cəbhəyə yollanan İsmayıl Xəlilov isə ağır döyüşlər zamanı şəhid olub və Tərtər Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunmuşdu.
Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Səbail RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.