Month: June 2024

  • В бакинском поселке обнаружено тело мужчины

    В бакинском поселке Маштага обнаружено тело мужчины.

    Как сообщает АПА, в доме №27 по улице Мехди Гусейнзаде был найден мертвым неизвестный мужчина 55-60 лет.

    По данному факту ведется расследование.

  • Maştağada kişi meyiti aşkarlandı

    Maştağada kişi meyiti aşkarlanıb.

    APA xəbər verir ki, Mehdi Hüseynzadə küçəsi ev 27-də 55-60 yaşlarında, şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане исчезли печать и штамп муниципалитета

    Пропали печать и штамп муниципалитета села Алиабад Лерикского района.

    Как сообщает iqtisadiyyat.az, неизвестно, при каких обстоятельствах произошел данный инцидент.

    Муниципальная печать и штамп считаются недействительными, поскольку они утеряны.

  • Azərbaycanda bələdiyyənin möhür və ştampı yoxa çıxdı

    Lerik rayonu Əliabad bələdiyyəsinin möhür və ştampı itib.

    İqtisadiyyat.az xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

    Bələdiyyənin möhür və ştampı itdiyi üçün etibarsız sayılır.

  • Азербайджанский борец вольного стиля проведет поединок в Венгрии

    Сегодня еще один борец вольного стиля из Азербайджана присоединится к борьбе на рейтинговом турнире в столице Венгрии Будапеште.

    На ковер в весовой категории 74 кг выйдет Туран Байрамов.

    Отметим, что минувшим днем из членов национальной сборной Магомедхан Магомедов (97 кг) завоевал серебро, а Гаджи Алиев (65 кг) – бронзовую медаль.

  • Sərbəst güləşçimiz Macarıstanda mübarizəyə qoşulacaq

    Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində bu gün mübarizəyə qoşulacaq.

    74 kq çəki dərəcəsində Turan Bayramov xalça üzərinə çıxacaq.

    Qeyd edək ki, ötən gün milli üzvlərindən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.

  • Futbol meydançasındakı söyüşə görə mübahisə qanla nəticələndi – HÖKM

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xalid Qarazadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilən valideyn nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, Xalid Qarazadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    İttihama görə, 2005-ci il təvəllüdlü Xalid Qarazadə 2023-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant şəhərciyi”ndə yerləşən futbol meydançasında futbol oynayan zaman tanışı, zərərçəkmiş Samir Həsənovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin Xalidin və oyun yoldaşlarının ünvanına söyüş söyməsi olub. Sonra mübahisə “Qarant şəhərciyi”ndə yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında davam edib. Bu zaman o, əlindəki bıçaqla Samirin sağ yan hissəsinə qəsdən bir dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

    Hadisədən sonra Xalid Qarazadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • В Азербайджане произведены назначения на высокие должности

    Произведены назначения на должности начальников Главного управления нотариата, регистрации и реестра, а также Службы пробации Министерства юстиции Азербайджана.

    Соответствующим приказом главы ведомства Эльшад Мамедли был назначен начальником Главного управления нотариата, регистрации и реестра министерства, а Вугар Агаев – начальником службы пробации.

    Э.Мамедли родился в 1986 году. Получил степень бакалавра права в Бакинском государственном университете (БГУ) в 2008 году. В 2010-2012 годах в рамках “Государственной программы по обучению азербайджанской молодежи за рубежом в 2007-2015 годах” Эльшад Мамедли получил степень магистра европейского права в Вюрцбургском университете Юлиуса Максимилиана в Германии, где также работал научным сотрудником на юридическом факультете.

    С 2013 по 2019 год он занимал должности юрисконсульта и старшего юрисконсульта в Юридическом департаменте Государственного нефтяного фонда Азербайджана. Кроме того, с 2017 по 2022 год он преподавал гражданское право в группах SABAH на юридическом факультете Бакинского государственного университета.

    Отметим, что в 2019-2023 годах Эльшад Мамедли получил степень доктора сравнительного права в Галле-Виттенбергском университете имени Мартина Лютера в Германии, где провел ряд научных исследований в различных областях гражданского права.

    До назначения на новую должность он работал юрисконсультом в престижной немецкой юридической фирме Lupp+Partner Partnerschaft mbB.

    Вугар Агаев родился в 1980 год. Получил степени бакалавра и магистра юриспруденции в БГУ в 2001 и 2004 годах соответственно.

    С 2002 по 2006 год работал старшим судебным исполнителем (по пробации) в отделе судебных приставов и судебных исполнителей Низаминского района города Баку. В 2006-2013 годах он занимал различные должности в Управлении по правам человека и связям с общественностью Министерства юстиции, а с 2013 по 2021 год работал старшим консультантом в Главном организационно-контрольном управлении министерства.

    В.Агаев является членом Европейского форума за восстановительное правосудие (European Forum for Restorative Justice – EFRJ), одной из авторитетных организаций в области восстановительного правосудия.

    До назначения на должность начальника Службы пробации он работал замначальника Инспекции по надзору за исполнением наказаний при Министерстве юстиции.

  • Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR

    Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə və Probasiya xidmətinə yeni rəis təyin edilib.

    Ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə, Vüqar Ağayev isə Probasiya xidmətinin rəisi təyin edilib.

    Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.

    Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.

    Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.

    O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

    Vüqar Ağayev 1980-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib.

    O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.

    Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.

    O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

  • В ряде районов Баку не будет газа

    В связи с предстоящими ремонтно-восстановительными работами с 10:00 7 июня планируется приостановка газоснабжения в шести районах Баку.

    Об этом сообщили в ПО “Азеригаз”.

    Временное отключение газа затронет Хазарский район (улицы Насими, Сабира, Хагани, Вагифа Мирзоева, жилые массивы поселка Бина – “Бина совхозу”, “Мехрибан гоншулар” и “Гурджустанлылар”, а также 23 нежилые зоны), Бинагадинский район (поселок Баладжары, квартал Мараза, улицы Натаван, Насими, А.Гасымова, Ю.Гусейнова и Р.Исмайылова), Насиминский район (улицы А.Магеррамова, Мирджалала, 20 Января, Г.Сеидзаде, Г.Алиева, Р.Мамедова, а также улицы около Московского проспекта), Ясамальский район (ЖК Main), Гарадагский район (поселки Коргёз, Шонгар, АЗНС, Гызылдаш), Сабунчинский район (улицы Г.Джавида, Ахундзаде, А.Джафарова, Араслы, Сюльх, А.Пери, Г.Балакишиева, Н.Исмайылова).