Month: June 2024

  • Azərbaycanda bir nəfərdə qarayara xəstəliyi aşkarlanıb

    Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.

    Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib.

    Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini – 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.

    Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.

  • Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir

    İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

    Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Temperatur normadan 6 dərəcə yuxarıdır

    “Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

    O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır: “Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub”.

  • Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız öldü

    Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini 1995-ci il təvəllüdlü Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.

    O, daha sonra evə buraxılıb, lakin dünən evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • МИД Армении: Ереван готов в течение месяца подписать мирное соглашение с Баку

    Ереван готов в течение месяца завершить работу над мирным соглашением между Арменией и Азербайджаном и подписать его.

    Как передают армянские СМИ, об этом сообщили в МИД Армении.

    “Мирное соглашение между Арменией и Азербайджаном достаточно созрело для подписания, и армянская сторона выражает свою готовность конструктивно и интенсивно работать над его завершением и подписанием в течение следующего месяца”, – сказано в заявлении ведомства.

  • Ermənistan XİN: “Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq”

    “İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır”.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi açıqlanmışdı.

    Mənbə: Ermənistan XİN

  • Keçmiş məhkum masaj edən qadına saxta pul verdi, bıçaqla hədələdi – AĞIR CƏZA

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rauf Bayramovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Rauf Bayramov 19 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində saytlardan birində yerləşdirilmiş “Masaj xidməti” adlı elanla əlaqədar zərərçəkmiş Maya Quliyevanın (şərti) mobil nömrəsinə zəng vuraraq ünvanı dəqiqləşdirib, sonra qadının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində gedib. O, masaj xidmətindən istifadə müqabilində zərərçəkmiş şəxsə təqdim etdiyi, üzərində etibarsız yazısı olan 100 manatlıq kağız əsginasın əvəzində qadının qalıq olaraq ona qaytardığı 50 manat pulu götürüb. İlkin masaj prosedurunu başa çatdırdıqdan sonra Rauf təkrarən masaj olunmaq istəyini bildirib, növbəti dəfə üzərində etibarsız yazısı olan 100 manatlıq pul əsginasını Mayaya təqdim edib. Zərərçəkmiş şəxs isə pulun həqiqi olmadığını başa düşüb verdiyi 50 manatı ondan geri qaytarmasını tələb edib. Rauf isə həmin pulu qadına qaytarmayıb. Bundan sonra zərərçəkmiş şəxs ona mənzili tərk etməsi və buna əməl etməyəcəyi təqdirdə “102” xidmətinə məlumat verəcəyini söyləyib. Bu zaman Rauf üzərindəki ov bıçağını çıxarıb Mayanın üzərinə hücum edib. O, bıçağın arxa hissəsi ilə qadının qarın nahiyəsindən vurub onun əlində saxladığı 50 manat pulu, qonaq otağındakı pianonun üzərində olan 160 manat pulu və zərərçəkmiş şəxsə məxsus 80 manat dəyərində “Samsung” markalı telefonu ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

    Hadisədən sonra Rauf Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Rauf Bayramov 2012-ci ildə quldurluq əməli törətdiyi üçün həbs edilib və Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə 1 il 1 ay 3 gün vaxtından əvvəl cəzadan şərti azad olunub.

  • Şənbə gününün hava proqnozu AÇIQLANDI


    Ölkə ərazisində iyunun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər havanın arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.

  • Bakının bir küçəsi bağlıdır – SƏBƏB

    Xətai rayonu, Babək prospekti, “Maşın bazarı”nın yaxınlığında yolda aidiyyəti qurum tərəfindən təmir işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Qeyd olunub ki, bu səbəbdən də Məhəmməd Hadi küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

  • Xırdalanda kişi özünü 10 mərtəbəli binadan atdı

    Abşeronda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Anar Yunis oğlu Heybətov yaşadığı 10 mərtəbəli binadan özünü atıb.

    O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.