Month: June 2024

  • Ətsiz və dadlı kotlet necə bişirmək olar?

    Bəzən restoranlarda hazırlanan kotletlərin tərkibində qəribə komponentlər görə bilərsiniz. Həmin komponentlər kotletin dadını heç də yaxşı etmir.

    Müxtəlif tərəvəzlər vasitəsilə evdə daha dadlı kotlet hazırlamaq mümkündür.

    Kartof, pomidor, balqabaq, kələm və yerkökü əlavə etmək olar. Kartofun tətbiqi çörək və yumurta istifadəsindən imtina etməyə imkan verir. Bu məhsulla kotletlər daha dadlı olur.

    Ancaq digər tərəvəzlər, kotletə şirəlilik əlavə edir.

  • Qatil asteroid Yerə doğru uçur – Bəşəriyyət üçün təhlükəlidirmi?

    Yüksək sürətlə Yerə doğru uçan asteroidin ölçüsü Yerə yaxın olan obyektlərin 99 faizindən böyükdür.

    NASA alimləri bu il iyunun 27-də 110 ildə Yerə ən yaxın məsafəyə çatacaq böyük asteroid 2011 UL21-i diqqətlə izləyirlər. Araşdırmalara görə, ölçüsü 1,7-3,9 kilometr diametrdə təxmin edilən bu kosmik obyekt son 125 ildə Yerə yaxınlaşan ən böyük obyektlərdən biridir.

    Daş 93 min km/saat sürətlə hərəkət edir və Yerdən 6,6 milyon kilometr təhlükəsiz məsafədən keçəcək ki, bu da Yerdən Aya olan məsafədən 17 dəfə uzaqdır. Əhəmiyyətli ölçüsünə və potensial təhlükəsinə baxmayaraq, alimlər asteroidin Yerlə toqquşma təhlükəsi yaratmadığını təsdiqləyirlər.

    Asteroid 2011 UL21, Yerə yaxın olan digər obyektlərin ölçülərinin 99 faizindən çox olan ölçüsünə görə potensial təhlükəli obyekt kimi təsnif edilir. Lakin NASA-nın modelləşdirməsinə görə, o, nə bu əsrdə, nə də növbəti minillikdə Yerlə toqquşmayacaq.

    Asteroidin Yerə növbəti yaxınlaşması onun cəmi 2,7 milyon kilometr məsafədən keçəcəyi 2089-cu ildə gözlənilir. NASA orbitlərində hər hansı dəyişikliyi dərhal aşkar etmək üçün 2011 UL21 asteroidinin və digər oxşar obyektlərin trayektoriyasını diqqətlə izləməyə davam edir.
    //lent.az

  • “Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır”

    “Tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır”.

    “Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib.

    V.Qurbanov qeyd edib ki, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur:

    “Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır. Qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcək.

    Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır”.

  • Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi

    Amerikalı iş adamı, “SpaceX”in təsisçisi İlon Mask iki dəfə evlənib boşandığı keçmiş həyat yoldaşı, aktrisa Talula Raylinin toyunda iştirak edib.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı aktrisa özündən 4 yaş kiçik həmkarı, “Taxt Oyunları”nın ulduzu Tomas Brodi-Sanqsterlə evlənib.

    52 yaşlı Mask bu mərasimə qatılmaq üçün öz şəxsi təyyarəsi ilə gedib.

    Bildirilir ki, 12 uşaq atası olan İ. Mask keçən il “X”də cütlüyün nişan elanına təbrik mesajı da göndərib.

    Qeyd edək ki, Mask və Rayli ilk dəfə 2010-cu ildə evlənib və iki il sonra boşanıblar. 2013-cü ildə yenidən ailə quran cütlük 2016-cı ildə boşanıb. Keçmiş cütlüyün uşaqları yoxdur.

  • Kürdəmir və Lənkəranda qaz olmayacaq

    Sabah Kürdəmir və Lənkəran rayonlarında qaz təchizatında fasilə yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, sabah saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, “Xarxatan” və “Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

  • “Sahil” metrostansiyasının qarşısındakı səkilər genişləndirilib

    Bülbül prospektində (Sahil metrosunun giriş hissəsinin yaxınlığında) piyadaların intensiv hərəkət etdiyi səki genişləndirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, məqsəd piyada təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə atılıb.

  • Merilin Monronun evi söküntüdən qorumaq üçün mədəniyyət abidəsi kimi tanındı

    Dünya şöhrətli aktrisa Merilin Monronun Los-Ancelesdəki evi tarix və mədəniyyət abidəsi elan edilib. Bu, evin sökülməsini xeyli çətinləşdirəcək.

    Bu barədə “Variety” yazır.

    Los Anceles şəhər şurası yekdilliklə Monronun 1929-cu ildə yaşadığı və vəfat etdiyi evin tarixi abidə kimi təyin edilməsinə səs verib.

    “Los Ancelesdə Merilin Monro və onun Brentvuddakı evi qədər əlamətdar olan başqa bir insan və ya yer yoxdur”, – deyə Los Anceles şəhər şurasının üzvü Treysi Park bildirib.
    Binaların tarixi abidə kimi tanınması onların sökülməsini qadağan etməsə də, bu prosesi xeyli çətinləşdirir.

    Şəhər şurası bu qərarı evin yeni sahibləri köhnə evi sökmək və onun yerinə qonşu ərazidə yerləşən apartamentlərinin davamını tikmək istəklərini bildirdikdən sonra verib.

    Bir vaxtlar Merilin Monroya məxsus olan evi keçən il Brina Milşteyn və onun əri Roy Benk 8,35 milyon dollara alıb. Cütlük evi aldıqları andan ona tarixi abidə adının verilməsinə qarşı mübarizə aparıblar, çünki onların fikrincə, bu, şəhərə gələn turistlərin sayını artıracaq.

    Milşteyn və Benk iddia edir ki, ev çox dəyişib və məşhur aktrisanın orada yaşadığını göstərən heç bir əlamət qalmayıb.

    Yeni sahiblər məmurları “pərdəarxası maxinasiyalarda” günahlandırıblar və şəhəri məhkəməyə veriblər. İş üzrə məhkəmə baxışı avqustun 13-nə təyin edilib.
    //qaynarinfo.az

  • Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı (VİDEO)

    AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi ərazisində yerləşən “Bülövqaya” qədim yaşayış yerində arxeoloji qazıntılar aparır.

    AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qədim yaşayış yerində aparılan tədqiqat işləri ilə tanış olub. Bildirilib ki, araşdırmalar bu yaşayış yerinin e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar köçəri həyat tərzi keçirib, yüngül konstruksiyalı, ya da çadır tipli evlərdə yaşayıblar. Burada aşkar olunan qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. İindiyədək 200-dən artıq boyalı keramika aşkar olunub. İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopotamiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu göstərir.

  • “Rusiya ordusu Ermənistanı tədricən tərk edir”

    Ermənistan Latviyaya rus hərbçilərinin Ermənistan ərazisindən tədricən çıxarılması barədə məlumat verib.

    Bu barədə Latviya Seyminin spikeri Daiga Mierina Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündən sonra bildirib.

    “Biz Ermənistanın Avropa İttifaqına doğru getməsindən danışdıq. Və buna görə də o, Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmaq istəyir. Ermənistan da bizə məlumat verdi ki, Rusiya hərbçiləri tədricən ölkəni tərk edir”, deyə agentlik Mierini bildirib.

    Mayın 14-də Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov bildirib ki, Ermənistan Rusiya tərəfindən Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkməyi xahiş edib.

    Mayın 9-da Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.

    Bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında yeni müharibə ehtimalını istisna etmək üçün Ermənistan və Azərbaycan sərhədində sərhəd sütunları quraşdırılır.
    //qaynarinfo.az

  • Şadlıq saraylarına toy sifarişləri artdı – Qiymətlər bahalaşdı

    2024-cü ilin may ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb.

    Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

    Qeyd edilib ki, tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb.

    Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb – 7.3 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 4.5 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.