Month: June 2024

  • Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən avtomobillərlə yük gətiriblər

    Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib.

    “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin-Qazaxıstan-Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

    Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.

    2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.

  • Али Багери: Расширение связей между Баку и Тегераном одно из взаимных требований продвижения политики соседства

    Заместитель министра иностранных дел Азербайджана Самир Шарифов провел переговоры в Телеране с и.о. главы МИД Ирана Али Багери.

    Об этом Али Багери написал на своей странице в соцсети “Х”.

    Багери подчеркнул, что переговоры с Шарифовым были “полезными и конструктивными”.

    “Учитывая наличие многих общих черт, расширение и углубление отношений между Ираном и Азербайджаном, как двумя дружественными и соседними странами, являются одними из взаимных требований для продвижения и консолидации политики соседства”, – написал он.

  • İran XİN başçısı: Azərbaycanla əlaqələrin genişləndirilməsi qarşılıqlı münasibətlərin tələblərindəndir

    İranla Azərbaycanın ümumi cəhətlərinin mövcudluğunu nəzərə alaraq, iki dost və qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi qonşuluq siyasətinin təşviqi, möhkəmlənməsi üçün qarşılıqlı münasibətlərin tələblərindən biridir.

    Bu barədə İran xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri sosial şəbəkədəki hesabında yazıb.

    O bildirib ki, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla faydalı və konstruktiv söhbəti olub.

    Əli Baqeri Azərbaycan Prezidenti İlham Əliyevin İranın mərhum Prezidenti İbrahim Rəisi və mərhum XİN başçısı Hüseyn Əmir Abdullahianla görüşlərdən bəhs edib.

  • Məhkumlara pulsuz hüquqi yardım göstərilməsinə başlanılıb

    Məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

    Bu barədə “Report”a Vəkillər Kollegiyasından məlumat verilib.

    Bildirilib ki, pulsuz hüquqi yardım Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq həyata keçirilib.

    İyunun 25-də “Pro Bono” Vəkil Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq” VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13 saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

    Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

  • Завершен ремонт танкера “Джульфа”

    Отремонтирован танкер “Джульфа”, принадлежащий морскому транспортному флоту ЗАО “Азербайджанское Каспийское морское пароходство” (ASCO).

    Как сообщает Median.Az со ссылкой на ASCO, в рамках ремонта, проведенного на судоремонтно-строительном заводе “Зых” подводная и надводная части танкера были очищены и покрашены.

    Также отремонтированы гребные винты, дымовая труба на главной палубе, клапаны вспомогательных котлов, охладители масла и воздуха в главных и вспомогательных двигателях, рулевые и вспомогательные устройства, кингстоны, якорные цепи, насосы. Кроме того, на судне были проведены необходимые сварочные работы корпуса и отлажены системы его управления.

    Судно возвращено в эксплуатацию после ремонта.

    Следует отметить, что танкер “Джульфа” до сих пор эксплуатировался под названием “Шуша”. Изменение внесено с учетом ввода в эксплуатацию одноименного судна (танкера типа “Афрамакс” “Шуша”) за пределами Каспия.

  • “Culfa” tankerinin təmiri başa çatıb

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub.

    “Report”un ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

    Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasosları təmir olunub. Bundan başqa, gəmidə lazımi gövdə-qaynaq işləri aparılıb, onun idarəetmə sistemləri sazlanıb.

    Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb.

    Qeyd edək ki, “Culfa” tankeri indiyədək “Şuşa” adı ilə istismar edilirdi. Dəyişiklik Xəzərdənkənar sularda eyniadlı gəminin (“Aframax” tipli “Şuşa” tankeri) istifadəyə verilməsi nəzərə alınaraq həyata keçirilib.

  • Парламент Турции принял законопроект, регулирующий криптовалютные операции

    Парламент Турции принял законопроект, регулирующий нормы использования в республике криптовалюты и устанавливающий штрафы за нарушение правил обращения с ней, – от $7,5 тыс. до $182,6 тыс., а также лишение свободы на срок от трех до пяти лет для физических лиц.

    Как передает Median.Az со ссылкой на телеканал TRT, законопроект был направлен в парламент в мае правящей Партией справедливости и развития и подготовлен с учетом рекомендаций профильных ведомств, в частности департамента по регулированию финансовых рынков Турции.

    Именно он, как следует из документа, будет выдавать лицензии в сферах разработки, применения и продажи блокчейн и аналогичных технологий, выпускать, распространять криптовалюту и торговать ей. Все переводы криптовалюты теперь будут регистрироваться.

    Владельцами криптовалюты в Турции, отмечает телеканал, в настоящее время являются порядка 12 млн человек.

  • Türkiyədə bütün kriptovalyuta köçürmələri qeydə alınacaq

    Türkiyə parlamenti ölkədə kriptovalyutadan istifadəni tənzimləyən və onunla işləmə qaydalarının pozulmasına görə cərimələrin – 7,5 min dollardan 182,6 min dollara qədər, habelə fiziki şəxslərə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən qanun layihəsini qəbul edib.

    Qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilib və müvafiq idarələrin, xüsusilə də Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

    Qanuna əsasən məhz departament, blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, yayacaq və ticarət edəcək. Eyni zamanda bütün kriptovalyuta köçürmələri də qeydə alınacaq. Hazırda Türkiyədə kriptovalyuta sahibi olan təxminən 12 milyon insan var.

  • Коротченко: Армия Азербайджана – одна из лучших в мире

    У Азербайджана одна из лучших армий не только на постсоветском пространстве, но и во всем мире. Это подтверждает 44 дневная война по итогам, которой Армения капитулировала, потерпев сокрушительный разгром.

    Как сообщает российское бюро Report, об этом заявил генеральный директор Каспийского института стратегических исследований Игорь Коротченко на торжественном приеме по случаю 26 Июня – Дня Вооруженных сил Азербайджана.

    Эксперт отметил, что сегодня спецназ ведущих стран мира равняется, в том числе на азербайджанские силы специального назначения.

    “Два фактора, на которые обращают внимание все специалисты, это первое масштабное применение разведывательных и ударных беспилотников. В данном плане Азербайджан показал, как ведется современная высокотехнологичная война. И второе это использование сил специального назначения, операция по освобождению Шуши по ее дерзости, мастерству, уникальности, а самое главное – военно-политическим результатам – она беспрецедентна, и сегодня спецназ ведущих стран мира равняется, в том числе на азербайджанские силы специального назначения”, – сказал эксперт.

    Коротченко отметил высочайший уровень профессиональной подготовки азербайджанской армии.

    “Профессиональное мастерство офицеров и высшего командного состава Вооруженных сил Азербайджана, ну и, конечно, архитектор победы, Верховный главнокомандующий, президент Азербайджана Ильхам Алиев, который показал свой полководческий талант в ходе второй Карабахской войны, и стал решающим фактором победы, наряду, безусловно, с теми усилиями и героизмом, продемонстрированными азербайджанской армией на нынешнем этапе, когда Азербайджан обеспечил суверенитет и территориальную целостность, возвратив оккупированные армянами территории”, – подчеркнул И.Коротченко.

    Политолог подчеркнул, что Россию и Азербайджан связывают близкие и тесные отношения союзнического взаимодействия: “Хотелось бы поздравить личный состав Вооруженных сил Азербайджана с профессиональным праздником. Россию и Азербайджан связывают очень близкие тесные отношения союзнического взаимодействия. Напомню, что Азербайджан закупил российского оружия на сумму более 5 миллиардов долларов, и именно это оружие, в том числе обеспечило победу во второй Карабахской войне. Сегодня между нашими лидерами, между нашими странами существуют устойчивые тесные отношения. Будем рассчитывать, что и военное, и военно-техническое сотрудничество между Москвой и Баку будет по-прежнему развиваться во имя мира, безопасности и стабильности Южного Кавказа”, – заключил он.

  • Korotçenko: Azərbaycan bütün dünyada ən yaxşı ordulardan birinə malikdir

    “Azərbaycan təkcə postsovet məkanında deyil, bütün dünyada ən yaxşı ordulardan birinə malikdir. Bunu 44 günlük müharibənin yekununda Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayaraq kapitulyasiyaya imza atması təsdiqləyir”.

    “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda deyib.

    Korotçenko Azərbaycan ordusunun peşəkar hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edib:

    “Bütün ekspertlərin diqqət yetirdiyi iki amil mövcuddur – kəşfiyyat və hücum PUA-larından ilk geniş miqyaslı istifadə. Bu baxımdan Azərbaycan müasir yüksək texnologiyalı müharibənin necə aparıldığını göstərdi. İkincisi isə xüsusi təyinatlıların tətbiqi. Şuşanın azad edilməsi əməliyyatı öz cəsarəti, məharəti, unikallığı, ən əsası isə hərbi-siyasi nəticələri ilə misilsizdir. Bu gün dünyanın aparıcı ölkələrinin xüsusi təyinatlıları Azərbaycan xüsusi təyinatlıları ilə müqayisə olunur.

    Azərbaycan Silahlı Qüvvələrinin zabit və yüksək rütbəli komandan heyətinin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi o səylər, qələbənin memarı, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi liderlik istedadını nümayiş etdirən peşəkar məharəti qələbədə həlledici amil oldu”.

    Politoloq vurğulayıb ki, Rusiya ilə Azərbaycanı yaxın və sıx müttəfiqlik münasibətləri bağlayır:

    “Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik etmək istəyirəm. Xatırladım ki, Azərbaycan 5 milyard dollardan çox dəyərində Rusiya silahları alıb və məhz bu silahlar digərləri ilə yanaşı, İkinci Qarabağ müharibəsində də qələbəni təmin edib. Bu gün liderlərimizlə ölkələrimiz arasında sabit, sıx əlaqələr mövcuddur”.