Month: June 2024

  • Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək

    Şimali Koreya bu ilin iyulunda işğal olunmuş Donetsk vilayətində “bərpa işlərində” iştirak etmək üçün hərbi tikinti və mühəndis qüvvələrini göndərəcək.

    Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın “TV Chosun” telekanalı Cənubi Koreya rəsmisinə istinadən məlumat yayıb.

    Cənubi Koreya artıq iyulun əvvəlində işğal olunmuş Donetsk vilayətinə Şimali Koreyanın böyük mühəndis qüvvələrinin göndərilməsini gözləyir.

    Bu qüvvələr işğal olunmuş Donetskdə “infrastrukturun bərpasına” kömək etməli olacaqlar.

    Şimali Koreya ordusunun 10 mühəndis briqadası var və Chosun TV-nin hesablamalarına görə, Şimali Koreya işğal olunmuş Ukraynaya üç və ya dörd mühəndis briqadası göndərərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər.

  • Bakı 5 ay ərzində İrəvana niyə 49 min avro ödəyib?

    Azərbaycan cari ilin 5 ayı ərzində aviaşirkətlərin Ermənistanın hava məkanından həyata keçirdiyi uçuşlara görə bu ölkəyə 49 min 459 avro ödəyib.

    Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatında deyilir.

    Məlumata görə, ödəniş müəyyən olunmuş qaydada “Avrokontrol” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

    2023-cü ildə isə aviauçuşlara görə Azərbaycan Ermənistana 80 min avro ödəmişdi.//Publika.az

  • Azərbaycanda bu şirkət müflis oldu

    “Dop Dolu” Məhdud Məsuliyyətli Cəmiyyəti müflisləşib.

    İqtisadiyyat.az xəbər verir ki, şirkət müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə yazıb.

    Ərizə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.

    Həmin iş üzrə məhkəmə iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə iyulun 2-nə təyin edilib.

    Qeyd edək ki, “Dop Dolu” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kəngərli Çingiz Elşad oğludur.

  • МВД Франции предупредил о рисках в сфере безопасности во время выборов

    МВД Франции предупредил о рисках для безопасности, в частности об угрозе терроризма, во время досрочных выборов в Национальное собрание (нижнюю палату парламента).

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил телеканал BFMTV.

    В ведомстве отметили, что голосование пройдет на фоне “многочисленных угроз для безопасности”, “опасность терактов остается чрезвычайно высокой”. Правоохранительные органы также допускают “кибератаки и манипуляцию информацией в социальных сетях”.

    При этом в МВД указали на возросшие нагрузки на личный состав правоохранительных органов в тех департаментах, где в настоящий момент проходит эстафета олимпийского огня.

    9 июня президент Франции Эмманюэль Макрон принял решение распустить Национальное собрание на фоне поражения своих сторонников на выборах в Европарламент. Первый тур голосования на досрочных парламентских выборах пройдет 30 июня, второй – 7 июля.

  • Fransa DİN seçkilər zamanı təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib

    Fransa Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilər zamanı təhlükəsizlik riskləri, xüsusən də terror təhlükəsi barədə xəbərdarlıq edib.

    Bu barədə BFMTV kanalı məlumat yayıb.

    Qeyd edilib ki, səsvermə çoxsaylı təhlükəsizlik təhdidləri fonunda keçiriləcək və terror hücumları təhlükəsi son dərəcə yüksək olaraq qalır. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə kiberhücumların və məlumatların manipulyasiyasının ola biləcəyini güman edir.

    Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə məğlubiyyət fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar parlament seçkilərində səsvermənin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

  • İranda İsrailə casusluq etməkdə günahlandırılan şəxs edama məhkum olunub

    İran İslam İnqilab Məhkəməsinin Urmiyadakı şöbəsi İdris Əli adlı 31 yaşlı kişini “İsarilə casusluq etməkdə” təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.

    Bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb.

    Bildirilib ki, İdris Əli Qərbi Azərbaycan əyalətinin Sərdəşt rayon sakini, iki uşaq atasıdır. Məlumata görə, o, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) təzyiqi əsasında günahını etiraf edib. İdris Əli üç ay əvvəl həbs olunub. Onunla birlikdə daha 8 nəfər tutulub. Onlardan beşi girov qarşılığında sərbəst buraxılıb, üçü isə hələ də həbsdədir.

  • Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb

    Ölkənin bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

    Bu barədə Milli Hidrometeoroogiya Xidmətindən bildirilib.

    Qeyd olunub ki, Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

    Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Tovuz, Ağstafada orta, Naftalanda yüksək, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

    Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şabranda çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

    Həmçinin bildrilib ki, iyunun 28-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəçək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.
    //report

  • MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub

    Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

    Nazir qeyd edib ki, əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99%). Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur (70% korrelyasiya). Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib.
    //report

  • Şərurda yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb

    Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

    Hadisə Naxçıvan-Sədərək magistralında baş verib.

    Hadisə nəticəsində piyada, Şərur rayonu Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанские перевозчики впервые ввезли грузы напрямую из Китая автотранспортом

    Азербайджанские грузоперевозчики впервые осуществили поставки автомобильным транспортом из Китая напрямую в Азербайджан.

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана, автомобили, выехавшие из китайского города Алашанькоу, прибыли в Баку всего за 6 дней, следуя по маршруту Китай-Казахстан-Россия-Азербайджан.

    Отметим, что ранее прямые перевозки автомобильным транспортом между Китаем и Азербайджаном не осуществлялись. Грузы перевозились в основном через территории соседних стран, с перегрузкой с одного транспортного средства на другое. Таким образом, впервые азербайджанские перевозчики осуществили прямую перевозку грузов непосредственно из Китая.

    В 2024 году между Азербайджаном и Китаем был осуществлен обмен бланками “разрешений” на международные грузоперевозки автомобильным транспортом. Это расширило географию международных перевозок азербайджанских транспортных компаний, и количество стран, с которыми Азербайджан ведет грузоперевозочную деятельность, достигло 51.
    //report