Month: June 2024

  • Məşhur serial 25 ildən sonra ekranlara qayıdacaq

    “Dinozavrlarla gəzinti” elmi populyar serialı 25 ildən sonra ekranlara geri qayıdacaq.

    Layihə artıq istehsal mərhələsinə keçib. Onun premyerası 2025-ci ildə baş tutacaq. Serialın hər bölümündə qalıqları hazırda arxeoloqlar tərəfindən araşdırılan fərqli növ dinozavrdan bəhs ediləcək.

    Mütəxəssislər qədim canlıların necə yaşadıqlarını, qidalandıqlarını, döyüşdüklərini və öldüklərini göstərmək üçün ən müasir vizual effektlərdən istifadə edəcəklər.

    Film əvvəllər olduğu kimi BBC-nin sifarişi ilə hazırlanır.

    Mənbə: daily.afisha.ru

  • “Google” gizli şəkildə istifadəçiləri izləyirmiş

    “Google” bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını toplayıb və hətta uşaqların səsini də qeydə alıb.

    Bu barədə “Google”un daxili məlumat bazasına istinadən məlumat verilir.

    Bu bazada təqdim olunan məlumatlara əsasən, 2013-cü ildən 2018-ci ilə qədər “Google”un əməkdaşları minlərlə istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi hallarını qeydə alıblar. Məsələn, bu hallardan biri istifadəçilərin xəbəri olmadan onların elektron məktublarının saxlanılması ilə bağlı olub.

    Bundan əlavə, sənədlərdə “Waze” istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında “YouTube”da tövsiyələrin göstərilməsi və “Socratic” tədris proqramında bir milyondan çox istifadəçinin (o cümlədən uşaqların) elektron poçt ünvanlarının açıqlanması qeyd olunur.

    “Google”un nümayəndəsi bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini bildirib.

    Xatırladaq ki, dörd il əvvəl ABŞ-də “Google”un baş şirkəti “Alphabet Inc”ə qarşı iddia qaldırılmışdı. Korporasiya, hətta icazə verilmədikdə belə, müxtəlif proqramların istifadəçiləri izləməsində ittiham olunub. Məlumatların toplanması, hətta brauzerdə “İnkoqnito” rejimi aktiv olduqda belə həyata keçirilib.

    Mənbə: 404 Media

  • Çili bibəri piylənməyə səbəb olur? – TƏDQİQAT

    Çin Elektron Elm və Texnologiya Universitetinin (UESTC) alimləri müəyyən ediblər ki, piylənmə tez-tez çili bibəri istehlak edən insanlar arasında daha çox yayılıb.

    Məlumata görə, tədqiqatçılar çili bibəri istehlakının tezliyi, bədən kütləsi indeksi (BMI) və ümumi ABŞ əhalisi arasında piylənmənin yayılması arasındakı əlaqəni təhlil ediblər. Tədqiqata 6138 ABŞ-li qadın və kişi qoşulub. İştirakçıların sağlamlığı, çəkisi və çili bibəri istehlakının tezliyi haqqında məlumat toplanılıb.

    Əldə edilən məlumatlara əsasən, könüllülər üç qrupa bölünüblər: çili bibəri yeməyənlər, az hallarda yeyənlər və tez-tez yeyənlər. Korrelyasiya təhlili göstərdi ki, üçüncü qrupdakı iştirakçılarda normaldan daha çox bədən kütləsi indeksi var. Alimlər hesablayıblar ki, onların BKG-si (bədən kütlə göstəricisi) rassionunda az miqdarda çili bibəri olan könüllülərinkindən orta hesabla 0,71 bal yüksəkdir.

    Həmçinin çili bibəri istehlakı yüksək səviyyədə olan iştirakçıların birinci qrupdakı könüllülərlə müqayisədə piylənmə riskinin 55% daha yüksək olduğu müəyyən edildi.

    Alimlər qeyd ediblər ki, çili bibəri çox vaxt yağlı və kalorili qidalarla birlikdə istehlak edilir. Çox güman ki, kilo almağa səbəb olan bu birləşmədir.

  • Respublika Klinik Xəstəxanası köçürülür, yoxsa bağlanır? – AÇIQLAMA (VİDEO)

    Respublika Klinik Xəstəxanası köçürülür.

    Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

    Bəs məsələ nə dərəcədə həqiqəti əks etdirir və köçürülmə prosesi nə vaxt başlayacaq?

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanasının da köçürüləcəyini təsdiqləyib. Onun sözlərinə görə, tibb müəssisəsində əsaslı təmirə ehtiyac var.

    Vüqar Qurbanov həmçinin, dövlət tibb müəssisələrindəki həkimlərin vətəndaşlardan, poliklinikadan göndəriş gətirməsini tələb etmələri ilə bağlı məlumatlara də aydınlıq gətirib.

    Ətraflı süjetdə:

  • В Огузском районе пастуха обнаружили мертвым

    В Огузском районе пастуха нашли мертвым.

    Как сообщает Report, случай зафиксирован в лесистой местности около села Синджан.

    Согласно информации, в утренние часы местный житель Анар Мамедъяров (1973 г.р.) погнал овец на пастбище.

    Вечером, увидев, что животные возвращаются без пастуха, жители села начали его поиски.

    В результате сельчане обнаружили его мертвым на вышеуказанной территории.

    По данному факту проводится расследование.

  • Oğuzda qoyunları otarmağa gedən çoban ölü tapıldı

    Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidən meyiti tapılıb

    “Report”un məlumatına görə, hadisə rayonun Sincan kəndi ərazisində baş verib.

    Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü Anar Məmmədyarov səhər saatlarında qoyunları otarmaq üçün kənddən aralı meşəlik əraziyə gedib.

    Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri A.Məmmədyarovu axtarmağa başlayıblar.

    Nəticədə onu həmin ərazidə ölmüş vəziyyətdə aşkarlayıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda kirayə mənzillər UCUZLAŞACAQ – Ekspertdən açıqlama (VİDEO)

    Paytaxtın kirayə mənzil bazarında da qiymətlər artan templə davam edir. Hətta, bəzi ərazilərdə boş ev tapmaq müşkülə çevrilir.

    Ekspertlər hesab edirlər ki, yaxın günlərdə qiymətlərlə bağlı dəyişiklik olacaq.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mövsümlə əlaqədar bu aydan etibarən kirayə mənzillərə tələbat azalacaq.

    “Buna görə də, paytaxt ərazisində boş mənzil tapmaq bir qədər asanlaşacaq”

    Ekspert kirayə mənzil bazarında ucuzlaşmanın təxmini nə qədər olacağını da açıqlayıb.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Милей хочет провести государственную реформу при помощи ИИ

    Президент Аргентины Хавьер Милей сообщил, что хочет применить искусственный интеллект (ИИ) для проведения реформы государственного управления.

    “Мы решаем, какой будет следующая государственная реформа. Государство должно стать более эффективным. Мы поговорили с людьми из Google, у них есть модуль для проведения реформы государства, но при помощи искусственного интеллекта. Так что мы будем двигаться в этом направлении”, – сказал Милей журналистам, выступая в правительстве.

    На прошлой неделе аргентинский президент посетил США для встречи с руководством корпораций Google, Apple, Meta и OpenAI. Он также обсудил инвестиции в Аргентину с представителями 30 компаний, работающих в сфере искусственного интеллекта.

    Милей, вступивший в должность президента 10 декабря прошлого года, в своей первой речи в качестве главы государства охарактеризовал ситуацию в стране как критическую и заявил о необходимости шоковых мер в экономике. Политик-либертарианец выступает за минимальное вмешательство государства в экономику и ее долларизацию, упразднение Центробанка Аргентины для сдерживания инфляции, приватизацию всех госкомпаний.

    Источник: ТАСС

  • Argentina prezidenti islahatları süni intellektin köməyi ilə aparmaq istəyir

    Argentina Prezidenti Xavyer Miley dövlət idarəçiliyində islahatlar aparmaq üçün süni intellektdən istifadə etmək istədiyini bildirib.

    “Biz hökumətin növbəti islahatının nə olacağına qərar veririk. Biz “Google”dan olan insanlarla danışdıq, onların hökumət islahatları üçün modulu var, amma biz buna süni intellektin köməyi ilə keçəcəyik”, – deyə hökumət qarşısında çıxış edən Miley bildirib.

    Qeyd edək ki, ötən həftə Argentina prezidenti “Google”, “Apple”, “Meta” və “OpenAI” şirkətlərinin rəhbərliyi ilə görüşmək üçün ABŞ-yə səfər edib. O, həmçinin süni intellekt sahəsində çalışan 30 şirkətin nümayəndələri ilə Argentinaya investisiyaları müzakirə edib.

    Mənbə: TASS

  • Ucarda məktəbli qıza mesajlar yazıb evlərini yandırmaqla HƏDƏLƏDİLƏR

    Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1993-cü il təvəllüdlü Samir Kərimov (şərti) barəsində Cinayət Məcəlləsinin 176-1. (Nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə açılmış işə baxılıb.

    Ucar Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir uzaq qohumu olan 2006-cı il təvəllüdlü qızı 2021-ci ildən etibarən hədələyib.

    O, yeniyetmə qıza çoxsaylı hədələyici mesajlar yazıb, evlərini yandırmaqla, kənddə rüsvay etməklə hədələyib.

    Qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən qız bildirib ki, Samirlə əvvəlcə normal münasibəti olub. Lakin sonradan onun aqressiv hərəkətləri səbəbindən münasibətləri korlanıb:

    “2021-ci ildə Samir məndən xoşlanması barədə xəbər göndərərək münasibət yaratmaq istədiyini bildirmişdi. Ona yox cavabı vermişdim. Daha sonra müxtəlif vaxtlarda oxuduğum məktəbin qarşısına gəlməyə başladı. Hər dəfə onu görüb tez evə çıxıb gedirdim. Samirin hər dəfə qarşıma çıxmasından narahat olduğum və qorxduğum üçün bu barədə ana-atama demişdim. Hər ikisi ayrı-ayrılıqda Samirlə görüşərək məndən uzaq durması barədə xəbərdarlıq etmişdi.

    Samir 2022-ci ilin aprel ayında məktəbdən evə gedərkən məktəbin həyətində qəfil qolumdan tutaraq özünə çəkdi və sonra məndən uzaqlaşıb ağaca qoyduğu mobil telefonunu götürdü. Telefonda foto çəkdiyini deyib şəkli göstərdi, onunla evlənməsəm, həmin şəkli kənddə göstərərək sevgili olduğumuzu yayaraq adıma söz çıxaracağını, atamın məni evdən qovacağını və kənddə rüsvay olacağımı dedi. Samir mənə ata və anamla danışarkən istənilən halda onunla evlənəcəyimi bildirdiyini, ata və anamın isə qorxduğunu deyirdi.

    Həmin vaxt çox çarəsiz qalmışdım və artıq heç kimin mənə köməklik edə bilməyəcəyini düşünürdüm. Bu səbəbdən kənd içində rüsvay olmamaq, eyni zamanda ata və anama heç bir şey olmasın deyə məcbur qalıb Samirlə danışmağa razılaşdım. Mobil telefonla 2022-ci ilin aprel ayından başlamaqla 2023-cü ilin oktyabr ayınadək mesajlaşmağa başladım.

    O, yazdığı müddət ərzində birlikdə qaçmağı, nikaha girməyi deyirdi, əks halda yaşadığım kənddə məni rüsvay edəcəyini, ailəmin ona mesaj yazdığımı və birgə fotolarımızın olduğundan xəbər tutacağını bildirirdi. Samir evlənməli olduğumuzu, əks halda adıma kənddə söz çıxaracağını, mənimlə başqa heç kimin evlənməyəcəyini, kimsə evlənmək istəsə, toyda “qanın su yerinə axacağını” deyirdi. Həmçinin mənə və ailəmə xəsarət yetirməklə də hədələyirdi.

    Sözündən çıxsam, gəlib evimizi yandıracağını, atamla anamın da qorxduğu üçün heç bir şey edə bilməyəcəyini, polisin də məsələni xeyrinə həll edəcəyini deyirdi. 2023-cü ilin oktyabr ayının 12-də atam evə gələrək Samirin ona zəng edib danışdığını və məni qaçıracağını dediyini bildirib məndən nə baş verdiyini soruşdu. Ağlayaraq bütün baş verənləri valideynlərimə danışmağa başladım. Daha əvvəllər də evdə ağlayarkən ata-anam nə olduğunu soruşsa da, qorxu və çarəsizliyimdən baş verənləri danışa bilmirdim”.

    Zərərçəkən qız bildirib ki, Samirlə arasında intim münasibət olmayıb, həmin şəxs yalnız psixi təsir göstərərək evlənməyə məcbur edib:

    “Samir psixi təzyiq göstərməklə və təhqir etməklə evlənməyimizi istəsə və birlikdə qaçmağı təklif etsə də, məni qaçırmağa cəhd etməyib”.

    Yeniyetmə qız təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edib.

    Ucar Rayon Məhkəməsi 31 yaşlı kişini qeyd edilən maddə üzrə təqsirli bilib. Məhkəmənin 31 may tarixli hökmü ilə ona 1 il 6 ay həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.