Month: June 2024

  • Yuxuda ay görmək nə deməkdir?

    Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu yozmaları və terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

    Yuxularda bir çox şey görürük. Bunlardan biri də aydır.

    Bəs, yuxuda Ay görmək hansı mənaya gəlir?

    Lent.az yuxuda Ay görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

    Yuxuda ay görmək heç kimdən asılı olmadan uzun və qürurlu bir ömür sürməyə yozulur. Bəzi mənbələrə görə, yuxuda ayın çıxması xəyalpərəstin bəzi pis niyyətli insanların həsəd apardığı şəxsi və iş həyatına sahib olduğuna işarə edir.

    Yuxuda ay görmək nədir?

    Xəyalpərəst yuxusunda Ay görürsə, bu yaxşı xəbər deməkdir. İnsanın yaxşı gələcəyi olacağı kimi də ifadə edilə bilər. Yuxuda ay görmək müsbət yuxular sırasındadır. Yuxuda ay, günəş, ulduz, planet kimi müxtəlif obyektləri görmək də insanlar üçün çox maraqlıdır. Yuxularında ayı görən insanlar, yerdən kənarda çata bilmədikləri bir varlıqla qarşılaşdıqları üçün də təəccüblənirlər. Ona görə də yuxuları ilə bağlı çox araşdırma aparır və yuxusunda görünən Ay haqqında məlumat almaq istəyir.

    Yuxuda ay tutulması görmək nədir?

    Ay tutulması dünya üçün sirli təbiət hadisələrindən biridir. Yuxuda Ay tutulmasını görmək şəxs üçün deyil, ölkənin baş naziri üçün xəbərə işarə edir. Yuxuda Ay tutulmasını görmək, baş nazirin vəzifədən uzaqlaşdırılmasına yozulur, həm də yuxu görən bir alimin və ya sevilən birinin ölümünə yozulur.

    Yuxuda ay tutduğunu görmək nədir?

    Xəyalpərəst yuxusunda özünü ayı tutduğunu görürsə, bu, yuxu görən üçün yaxşı şans deməkdir. Xüsusən də yuxu görən adam subay olarsa, bəxtlə qarşılaşacaq və bu sərvətlə qısa zamanda evini quracaq. Xəyalpərəst evlidirsə, bu yuxunun yozumu insanın iş həyatında uğur qazanması kimi ifadə edilir.

    Yuxuda ayın səcdə etdiyini görmək nədir?

    Yuxularda insanların real həyatda rastlaşmaq şansının olmadığı vəziyyətlər baş verir. Bunlardan biri də yuxuda ayın səcdə etdiyini görməkdir. Yuxusunda ayın səcdə etdiyini görən şəxsin dövlət idarəsində işə başlayacağına və bu vəzifədə yüksək vəzifəyə çatacağına yozulur. Yuxusunda ayı səcdə etdiyini görən şəxs işində uğurları üçün tərifli sözlər eşidəcək, bu uğurları ilə daim fəxr edəcək və nəticədə sevinəcək.

    Yuxuda Ay və Günəşi mübarizə edərkən görmək nədir?

    Ay və Günəş dünyamız üçün ən vacib iki elementdir. Biri dünyamızın peyki olsa da, biri bizə işıq verən, yaşamağa imkan verən ən böyük ulduzlardan biridir. Bu səbəbdən yuxuda ay və ulduzların döyüşdüyünü görmək insanlar üçün ən maraqlı yuxular sırasındadır. Yuxusunda Ay və Günəşin mübarizəsini görən insan, ətrafında iki böyük, güclü və bir-birinə rəqib olan insanın mübarizəsinə şahid olar. Bu davanın sonunda iki şəxs arasında ciddi hadisələr baş verəcək.

    Yuxuda bütöv Ay görmək nədir?

    Yerin peyki Ayın bir çox forması var. Bunlardan biri Ayın tam parlaq və dairəvi göründüyü tam aydır. Yuxuda tam ay görmək insan üçün xeyirli və uğurlu işlərə işarə edir. Yuxu görən insan sahib olmaq istədiyi çox şeyə sahib olar. Yuxuda tam ay görmək həm də xoşbəxtlik və sevinc deməkdir. Yuxuda görülən tam ay da insanın həyatı boyu dinc və şən bir həyat sürəcəyinə işarə edir.

  • Yalanı dərhal tanıyan BÜRCLƏR

    Bütün insanları aldatmaq olmaz.

    Bəzi insanlar dərhal yalanı görür və onları necə aldatmağa çalışdıqlarına sadəcə gülürlər.

    Təfərrüatlar

    Şir bürclərinə belə imkanlar verilir. Onlar yüksək intellektə malikdirlər ki, bu da onlara insanların həqiqi niyyətlərini anlamağa kömək edir. Beləliklə, onlara yalan danışmamalısınız, çünki onsuz da yaxşı bir şey olmayacaq.

    Tərəzi həmişə alınan məlumatları yoxlayır. Bir insanın onlara yalan danışdığını başa düşdükdən sonra dərhal ondan təhlükəsiz məsafə yaradırlar.

    Əqrəblər əla intuisiyaya malikdirlər və sadəcə olaraq yalanı hiss edirlər. Başlanğıcda fikirlərinin sübutu olmasa da, mahiyyəti görürlər. İkili standartlar onlarla işləməyəcək.

  • Emin Axundovu ölümlə hədələyərək 100 min tələb ediblər

    “AzərMaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Axundovu əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov adlı şəxs şantaj edib.

    İttihama görə, Ə.Əhmədov E.Axundova bir neçə dəfə SMS göndərib, 100 min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağı ilə hədələyib. Əhmədin hədə-qorxu dolu mesajlarından sonra Axundov ona 10 min manat verməyə razılaşıb. E.Axundov həmin pulun min manatını Əhmədin dostunun kart hesabına göndərib. Sonradan isə 9 min manatı verəcəyini deyib.

    Lakin Axundov təqsirləndirilən şəxsin çoxsaylı hədə-qorxularına tab gətirə bilməyərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

    “Bandotdel” təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıb.

    Əhməd ifadəsində Emin Axundovu hələ o, bankda filial müdiri işləyən vaxtdan tanıdığını bildirib. Amma dediyinə görə, hədə-qorxu gəlməyə onu Axundovun qardaşının hərəkətləri məcbur edib.

    Əhməd ifadəsində Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işlədiyini, onun itlərini yemlədiyini bildirib. Bundan əlavə, bağ evində başqa işlər də görüb. Onun sözlərinə əsasən, Eldar onun ümumilikdə 40-50 min manat təşkil edən zəhmətinin haqqını verməyib. Əhməd də qardaşının borcunun əvəzini Emin Axundovdan çıxmaq qərarına gəlib. Bu səbəbdən onu hədələyərək 100 min manat tələb edib.

    Emin Axundov isə ilkin ifadəsində deyib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının heç bir şəxsi ədavəti, yaxın iş birliyi olub.

    Əhməd Əhmədova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “AzərMaş” ASC-nin İdarə Heyətinin sədridir.

  • Ukraynada sülh necə olmalıdır? – Baydenin cavabı

    ABŞ prezidenti Co Bayden Ukrayna üçün gələcəkdə sülhü necə gördüyü barədə cavablandırıb.

    Bayden bunu “Time” jurnalına müsahibəsində deyib.

    Xüsusən də Ağ Ev rəhbərinə sual verilib ki, Ukraynada son məqsəd nə olmalıdır və sülh necə əldə olunmalıdır.

    “Sülh Rusiyanın heç vaxt Ukraynanı işğal etməyəcəyinə zəmanət olmalıdır”, deyə Bayden vurğulayıb.

    Onun fikrincə, Qərb ölkələri Ukraynanın çökməsinə icazə verərsə, onun ardınca Rusiyaya qonşu olan digər ölkələr də itiriləcək.

    Ona NATO-nun Rusiya ilə müharibə etmək üçün sürüşkən yolda olması təhlükəsinin olub-olmaması da soruşulub.

    “Xeyr, əgər Ukrayna ilə bağlı bir şey etməsək, müharibə üçün sürüşkən bir yolda olacağıq”, deyə Bayden cavab verir.
    //qaynar.az

  • Başçı müavinindən texnika istədi, mübahisə etdi – 50 manat cərimələndi

    Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1959-cu il təvəllüdlü  fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.

    Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib.

    Arif Allahverdiyev fermerin istəyinə “yox” cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.

    Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.

  • Körpələr arasında ölüm halları niyə artıb? – Həkimdən xəbərdarlıq

    Azərbaycanda son üç ildə bir yaşadək ölən uşaqların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə 2 039 nəfər bir yaşadək uşaq vəfat edib. Onlardan 1 146 nəfəri oğlan, 893 nəfəri isə qızdır. 2022-ci ildə bir yaşadək bütün səbəblərdən ölən uşaqların cəmi sayı 959, 2021-ci ildə isə 840 nəfər olub.

    Bir yaşadək körpələrin ölüm səbəbinə gəldikdə isə qeyd edilib ki, ötən il 1 287 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan vəfat edib.

    2022-ci ildə həmin dövrdəki müxtəlif hallardan ölən uşaqların sayı 392, 2021-ci ildə isə 349 olub.

    Ölkədə körpə ölümü səviyyəsinin azaldılmasında 1991-ci ildən bəri ciddi irəliləyişlər olub, 2004-cü ildən sonra bu sahədə müsbət addımlar atılıb. 1991-ci ildə hər 1 000 nəfər diri doğulana 93 körpə ölümü halı qeydə alınırdı. Sonrakı illərdə bu rəqəm xeyli aşağı endi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildə bu rəqəm 28,2 nəfərə qədər azalıb.

    Bu azalma yaxın illərə qədər davam edib, ana və uşaq ölümlərinin sayında azalma müşahidə edilib. 2019-cu ildə bir yaşa qədər ölən uşaqların sayı isə 1 557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 959 olub. Lakin rəqəmlərdən göründüyü kimi, 2023-cü ildə yenidən bir yaşadək ölən uşaqların sayı artıb.

    Uşaq ölümlərinin artmasının səbəbi nədir?

    Mövzu ilə bağlı Bizim.media-ya danışan pediatr Vaqif Qarayev deyib ki, dünyada bir yaşa qədər uşaq (südəmər dövr) ölüm sayı, ölüm faizi həmin ölkənin səhiyyəsinin səviyyəsini göstərir:

    “Təkcə uşaq yox, həm də ana ölümü bura aiddir. Bir yaşına qədər anatomik fizioloji xüsusiyyətləri fərqli olduğuna görə hələ mükəmməl inkişaf eləmir, həm də immuniteti aşağı olur.

    Bu yaşdakı uşaqlar ən çox tənəffüs və mədə-bağırsaq sistemi xəstəliklərinə meyillidirlər və bu onlarda ağır keçir. Bundan başqa, mərkəzi sinir sistemi xəstəlikləri, anadangəlmə patologiyalar, irsi xəstəliklər, qan xəstəlikləri var. Ona görə də bu uşaqlar arasında ölüm faizi yüksəkdir.

    Körpələr arasında ölüm sayının bizdə niyə bu qədər artdığını deyə bilməyəcəyəm, çünki o rəqəm stabil idi, dünya standartlarına uyğun olmasa da, standart idi. Hamı bilməlidir ki, sadaladığım orqan və sistemlər xəstəliyə çox meyillidir. Perinatal dövrdə, bir aylıq uşaqdakı pnevmoniya bir yaşındakı uşaqdakı pnevmoniyadan ağır keçir, müalicəyə çox çətinliklə tabe olur”.

    Həkim bildirib ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır:

    “Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin necə olduğunu dəqiq bilmirəm, amma bizdə bu məsələ xoşagələn halda deyil. Hamilə qadın 9 ayda bir dəfə həkim qapısını döymür, doğulanda da bəlli olur ki, ya yarımçıq, ya ağır patologiya ilə doğulub. Anadangəlmə problemlər müalicəyə çox çətin tabe olur.

    Hamilə qadın mütləq qadın məsləhətxanalarında, nəzarət altında olmalıdır. Xüsusilə, əvvəlki hamiləlikdə düşüklər, qanaxma, ölü doğulma və ya uşağın doğulan kimi ölməsi halı yaşanıbsa, qadın risk qrupuna aiddir. Həkim gərək onun səbəbini araşdırsın və qadının hamilə qalıb qalmamasına qərar versin. Buna isə heç kim əhəmiyyət vermir”.

    O, problemin bir səbəbini qeysəriyyə əməliyyatlarında görüb:

    “Uşaq təbii yolla doğulmalıdır. Uşaq təbii doğuş yollarından keçərkən bağırsaq immuniteti zədələnmir. Hazırda qeysəriyyə əməliyyatı üçün bir günə bir xəstəxanada 17 qadın növbəyə dayanır.

    Bu, Allaha qiyam qaldırmaqdır. Təcrübə birmənalı olaraq göstərir ki, qeysəriyyə ilə doğulan uşaqların heç bir yerində problem olmasa da mədə-bağırsağında problem olur. Qeysəriyyə əməliyyatına tibbi göstərişlər var, digər hallarda təbii yolla doğulmalıdır. Amma bir qadın bunu istəyirsə və həkim bundan imtina etsə, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə həkimin qadına kömək etməməsi barədə çox kəskin şəkildə yazacaqlar.

    Həkimlər əməliyyat tərəfdarı deyillər. Doğuşdan sonra uşaqda müxtəlif, sadaladığımız problemlərdən varsa, hələ doğum evində tibbi müdaxiləyə məruz qalıbsa, bu da artıq risk qrupuna aid olan uşaqdır.

    Evə gələndən sonra sahə həkiminin ciddi nəzarətində olmalıdır, bir aylığına qədər həkim azı 2 dəfə, tibb bacısı isə həftədə bir dəfə evə getməlidir. Doğuşdan sonrakı bir aylıq zaman ən kritik dövrdür. Bundan sonra hər ay mütəmadi olaraq həkimin yoxlanışından keçməli, boyu, çəkisi, qidalanması, geyimi, havası və s. yoxlanılmalıdır.

    Bir yaşından sonrakı uşaqların da öz xəstəliyi var, son vaxtlar uşaqlar şəkər, zob, mərkəzi sinir sistemi xəstəlikləri, ürək qüsurları və bu kimi xəstəlikdən ölür”.

  • Xankəndiyə göndərilən rektorun vəzifələrini o icra edəcək

     Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub.

    Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə gətirilib.

    Nazir E.Əmrullayevin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.

    Qeyd edək ki, Üzeyir Zeynalov əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, hazırkı təyinata qədər isə Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

    Xatırladaq ki, bir neçə gün öncə sözügedən təhsil ocağının rektoru Şahin Bayramov vəzifəsindən azad olunaraq Xankəndidə yerləşən Qarabağ Universitetinə rəhbərktor göndərilib.

  • Xərçəng erası başa çatır? – İngiltərədə mRNT peyvəndinin klinik sınaqlarına başlanıldı

    İlk xəstə İngiltərədə fərdiləşdirilmiş xərçəng peyvəndlərinin inkişafını sürətləndirməyə yönəlmiş yeni təşəbbüs çərçivəsində bağırsaq xərçənginə qarşı mRNT peyvəndi əldə edib.

    Qaynarinfo xəbər verir ki, “Xərçəng Peyvəndi Başlama Platforması” kimi tanınan proqram minlərlə xəstəyə xərçəng müalicəsində inqilab yarada biləcək eksperimental vaksinlərin klinik sınaqlarında iştirak etməyə imkan verəcək.

    55 yaşlı universitet müəllimi və dörd uşaq atası Elliot Febve kolorektal xərçəng diaqnozu qoyulduqdan sonra mRNA peyvəndi alan ilk xəstə olub. Şişin çıxarılması üçün əməliyyatdan və kimyaterapiyadan sonra Febveyə tədqiqatda iştirak etmək təklif olunub. O qeyd edib ki, bu layihədə iştirak onun peşəsinə və digər insanlara kömək etmək istəyinə uyğundur.

    Febvenin eksperimental peyvəndi aldığı xəstəxana İngiltərədə proqramda iştirak edən 30 xəstəxana arasındadır. Tezliklə digər tibb müəssisələri də onlara qoşulacaq.

    COVID-19 pandemiyası zamanı uğurla istifadə edilən mRNA vaksin texnologiyası indi fərdiləşdirilmiş xərçəng peyvəndi yaratmaq üçün istifadə olunur. Bu peyvəndlər xəstələrin spesifik şişlərini hədəf alaraq onların effektivliyini xeyli artırır. Melanoma və beyin xərçənginə qarşı mRNT vaksinlərinin son sınaqları ümidverici nəticələr göstərib.

    Xərçəng Peyvəndi Başlama Platforması proqramı xəstələrin klinik sınaqlara cəlb edilməsi prosesini asanlaşdıracaq və daha çox insana ən son müalicə texnologiyalarına çıxış imkanı verəcək. NHS-in baş icraçı direktoru Amanda Pritçard ölkənin səhiyyə sisteminin belə genişmiqyaslı tədqiqatlar aparmaq üçün unikal qabiliyyətini vurğulayıb.

    mRNT peyvəndləri xəstənin immun sistemini xərçəng hüceyrələri ilə əlaqəli zülallara qarşı antikor istehsal etmək üçün stimullaşdırır. Bu məlumatlar şiş toxumasını təhlil etməklə əldə edilir. Cərrahiyyə, radiasiya terapiyası və digər müalicə üsulları ilə birləşdirildikdə, peyvəndlər qalıq şiş hüceyrələrini məhv etməyə və təkrarlanma riskini azaltmağa kömək edə bilər.

    Böyük Britaniyanın Cancer Research-in tədqiqat və innovasiya üzrə icraçı direktoru Yan Foulkes xərçəng xəstələrinin həyat keyfiyyətinin və uzunluğunun yaxşılaşdırılmasında klinik sınaqların əhəmiyyətini qeyd edib. Böyük Britaniya hökuməti 2030-cu ilə qədər 10.000 xəstəni fərdiləşdirilmiş xərçəng müalicəsi ilə təmin etmək üçün BioNTech ilə əməkdaşlıq edir. Proqramın digər xərçəng növlərinə, o cümlədən mədəaltı vəzi xərçənginə də genişləndirilməsi planlaşdırılır.

    Özü ağır günlər yaşamış Elliot Febve yeni müalicələrin minlərlə insanın ağır sınaqlardan qaçmasına kömək edəcəyinə ümid etdiyini söyləyib. Sınaq uğurlu olarsa, bu, milyonlarla xəstəyə ümid və sağalma imkanı verəcək.

  • Əməkdar artist efirdə ağladı (VİDEO)

    Əməkdar artist Könül Kərimova efirdə ağlayıb.

     Sənətçi “Rəngarəng səhər” verilişində qonaq olarkən göz yaşlarını saxlaya bilməyib.

    O, “Mən necə bəndəyəm” mahnısını səsləndirərkən kövrəlib. Hətta ifasını dayandıran Kərimova ilə birgə klarnet ifaçısı da göz yaşı töküb. /OLAY

  • Borc pulla qurban kəsmək olarmı? (AÇIQLAMA)

    “Qurbanı imkanı olan şəxslər kəsməlidir”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov “kredit kartı ilə qurban almaq olarmı” sualını cavablayarkən deyib.

    Ekspertin sözlərinə görə, kəsilən qurban əsasən imkansız şəxslərə paylanmalıdır:

    “Nəinki faizlə, sələmlə, ümumiyyətlə, qurbanı borcla kəsmək düzgün deyil. Dini cəhətdən kiminsə üzərində belə bir öhdəlik yoxdur. Qurban kəsmək imkanı olanların üzərində olan öhdəlikdir. İslama görə, faizə pul götürüb qurban kəsmək bəyənilməyən əməldir. Borcla qurban kəsmək düzgün deyil”.

    Əkrəm Həsənov məsələyə münasibətinin mənfi olduğunu deyib:

    “Sən onu ödəyə bilməsən və üzərinə faiz gəlsə, vacibdir bunu edəsən? Bu daha çox “qonşudan geri qalma” prinsipinə söykənir. Qurban da belədir. Qonşu kəsir, mən də kəsməliyəm. İmkanın yoxdursa kəsmə. Kreditlə heç qurban kəsmə”.