Month: June 2024

  • Xarici nömrədən gələn zəngə cavab verdi, üç min manatından oldu

    Şəkidə qadına qarşı dələduzluq edilib.

    APA-nın məlumatına görə, Şəki şəhər sakini olan qadın G.Abdurəhimovaya xarici nömrədən zəng gəlib.

    Ona zəng edən şəxs özünü bank işçisi kimi təqdim edib və guya kartına müdaxilə olduğunu bildirib.

    Zərərçəkmiş kart məlumatlarını qarşı tərəfə ötürdükdən sonra balansında olan 3300 manat pul çıxarılıb.

  • Обнародована дата намаза по случаю Гурбан байрамы

    16-17 июня в Азербайджане будет отмечаться Гурбан байрамы.

    Как сообщили в ответ на запрос АПА в Управлении мусульман Кавказа (УМК), в мечетях будет совершаться праздничный намаз.

    “В некоторых мечетях намаз будет совершаться в 08:00, в других – в 09:00. Может быть так, что имамы назначат подходящее время для верующих. К примеру, в районах намаз может быть совершен раньше, в городах – чуть позднее”, – сказали в УМК.

  • Qurban bayramının namaz vaxtı açıqlanıb

    İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

    Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq:

    “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

  • В Азербайджане задержан угрожавший адвокату мужчина

    Сотрудники полиции задержали мужчину, оскорблявшего и угрожавшего адвокату Эльчину Садыгову.

    Информацию об этом распространил сам юрист.

    По словам адвоката, была установлена личность совершившего хулиганство в отношении его. Им оказался Ариф Тагиев. На него был составлен протокол и направлен в суд.

    По решению Бинагадинского районного суда А.Тагиев был арестован в административном порядке на 5 суток.

    Отметим, несколько дней назад Э.Садыгов заявил, что когда парковал автомобиль, водитель, вышедший из другой машины, стал выражать ему свое недовольство, используя при этом нецензурные выражения, и пригрозил, что в следующий раз повредит его автомобиль. В связи с этим адвокат обратился в МВД.

  • Azərbaycanda vəkili hədələyən şəxs saxlanıldı

    Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə vəkil özü məlumat yayıb.

    O bildirib ki, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib.

    Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetiriləcəyi ilə hədələndiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

  • Bakıda mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

    Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

    – obyekt ərazisində yanğın su hovuzu mövcud deyil;

    – obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

    – təxliyə planı mövcud deyil;

    – obyektdə layihədən kənar taxta və polietilen materiallarla arakəsmələr quraşdırılıb;

    – boya sexi havalandırma sistemi ilə təchiz edilməyib;

    – mebel sexində taxta konstruksiyalı rəflər odadavamlı məhlulla hopdurulmayıb;

    – sexin ətrafı yanar tullantılardan və quru otlardan təmizlənməyib;

    – obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari qaydada sığortalanmayıb;

    – obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Tanışının telefonunu danışmaq adı ilə alıb “Prius”a minərək qaçdı – MƏHKƏMƏ

    Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zaman Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Zaman Əkbərli 1 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 27 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Heydər Əliyev adına parkın qarşısında qeydə alınıb.

    Belə ki, 2004-cü il təvəllüdlü Zaman Əkbərli tanışı, zərərçəkmiş Sahil Quliyevə (şərti) məxsus 3000 manat dəyərində “iPhone 14 Pro” markalı mobil telefonu zəng etmək adı ilə ondan alıb. Sonra o, zərərçəkmişin gözü qarşısında oradan qaçaraq onu yaxınlıqda gözləyən taksi kimi fəaliyyət göstərən Qasım Qasımlının (şərti) idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşib ərazidən uzaqlaşıb.

    Hadisədən sonra Zaman Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • В Азербайджане скончался известный адвокат – ФОТО

    Ушел из жизни член Коллегии адвокатов, известный юрист Мубариз Мамедов.

    Он скончался минувшим вечером.

    По информации, недавно М.Мамедов перенес инсульт.

    Отметим, что в 2021 году адвокат переболел коронавирусом, после чего у него начались проблемы со здоровьем.

    Напомним, что Мубариз Мамедов работал в адвокатском бюро №12 города Баку.

  • Tanınmış vəkil vəfat etdi – FOTO

    Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Mübariz Məmmədov vəfat edib.

    O, ötən gün axşam saatlarında dünyasını dəyişib.

    Məlumata görə, M.Məmmədov bir müddət əvvəl insult keçiribmiş.

    Qeyd edək ki, vəkil 2021-ci ildə koronavirusa yoluxub sağalsa da, həmin zamandan bəri səhhətində müəyyən problemlər yaranmağa başlayıb.

    Xatırladaq ki, Mübariz Hümbət oğlu Məmmədov Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili idi.

  • Судья Верховного суда назначен замминистра

    Назначен новый замминистра юстиции Азербайджана.

    Как сообщает Qafqazinfo, соответствующее распоряжение уже подписано.

    Новым заместителем министра стал Абиддин Гусейнов, ранее занимавший должность судьи Верховного суда Азербайджана. В связи с новым назначением, Судебно-правовой совет принял решение о прекращении его судейской деятельности.

    Стоит отметить, что в прошлом году распоряжением Президента Азербайджана Абиддин Гусейнов был награжден медалью “Терегги” за заслуги в развитии судебной системы страны.