Month: June 2024

  • Bank kartlarına müdaxilə edən şəxslər saxlanılıblar

    Bank kartlarına müdaxilə edərək dələduzluq edən üç şübhəli şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, kibercinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11 205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1 350, 700, 220, 3 028, 2 050, 200, 4 800, 68, 95, 100, 8 978, 180, 48, 73, 1 014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan üç nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

  • Президент Азербайджана: География поставок нашего газа будет и дальше расширяться

    Европейская комиссия называет Азербайджан общеевропейским поставщиком газа. То есть шесть из восьми стран, которые сегодня импортируют наш газ, являются европейскими странами.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 4 июня во время выступления на церемонии открытия в Бакинском Экспо-центре 29-й Международной выставки “Нефть и газ Каспия” и 12-й Каспийской международной выставки “Энергетика и зеленая энергия” – Caspian Power в рамках Бакинской энергетической недели.

    Глава государства отметил: “География наших поставок будет и дальше расширяться. Мы ведём активные переговоры с рядом стран, которые также нуждаются в азербайджанском газе, чтобы обеспечить их энергетическую безопасность”.

  • Azərbaycan Prezidenti: “Qaz təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək”

    “Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.

  • Распространились фото погибших во время трагичного инцидента на заводе в Баку

    Вчера на судоремонтно-строительном заводе “Зых”, принадлежащем ЗАО “Азербайджанское Каспийское морское пароходство” (ASCO), произошел трагический инцидент. В результате утечки газа на плавучей верфи №61 погибли пять сотрудников предприятия.

    По информации, с места происшествия были извлечены тела погибших: Турала Сафаралиева, Орхана Шахбазова, Намига Йолчуева, Тейюба Агаева и Самида Мамедова. Все они погибли от отравления газом на рабочем месте.

    Причины и обстоятельства происшествия в настоящее время выясняются.

  • Bakıda dəhşətli hadisənin baş verdiyi zavodda ölənlərin FOTOLARI

    Ötən gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə hadisəsi baş verib.

    Bildirilib ki, hadisənin baş verdiyi yerdən beş nəfərin – Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyitləri çıxarılıb.

    Median.Az sosial şəbəkələrə istinadən ölən şəxslərin fotolarını təqdim edir:

  • Президент: Азербайджан уже зарекомендовал себя как надёжный партнёр в вопросах газоснабжения

    Проект “Шахдениз” устранил дефицит газа в Азербайджане.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев 4 июня во время выступления на церемонии открытия в Бакинском Экспо-центре 29-й Международной выставки “Нефть и газ Каспия” и 12-й Каспийской международной выставки “Энергетика и зеленая энергия” – Caspian Power в рамках Бакинской энергетической недели.

    Подчеркнув факт увеличения экспорта газа из Азербайджана, глава государства отметил: “В этом году наш экспорт газа превысит 24 млрд кубометров. Сегодня азербайджанский газ импортируют восемь стран. Азербайджан уже зарекомендовал себя как надёжный партнёр в вопросах газоснабжения”.

  • Prezident: “Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”

    “Şahdəniz” layihəsi qaza olan qıtlığı aradan qaldırdı”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

    Bu gün Azərbaycanın qaz ixracının artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”.

  • Keçmiş məhkum küçədə borca görə qohumunu bizlə vurdu – QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ələşrəf Sultanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 ünvanında yerləşən ticarət mərkəzinin dayanacağında qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Ələşrəf Sultanov qohumu, zərərçəkmiş Ramil Teymurovla mübahisə edib. Mübahisəyə səbəb isə olaydan bir neçə ay əvvəl zərərçəkmişə verdiyi 300 manat borc pulu ala bilməməsi olub. Bu zaman Ramil yumruqla onun çənə nahiyəsindən vurub ünvanına nalayiq ifadələr işlədib. Sonra Ələşrəf əlində gəzdirdiyi zərgər sənətində istifadə edilən bizlə (oyma) zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən iki dəfə zərbə endirərək ona xəsarətlər yetirib.

    Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılıb və həbs qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verərək daha yüngül cəza təyin olunmasını xahiş edib.

    Qeyd edək ki, Ələşrəf Sultanov daha əvvəl narkotikə görə həbs edilib və məhkumluq həyatı yaşayıb.

  • Nəzarətsiz qalmış uşaq xilas edildi: FHN-dən əməliyyat görüntüsü – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 19 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü uşağı xilas ediblər.

  • Lənkəranda qadın əsəbiləşib özünü asdı

    Lənkəranda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Zövlə kəndində baş verib. 53 yaşlı F.Şəfiyeva yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub.

    Ehtimala görə, F.Şəfiyeva ailədə mübahisə edib. Onun bu səbəblə əsəbiləşərək, özünü öldürməsi güman edilir.

    Hazırda faktla bağlı araşdırma aparılır.