Month: June 2024

  • В Азербайджане скончался высокопоставленный чиновник

    Скоропостижно скончался секретарь комиссии Азербайджана по борьбе с коррупцией Рамин Велизаде.

    Как сообщает Qafqazinfo, причиной его смерти стал сердечный приступ.

    Рамин Велизаде был известен как принципиальный и бескомпромиссный борец с коррупцией. До назначения на должность секретаря Комиссии он работал прокурором Управления организационного и информационного обеспечения Главного управления по борьбе с коррупцией при генеральном прокуроре.

    Комиссия по борьбе с коррупцией, в которой работал Р.Велизаде, является ключевым органом, координирующим антикоррупционную политику в Азербайджане. Ранее должность секретаря комиссии занимали такие видные деятели как Инам Керимов и Вюсал Гусейнов.

  • Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi – Yenilənib

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

    Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

    Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

    * * * * *

    Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, yüksəkvəzifəli şəxs qəfil dünyasını dəyişib.

    Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.

    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.

  • “28 May”da özünü qatarın altına atan şəxslə bağlı YENİ DETALLAR

    Metronun “28 May” stansiyasında qatar stansiyaya daxil olarkən 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev platformadan yola yıxılıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilən məlumata görə, 68 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.

    Lakin vətəndaşın qatar yoluna düşərkən hansı vəziyyətdə olması ilə təfərrüatlı informasiya verilməyib.

    Bizim.media-nın əldə etdiyi məlumata görə, Şərafəddin Abdullayev intihar edib. Yəni onun sağlamlıqla bağlı heç bir ciddi narahatlığı olmayıb və özünü qatarın altına bilərək atıb.

    Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Üç nəfərin 47 min manatını almaqda şübhəli bilinən şəxs tutulub

    Üç nəfərin 47 700 manat pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda üç nəfərin 47 700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1984-cü il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент: Как страна-организатор COP29 мы хорошо осознаем трудности, связанные с этой задачей

    Как страна-организатор COP29 мы очень хорошо осознаем преимущества и трудности, связанные с этой ответственной задачей.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджанской Республики Ильхам Алиев в своем выступлении на церемонии открытия 29-й Международной выставки “Нефть и газ Каспия” и 12-й Каспийской международной выставки “Энергетика и зеленая энергия” – Caspian Power в рамках Бакинской энергетической недели, состоявшейся 4 июня в Бакинском Экспо-центре.

    Подчеркнув, что наша страна также ощущает влияние климатических изменений, уровень Каспийского моря с каждым годом снижается, Президент Азербайджана отметил: “Реки, впадающие в Каспийское море, берут начало в других странах. Мы не несем никакой ответственности за это стихийное бедствие. Мы должны отнестись к этому очень серьезно. Мы сделаем все возможное, чтобы построить новые плотины и коллекторы”.

  • Prezident: “COP29-un ev sahibi kimi bu vəzifənin üstünlüklərini və çətinliklərini dərk edirik”

    “COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

    İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti bildirib:

    “Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.

  • Bayden: “COP29 Azərbaycana əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır”

    “COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və təmiz enerji keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır”.

    “Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubda bildirilib.

  • Evdə 47 yaşlı qadının çürümüş meyiti tapıldı

    Bakıda evdə çürüməyə məruz qalmış meyit tapılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 3-də saat bir radələrində Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsindəki evdə qeydə alınıb.

    1977-ci il təvəllüdlü Nəzrin Ağayevanın çürüməyə məruz qalmış meyiti aşkar edildikdən sonra aidiyyəti qurumlara məlumat verilib.

    İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Эрдоган: Связи между Азербайджаном и Турцией крепки во всех сферах

    Связи между Азербайджаном и Турцией крепки во всех сферах, в том числе в сфере энергетики.

    Как передает Report, об этом говорится в обращении президента Турции Реджепа Тайипа Эрдогана к участникам церемонии открытия Бакинской энергетической недели, которое зачитал министр энергетики и природных ресурсов страны Алпарслан Байрактар.

    “Проекты Баку – Тбилиси – Джейхан, Баку – Тбилиси – Эрзурум и TANAP (Трансанатолийский газопровод) внесли серьезный вклад в развитие сотрудничества между странами”, – говорится в обращении.

    Эрдоган отметил, что начало поставок туркменского природного газа через Азербайджан в Турцию является вопросом времени.

    Он также подчеркнул, Анкара приветствует прогресс в мирных переговорах между Баку и Ереваном и надеется на скорейшее подписание мирного договора.

  • Rəcəb Tayyib Ərdoğan: “Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”

    Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.

    Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

    O, həmçinin deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür:

    “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ölkələrarası əməkdaşlığın inkişafına ciddi töhfə verib. Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir”.