Month: June 2024

  • Suraxanı rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

    “Chevrolet” markalı, 77-AK-984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Turan İsrafil oğlu Cəbrayılov avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Cəbrayılovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

  • Ильхам Алиев: Бакинская энергетическая неделя охватывает все сегменты энергетической политики

    Впервые выставка “Нефть и газ Каспия” была проведена в 1994 году и с тех пор играет очень важную роль в привлечении прямых иностранных инвестиций в энергетический сектор Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев 4 июня во время выступления на церемонии открытия в Бакинском Экспо-центре 29-й Международной выставки “Нефть и газ Каспия” и 12-й Каспийской международной выставки “Энергетика и зеленая энергия” – Caspian Power в рамках Бакинской энергетической недели.

    Подчеркнув, что с тех пор масштабы этого мероприятия расширились и теперь оно называется Бакинская энергетическая неделя, глава государства отметил: “Бакинская энергетическая неделя охватывает все сегменты энергетической политики – нефть, газ, переработку, экспорт и, конечно, зеленую энергетику”.

  • İlham Əliyev: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir”

    “Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

    Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib:

    “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.

  • В TƏBİB сообщили о состоянии отравившихся работников судоремонтного завода

    Два человека, госпитализированные в токсикологическое отделение Клинического медицинского центра в связи с отравлением дымом на плавучей верфи №61 Судоремонтно-строительного завода “Зых” ЗАО “Азербайджанское Каспийское морское пароходство” (ASCO), выписаны на амбулаторное лечение вчера.

    Об этом oxu.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Напомним, что 3 июня около 17:00 на плавучей верфи №61 Судоремонтно-строительного завода “Зых” ЗАО “Азербайджанское Каспийское морское пароходство” (ASCO) при проведении ремонтных работ пять сотрудников предприятия скончались от отравления газом.

    Двое пострадавших были госпитализированы в вышеупомянутое медучреждение с диагнозом “отравление дымом”.

  • Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti AÇIQLANDI – RƏSMİ

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki nəfər evə buraxılıb”.

    Bu barədə oxu.az-a TƏBİB-dən məlumat verilib.

    Bildirilir ki, tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən iki zərərçəkən şəxs ötən gün ambulator müalicəyə buraxılıb.

    Xatırladaq ki, ötən gün saat 17:00-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib. Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

  • Чемпионат Европы среди женщин: сборная Азербайджана примет Турцию

    Сегодня женская сборная Азербайджана по футболу проведет очередной матч в отборочном этапе чемпионата Европы.

    Команда примет Турцию в группе I Лиги B.

    Матч пройдет на Liv Bona Dea Arena и начнется в 19:00.

    31 мая наша команда проиграла данному сопернику с минимальным счетом 0:1.

    Азербайджан в настоящее время занимает последнее место в группе с одним очком после трех туров. Турция занимает второе место с шестью очками.

    Отметим, что финальный этап Евро-2025 пройдет в Швейцарии.

  • Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyə yığmasını qəbul edəcək

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək.

    “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

    Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub – 0:1.

    Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə altı xalla ikincidir.

    Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.

  • В Баку 29-летнюю женщину сбил автомобиль

    В Хазарском районе Баку произошло дорожно-транспортное происшествие с участием пешехода.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Марьям Рустамли (1995 г.р.).

    Пострадавшая была госпитализирована. При обследовании у нее диагностировали перелом левой бедренной кости.

    По данному факту ведется расследование.

  • Xəzər rayonunda 29 yaşlı qadını avtomobil vurub

    Bakının Xəzər rayonunda 29 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb.

    “Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Məryəm Vətən qızı Rüstəmli yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Saxta spirtli içkilərin hansı FƏSADLARI VAR?

    Son zamanlarda spirtli içkinin təsiri altında cinayət hadisələri törədən şəxslərin sayı artmaqdadır. Təqsirləndirilən şəxslərin bir çoxu hadisənin törədərkən anlaqsız vəziyyətdə olduqlarını qeyd edirlər. Bununla yanaşı, spirtli içkidən zəhərlənənlərin də sayı xeyli çoxdur.

    Belə ki, Kliniki Tibbi Mərkəzdən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, son bir ildə ölkəmizdə etanoldan (alkoqollu içkilər) 124 nəfər zəhərlənib.

    Spirtli içki qəbul edib, xoşagəlməz əməllər törədən şəxslərin artması isə iki ehtimalı gündəmə gətirir.

    Bir çox şəxslərin fikrincə, spirtli içkinin təsiri altında cinayətlərin artmasının əsas səbəbi şəxslərlə bağlıdır. Yəni bəzi şəxslərin spirtli içki qəbul etdikdə 180 dərəcə dəyişməsi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.

    Əksəriyyət isə düşünür ki, problemin başlıca səbəbi spirtli içkilərin keyfiyyətsizliyidir. Belə ki, kustar üsullarla hazırlanan, keyfiyyətsiz içkilər insanların sinir sisteminə ağır təsirlər göstərir. Bu cür içkiləri qəbul edən şəxslərdə aqressiya, unutqanlıq kimi hallar üzə çıxır. Nəticədə, cinayət hallarının baş verməsi ehtimalı da artır…

    İçkinin saxta olduğunu necə müəyyənləşdirək?

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta spirtli içki içmiş adam iki cür hallarda həmin vəziyyəti hiss edir:

    “Birincisi, gecədən səhərə qədər susayır. Bu o deməkdir ki, içdiyi spirtli içkinin tərkibində aldehidlərin sayı çoxdur. Aldehidlər spirtdən daha çox uçucudur və o, susuzluq gətirir. İkincisi isə, yuxudan oyananda baş ağrısı, gicəllənməsi, gözlərdə şişkinlik varsa, deməli saxta spirtli içki qəbul edib. Bu o deməkdir ki, həmin içkinin tərkibində “sivuş” yağlarının miqdarı normadan çox olub və yaxşı təmizlənməyib. Regionlarda deyirlər ki, guya “samaqon” daha yaxşıdır. Bu, kökündən yanlış fikirdir. Çünki onlar “sivuş” yağlarından azad olmayan içkilərdir”.

    E.Hüseynov bildirib ki, Azərbaycanda ən rahat istehsal olunan spirtli içki ağ araqlardır:

    “Çünki araqların istehsalı üçün xüsusi üzüm bağları salmaq və onun əziyyətini çəkmək tələb olunmur. 2015-ci ildə araq istehsalı üçün guya lisenziyalar ləğv olundu. Bu biznes qurumlarının işinə yarayan məsələ idi. Lakin şirkətlər bundan sui-istifadə etdilər. O vaxta qədər Azərbaycanda 19 araq istehsalçısı var idisə, artıq bu rəqəm 90-a yaxındır. Spirtli İçki İstehsalçıları Birliyi baş nazirə yerli və xaricdən gələn spirtli içkilərə nəzarət barədə müraciət edib. Təəssüf ki, hələ radikal qərarlar qəbul edilməyib.

    Ölkənin əmtəə bazarında çoxlu saxta spirtli içki var.

    Bu işi ən yaxşı görən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsidir. Xatırladım ki, onlar beş il bundan əvvəl lüks restoranlarda ən bahalı içkilərin butulkalarına əslində Azərbaycanda mayelər doldurulduğunu sübut etdilər. Çox təəssüf ki, adıçəkilən qurum bu işi davamlı həyata keçirmədi”.