Month: June 2024

  • В двух районах Баку не будет газа

    Сегодня будет приостановлено газоснабжение двух районов Баку.

    Об этом сообщили в производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    В связи с заменой местоположения газопроводов в поселках Нардаран Сабунчинского и Бина Хазарского районов столицы с 10:00 до окончания ремонтных работ будет приостановлена подача газа в центр отдыха Sea Breeze, дачный массив Нардаран, на территорию, называемую Новый участок (Yeni sahə) и улицу Абшерон в поселке Маштага Сабунчинского района, а также часть поселка Бина в Хазарском районе столицы.

  • Bakının iki rayonunda qaz olmayacaq

    Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə “Sea Breeze” istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bir yaşlı körpə beşikdə boğularaq öldü

    Sabirabad rayonunda bir yaşlı uşaq ehtiyatsızlıqdan ölüb.

    “Qafqazinfo” xəbər verir ki, 2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kəndində evdə beşikdə olarkən boğulub. Saat 20 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • “Heç bir şey olmaz” dedikdə, ölümə aparır

    Kartof yeməklərdən tutmuş qızartmasına qədər bir çox insanın imtina edə bilmədiyi və uzun müddətdir demək olar ki, hər kəsin rasionunda olan qidalardan biridir. Ancaq uzun müddət tərəvəz qutusunda qalan kartof bir müddət sonra yaşıllaşa bilər. Çox adam tərəfindən kəsilərək istehlak edilən bu kartoflar sağlamlığınız üçün zəhərli ola bilər!

    Median.Az lent.az-a istinadən diqqət etməli olduğunuz şeyləri xatırladır.

    Ümumiyyətlə uzun müddət saxlanılan kartof zamanla yaşıllaşır. Bir çox insan tərəfindən zərərsiz hesab edildiyi üçün yeyilən bu kartoflar ölümcül vəziyyətlərə səbəb ola bilər. Çünki?

    Uzun müddət saxlanılan və günəş işığına məruz qalan kartof zamanla rəngini sarıdan yaşıla çevirməyə başlayır.

    Zərərsiz görünən bu maddə əslində kartofun tərkibindəki xlorofil maddəsinin artdığına işarədir.

    Eyni zamanda, kartof yaşıllaşdıqca solanin istehsal etməyə başlayır. Kartof çiçəklərində yüksək konsentrasiyalarda olan solanin yüksək miqdarda kimyəvi zəhər ehtiva edir.
    Solaninin meydana gəlməsi üçün günəş işığına və xloroplastlara ehtiyacı var. Beləliklə, kartofun rəngi yaşıllaşmağa başlayır.

    Beləliklə, kartofun yaşıllaşmasının zəhərlənməyə səbəb ola biləcəyini başa düşmək olar. Yaşıl rəng nə qədər sıx olarsa, zəhərlənmə riski bir o qədər çox olar.

    Üstəlik, kartof zəhərlənməsi qusma və ishal kimi əlamətlərə, eləcə də ölümcül vəziyyətlərə səbəb ola bilər.

    Yaşıl kartof istehlak etsəniz, qızdırma, mədə krampları, başgicəllənmə və baş ağrısı, qusma kimi əlamətlərlə qarşılaşa bilərsiniz.

  • Azərbaycanda un yenidən bahalaşdı

    Azərbaycanda unun qiyməti yenidən bahalaşıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 50 kiloqramlıq un kisəsinin qiymətində 5 manata yaxın artım olub.

    Belə ki, 27 manat 35 qəpiyə satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 32 manata təklif olunur.

    Qeyd edək ki, bundan öncə unun bir kisəsi 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qalxmışdı.

  • İranda prezident seçkiləri: namizədlərin sayı açıqlandı

    İranda prezident seçkilərində namizədliyi qeydə alınanların sayı 80-ə çatıb.

    Axar.az xəbər verir ki, bu barədə İran DİN məlumat yayıb.

    Qeyd edək ki, bu gün 18:00-da qeydiyyat başa çatıb. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək.

    İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.

    Növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.

  • Tokayev: Bu dövlət mütləq yaranmalıdır!

    Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlamentlərinin spikerləri ilə görüşü zamanı geosiyasi qarşıdurma səbəbindən regional təhlükəsizliyə təhdidlərin artdığını deyib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    “Görüşümüz beynəlxalq vəziyyətin misli görünməmiş gərginləşməsi, geosiyasi qarşıdurma fonunda regional təhlükəsizliyə təhdidlərin əhəmiyyətli dərəcədə genişləndiyi vaxta təsadüf edir”, – Tokayev bildirib.
    O, hər gün Qəzza zolağında yüzlərlə insan, o cümlədən dinc sakin, qadın və uşağın öldürülməkdə davam etdiyini xatırladıb və bunu qəbuledilməz adlandırıb.

    Tokayev ikkidövlətli həlli dəstəklədiklərini və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib.

  • Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

    Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Əqli geriliyi olan yeniyetməyə dönər alıb, dənizdə təcavüz etdi

    Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Əziz yetkinlik yaşına çatmayan Eldənizə (adlar şərti göstərilib – red.) təcavüz edib.

    Demokrat.az-ın məlumatına görə, Əziz 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək olan müddət ərzində, Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən çimərlikdə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə on altı yaşına çatmayan epilepsiya və psixi xəstəliyi olan Eldənizə təcavüz edib.

    Bir gün sonra o, Sumqayıtda öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Eldənizə qarşı yenidən seksual xarakterli hərəkətlər edib.

    Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O bildirib ki, Eldəniz yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində qonşuluğunda yaşayıb:

    “Təxminən 10 il olar ki, uşaqlara qarşı ehtirasım yaranıb. Qonşuluğumda yaşayan Eldəniz təxminən 15 yaşındadır və bildiyim qədər onda epilepsiya və əqli geriləmə xəstəliyi var. Mən təxminən məlum hadisədən iki ay əvvəl, yəni may ayının sonlarından məhəllədə olduqda Eldənizin də yaxınlığımda gəzdiyini gördüm. Eldəniz xəstə olduğu üçün onunla zarafatlar etdim. Mənim getdikcə Eldənizə qarşı hisslərim yaranmağa və ondan xoşum gəlməyə, onu sevməyə başladım. Daha əvvəl həbsdə olmuşam. Bu müddət ərzində ümumiyyətlə qadınlara qarşı olan hissim ölüb. Bu səbəbdən artıq neçə il idi ki, qadınlara qarşı hər hansı hissim yaranmayıb. Eldənizə qarşı hissim yarandıqdan sonra onu özümə qarşı isindirməyə başladım. Birinci dəfə Eldənizi məhəllədə gördükdə yanıma çağıraraq ona dönər aldım. Onunla birlikdə məhəllədə olan oturacaqda oturdum. Eldəniz dönəri yediyi müddətdə ona baxıb ehtiraslandım”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən də əlləri ilə Eldənizin başından sığallayıb və boynundan, sifətindən öpüb:

    “Eldənizin əqli geriliyi olduğu üçün heç nə başa düşmədi. Elə bildi ki, onu əzizləyirəm. Eldənizə qarşı mehriban olduğum üçün hər gün məhəlləyə çıxdıqda yanıma gəlib və mənimlə söhbət edib. Mən də yenə əvvəlki günlərdə olduğu kimi Eldənizin boynundan, sifətindən öpüb, qucaqlamışam və sığallamışam. Onları etdiyim zaman baxmışam ki, ətrafda heç kəs olmasın. Bir dəfə Eldənizə dənizə gedəcəyimi, mənimlə gəlmək istəyib-istəmədiyini soruşdum. Eldəniz də xəstə olduğu üçün mənə razılıq verib. Birlikdə yaşadığımız Sumqayıt şəhəri, Xəzər bağlarının aşağı hissəsində olan dənizə çimməyə getmişik. Dənizdə olduqda öz paltarlarımı çıxartdım və Eldənizə də köynəyini çıxartmasını və dənizə girməsini dedim. Birlikdə dənizə girib çimdik. Dənizdə olanda ona qarşı hisslərim oyandı. Mən öz cinsi tələbatımı ödəmişəm. Eldəniz xəstə olduğu üçün mənim nə etdiyimi başa düşməyib. Eldənizi arada öpəndə məni özündən kənarlaşdıraraq öpməyə qoymayıb. Amma çox vaxt ona heç nə deməmişəm. Bu qayda ilə təxminən 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək dörd-beş gündən bir ya dənizə getmişik, yada məhəllədə görüşmüşük”.

    Əziz qeyd edib ki, iyulun 16-da, saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən “Çiraq” restoranına gedərək orada pivə içib:

    “Təxminən yarım saatdan sonra oradan çıxaraq məhəlləyə getdim. Yolda Eldənizi gördüm. Həmin vaxt Eldəniz velosiped sürürdü. İçkili olduğumdan, həmdə Eldənizi sevdiyimdən onu görən kimi yenə ehtirasım oyandı. Eldənizi yanıma çağırdım və söhbət edərək kafenin arxasında olan yerə yaxınlaşdım. Eldənizlə birlikdə orada olan daşın üzərində oturduq. Eldənizi qucaqlamağa başladım. İlk öncə Eldəniz istəmədi. Mən həmin vaxt içkili olmuşam, heç nə xatırlamıram. Bizim yanımıza iki nəfər kişi gəldi. Həmin şəxslər mənə uşaqla nə etdiyimi soruşdular. Mən isə onlara oturub söhbət etdiyimi dedim. Lakin həmin şəxslər mənim Eldənizi öpdüyümü görmüşdülər. Bu səbəbdən onlar Eldənizə evə getməyi dedilər. Mən də Eldəniz getdikdən sonra evə doğru getməyə başladım. Evə gedən vaxt Eldənizin atası məni arxadan çağırdı. Bizi görən qonşular Eldənizin atasına olanları dedilər. Bu səbəbdən Eldənizin atası məni vurmaq istəyəndə qonşular onun qarşısını aldılar. Mən öz yaşadığım evə gəldim. İyulun 17-də səhər tezdən evdə olarkən polis əməkdaşları yaşadığım evə gələrək məni polis bölməsinə dəvət etdilər. Mən də polis əməkdaşları ilə bölməyə getdim. Hər şeyi olduğu kimi dedim”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əziz səkkiz il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Qeyd edək ki, bundan əvvəl Əziz 2008-ci ildə Cinayət Məcəlləsinin 145.2.4 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.5 (təkrar zorlama), 150.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə mühakimə olunub. Ona həmin il 11 il cəza təyin edilib.

  • Emil Bədəlov: “Arıqlayanda deyirlər pis yola düşmüsən?”

    Kökələndə deyirlər kökəlmisən, arıqla, arıqlayanda deyirlər ki, pis yola düşmüsən?

    Oxu.Az xəbər verir ki, bu sözləri “Zaurla Günaydın” verilişində müğənni Emil Bədəlov arıqlaması haqqında danışarkən deyib.

    “Əslində, efirdə belə söhbətlər etməyi xoşlamıram. Novruz bayramında bağdaydıq. Həmin zaman diş implantı həyata keçirmişdim. Şəkil çəkdirən zaman diş sırasını bərpa edən qapağı çıxarmışdım. Saytlar şəkil barəsində xoşagəlməz sözlər yazmışdılar, lakin məsələnin nə yerdə olduğunu biləndə zəng edib üzr istədilər. Pis adam hər zaman pis görəcək”, – deyə müğənni qeyd edib.