Month: June 2024

  • Bakıda zavodda faciə: Beş nəfər zəhərlənərək öldü – SİYAHI

    Bu gün saat 17:00-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib.

    Bu barədə ASCO məlumat yayıb.

    Qeyd olunub ki, üzən tərsanədə işləyən dörd işçidən səs gəlmədiyini görən növbədə duran Namik Əli oğlu Yolçuyev həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən beş nəfərin –Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyiti çıxarılıb.

    Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.

  • Rusiya XİN: “Patriot”ları məhv etmək üçün bütün tədbirlər görüləcək

    “Qərb eskalasiya yolu ilə gedir, Rusiya təhdidləri neytrallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək”.

    Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

    “Biz bilirik ki, Qərb ölkələri eskalasiya yolu ilə gedir. Ona görə də belə eskalasiya ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcək. Döyüş meydanlarındakı mənzərə bunu dəqiq deyir. Oraya nə gətirirlərsə, yerüstü texnikadan tutmuş, hamısını əsgərlərimiz əzirlər. Bu dəfə də belə olacaq”, – Qruşko Almaniya Müdafiə Nazirliyində Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinqin “Patriot” hava hücumundan müdafiə sistemlərinin Rusiya səmasında hava hədəflərinin məhv edilməsi üçün istifadə olunacağını istisna etməyən bəyanatını şərh edərkən deyib.
     
    ///APA

  • Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

    İyunun 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

    Görüşdə Samir Nuriyev qarşı tərəfə ölkəmizin COP29-a hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.

    Fatih Birol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə COP29 ilə bağlı səmərəli müzakirələr aparıldığını məmnuniyyətlə vurğulayaraq, rəhbərlik etdiyi təşkilatın COP29-un uğurla keçirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.

  • “Çelsi” yeni baş məşqçisinin adını AÇIQLADI

    İngiltərənin “Çelsi” futbol klubu italiyalı Enzo Mareskanı komandaya baş məşqçi təyin edib.

    Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, mütəxəssislə müqavilə beş illikdir.

    Qeyd edək ki, Mareskanın 44 yaşı var və 2023/24 mövsümündə “Lester Siti”ni çalışdırıb. Mövsümün sonunda komanda İngiltərə çempionatının elit divizionuna qayıdıb.

  • Kazan hava limanında uçuşlar məhdudlaşdırılıb

    Kazan hava limanında uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

    Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi – Rosaviasiya məlumat yayıb

    Bildirilib ki, Kazan hava limanında təhlükəsizliyi təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda aeroport uçuşları qəbul etmir və göndərmir.

    Kazan hava limanına uçan reyslər alternativ aerodromlara – Ulyanovsk, Samara, Çeboksarı, Ufa və Moskvadakı (Vnukovo) hava limanlarına yönləndirilib.
     
    ///apa

  • Bakıda özünü binadan atan 21 yaşlı qızın FOTOSU

    Bu gün Bakıda özünü 12-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.

    Lent.az-ın məlumatına görə, intihar edən 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.

    Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqənin evinə qonaq gəlibmiş.

    Bina sakinləri Zərifənin Bakı şəhərində işlədiyini və onu sərbəst həyat tərzi sürdüyünü bildiriblər.

    İntihar edən qızın fotosunu təqdim edirik:

  • Paşinyanın ofisinin rəhbəri: “İrəvan Bakıyla sülh sazişini tezliklə imzalanması üçün hər şeyi edir”

    “Ermənistan Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması üçün hər şeyi edir”.

    Ermənistan mediasının məlumatına görə, bu barədə jurnalistlərə baş nazir aparatının rəhbəri Arayik Arutyunyan məlumat verib.

    Onun sözlərinə görə, sazişin imzalanması Ermənistan və bütövlükdə regionda sülh üçün daha da ciddi təminatlar yaradacaq.

  • Названо число заболевших корью в прошлом году в Азербайджане

    Согласно информации Министерства здравоохранения Азербайджанской Республики, в течение 2023 года было зарегистрировано 13 200 случаев заражения корью.

    Об этом сообщили в Государственном комитете по статистике в ответ на запрос АПА.

    Отмечается, что в прошлом году 94 100 детей были вакцинированы 1-й дозой, 117 900 детей – 2-й дозой GPM (против кори, краснухи, эпидемического паротита).

  • Ötən il qızılcaya 13 mindən çox yoluxma qeydə alınıb

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü il ərzində 13,2 min nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

    Bildirilib ki, ötən il 94,1 min uşağa 1-ci doza, 117,9 min uşağa isə 2-ci doza QPM (qızılcaya, məxmərəyə, qulaqdibiyə qarşı) peyvəndi vurulub.

  • Aytən Səfərova efirə nə zaman qayıdacaq?

    Bir müddət əvvəl qəzaya düşən “Xəzər” TV-nin aparıcısı Aytən Səfərova işinə geri dönüb.

    Bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

    Onun sözlərinə görə, artıq teleaparıcının vəziyyəti yaxşıdır.

    Televiziyaya qayıtmağına baxmayaraq, Səfərova əvvəlki vəzifəsinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.

    Mənbə deyib ki, istintaq davam etdiyi üçün bu mövsüm aparıcının efirə çıxması məqbul sayılmır. Hətta ona işə qayıtmasını publik şəkildə açıqlamamaq tövsiyə edilib.

    Səfərovanı “Xəbər ertəsi” verilişində mövsümün sonuna qədər jurnalist Ruzana Kərimli əvəz edəcək.

    Aparıcı hazırda telekanalda redaktor vəzifəsində çalışır.

    Aytən Səfərova baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığına əmindir.

    Xatırladaq ki, aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

    Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri üzündən xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.