Month: June 2024

  • В Азербайджане упрощена процедура обращения за адресной соцпомощью

    Министерство труда и социальной защиты населения упростило порядок обращения для получения адресной социальной помощи, внеся изменения в электронную систему “Адресная помощь”.

    Об этом Report сообщили в министерстве.

    Согласно изменениям, отныне лица, обратившиеся за адресной помощью, могут не указывать информацию о получении членами семьи пенсий, пособий, компенсаций, страховых выплат по безработице, о заработной плате, недвижимости, земельной долевой собственности, предпринимательской деятельности, наличии транспортного средства и др.

    Вся необходимая информация будет получена посредством информационных систем соответствующих госучреждений.

    В целях упрощения процедуры доступ к новой электронной системе “Адресная помощь” будет возможен только через Digital (ASAN) Login. Это также позволит более безопасно, без технических ошибок использовать новую электронную систему и предотвратить незаконное вмешательство третьих лиц в процесс подачи запроса об адресной помощи.

  • Ünvanlı sosial yardıma müraciət sadələşdirilir

    Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub.

    Bu barədə nazirik məlumat yayıb.

    Qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq:

    Ailə üzvlərinin:

    – pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları;

    – əmək haqqı üzrə gəlirlər;

    – tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları;

    – daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması;

    – kommunal xərcləri, telefon nömrələri və xərcləri;

    – sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması;

    – əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi;

    – özünüməşğulluq proqramı üzrə müqavilənin olması;

    – 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması.

    Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq.

    Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq.

    Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq.

    Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.

    Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.

  • MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs HƏBS EDİLDİ

    Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib.

    “Unikal” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

    DTX-nin İstintaq Baş İdarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

    Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.

    İstintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədikləri üçün hər iki şəxs barəsində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.

  • Президент Ильхам Алиев принял исполнительного директора Международного энергетического агентства – ФОТО

    3 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял исполнительного директора Международного энергетического агентства Фатиха Бирола.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib – Yenilənib (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlanıb.

    Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparılıb.

    Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirilib. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.


  • İtkin düşmüş kimi axtarışda olan səkkiz nəfər tapılıb

    İyunun 1-də və 2-də polis itkin düşmüş kimi axtarışda olan səkkiz nəfəri tapıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 1-də Siyəzən rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qız, mayın 7-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı oğlan, mayın 24-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 36 yaşlı kişi, mayın 28-də Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 45 yaşlı kişi, mayın 30-da Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 30-da Ağdam rayonunun Quzanlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 31-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 1-də Masallı rayonunun Çaxırlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

  • Журналист-рецидивист: арестован главред, вымогавший деньги у граждан

    В Билясуварском районе полицией задержан руководитель интернет-телевидения Kanal-1 Арзу Оруджов, сообщает АПА.

    Примечательно, что 38-летний А. Оруджов ранее уже был судим за умышленное убийство. Теперь ему вменяется вымогательство денег у нескольких граждан.

    Решением суда в отношении подозреваемого избрана мера пресечения в виде ареста.

    По данным следствия, главред через свой ресурс шантажировал граждан, угрожая опубликовать компрометирующие сведения о них, если те не заплатят требуемую сумму.

    Количество пострадавших от его действий уточняется. Полиция призывает всех, кто мог стать жертвой вымогательства со стороны А.Оруджова, сообщить об этом правоохранителям.

    Уголовное дело в отношении подозреваемого взято под особый контроль. Следственные действия продолжаются. Журналисту может грозить длительный тюремный срок, учитывая наличие у него судимости за особо тяжкое преступление (убийство).

  • Əvvəllər məhkum olunan baş redaktor həbs edilib

    Əvvəllər məhkum olunan baş redaktor həbs edilib.

    APA xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.

    Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

    Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.

    Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Monitorinqlər yekunlaşdı: Altı kollec direktoru və dörd müavin işdən çıxarıldılar

    Orta ixtisas təhsili müəssisələrində (kollec) keçirilən ilkin monitorinqlər yekunlaşıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Qeyd olunub ki, agentlik Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirib:

    “Bununla da agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb. Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib”.

    Bildirilib ki, nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifələrindən azad ediliblər”.

    Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə altı direktor və dörd direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

  • Məktəbin giriş qapısında şagirdi it dişlədi – AÇIQLAMA

    Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir.

    Bu barədə “Qafqazinfo”ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Şəhərdə dəfələrlə rast gəlinən belə hadisənin bu dəfə təhsil ocağının həyətində yaşanmasından narahatlıq keçirən valideynlər məsələnin həll olmamasından gileylənirlər.

    Məsələ ilə bağlı Xırdalan şəhər 2 nömrəli tam orta məktəblə əlaqə saxlanılıb. Məktəbdən bildirilib ki, hadisə təhsil ocağının həyətində baş verməyib:

    “Hadisə şagird məktəbin həyətinə girməmiş, təhsil ocağının giriş qapısının qarşısında olub. Məktəbin ətrafında belə sahibsiz itlər çoxdur. Dəfələrlə məktəblilərə də, buradan keçən şəxslərə də hücum ediblər. Nə qədər müraciət etsək də, tədbir görən olmayıb”.

    Hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də sorğu ünvanlanıb. Qurumdan deyilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 31-də saat 08:17-də 14 yaşlı şəxsi it dişləməsi səbəbi ilə müraciət daxil olub:

    “Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəstə sol baldırın yuxarı üçdəbirinin dişlənmiş yarası diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə yerləşdirilib. Xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıb. Xəstənin vəziyyəti qənaətbəxşdir”.

    Xırdalanda bu kimi şikayətlərin çoxluğunu nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlanılıb. Qurumdan sorğumuza belə cavab verilib:

    “Sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq”.