Month: June 2024

  • Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ

    İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.

    Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?

    Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da, cəmi 7 min sürücü icazə vərəqəsi alıb:

    “Bu da onu göstərir ki, icazə vərəqəsi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür- statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqəsi almaq istəyənlər daha çox olacaqlar.

    İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir.

    Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik”.

    Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:

    “Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, “Prius”lar iyulun birindən yoxa çıxacaqlar. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq”.

  • Роспуск Милли Меджлиса и назначение внеочередных выборов соответствуют Конституции – РЕШЕНИЕ (Обновлено)

    Состоялось заседание Пленума Конституционного суда.

    Как сообщает Report, члены Пленума Конституционного суда, вернувшиеся с совещания, приняли решение о том, что роспуск Милли Меджлиса и назначение внеочередных парламентских выборов соответствуют Конституции.

    * * * * *

    Началось заседание Пленума Конституционного суда.

    Как сообщает Report, на заседании рассматривается запрос Президента о соответствии Конституции роспуска Милли Меджлиса и назначения внеочередных выборов на основании решения парламента “Об обращении к Президенту Азербайджана о назначении внеочередных выборов в Милли Меджлис” от 21 июня 2024 года.

    В заседании принимают участие уполномоченные стороны.

    Напомним, что на заседании правления партии “Ени Азербайджан” (ПЕА), состоявшемся 20 июня, принято единогласное решение рекомендовать депутатам, представляющим ПЕА в Милли Меджлисе, инициировать обращение к Президенту Азербайджана о роспуске Милли Меджлиса шестого созыва и назначении досрочных выборов.

    А на пленарном заседании парламента 21 июня Милли Меджлис направил обращение Президенту о назначении внеочередных парламентских выборов. За обращение проголосовали 105 депутатов, против – 1.

    Отметим, что 28 июня состоится последнее пленарное заседание внеочередной сессии парламента. На этом шестой созыв Милли Меджлиса завершит свою работу.

  • Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxdı: QƏRAR VERİLDİ (Yenilənib)

    Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

    “Report”un xəbərinə görə, toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçki təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.

    Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

    Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkinin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

    * * * * *

    Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

    * * * * *

    Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

    “Report”un xəbərinə görə, iclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkinin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

    Toplantıda aidiyyəti üzrə tərəflər iştirak edirlər.

    Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkinin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkinin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

    Qeyd edək ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.

  • В Азербайджане подорожало сливочное масло

    Выросли цены на продаваемое в Азербайджане сливочное масло.

    По данным Госкомстата, если в январе среднемесячная розничная цена 1 кг сливочного масла местного производства составляла 18,91 маната, то в мае этот показатель достиг 19,36 маната.

    Таким образом, цена местного сливочного масла в мае выросла на 2,3 % по сравнению с началом года. Если в январе среднемесячная розничная цена 1 кг импортного сливочного масла составляла 19,53 маната, то в мае эта цифра выросла до 19,79 маната, или на 1,3 %.

    Комментируя данный вопрос, экономист-эксперт Халид Керимли сообщил bakupost.az, что молочная продукция подорожала из-за снижения продуктивности в животноводстве в Европе. В настоящее время во всем мире наблюдается рост цен на молокопродукты.

    “Несмотря на наличие местного производства в Азербайджане, многие изготовители импортируют сырье из-за рубежа. С другой стороны, они щепетильно относятся к ценам на импортную продукцию, поскольку импорт-фактор наиболее отражается на молочных продуктах и маслах. Азербайджан ввозит масло из Беларуси, Ирана, Новой Зеландии и других стран.

    В стране молочного скота недостаточно для удовлетворения спроса. И без того увеличились затраты, связанные с изменением климата, сокращением площадей пастбищных угодий и т.д. Молочная продукция местного производства также дорогая. По мере роста импортных цен на рынке дорожает как привозное, так и местное сливочное масло”, – отметил он.

  • Kərə yağı BAHALAŞDI

    Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

    Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.

    Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur:

    “Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirirlər. Digər tərəfdən, onlar idxal məhsullarının qiymətinə həssas yanaşırlar. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.

  • Президент Ильхам Алиев принял заместителя генсека ООН

    27 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял заместителя генерального секретаря Организации Объединенных Наций (ООН) и исполнительного директора Программы ООН по окружающей среде (UNEP) Ингер Андерсен.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Арестован глава отдела архитектуры и строительства ИВ Дашкесанского района

    Задержанное за коррупцию должностное лицо Исполнительной власти (ИВ) Дашкесанского района предстало перед судом.

    По информации Qafqazinfo, прокурор, осуществлявший процессуальное руководство предварительным расследованием, потребовал избрать в отношении начальника отдела архитектуры и строительства ИВ Дашкесанского района Эльмана Мамедова меру пресечения в виде ареста.

    Бинагадинский районный суд счел представление прокурора обоснованным.

    Согласно решению, в его отношении была избрана мера пресечения в виде домашнего ареста.

    В результате проведенной правоохранительными органами операции был задержан сотрудник общего отдела ИВ Ягуб Байрамов. После получения объяснений он был освобожден.

  • Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi

    Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib.

    Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

    Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.

  • FAKTİKİ HAVA: Bəzi çaylardan sel keçir

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    İyunun 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub.

    Bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-də isə 10 mm-dək olub.

    Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

    İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.