Month: June 2024

  • Həcc ziyarətinə gedən 360 zəvvar Azərbaycana qayıdıb

    Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərin ilk iki qrupu Vətənə qayıdıb. Hər bir qrupda 180 nəfər olmaqla ümumilikdə 360 nəfər olub.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

    Onun sözlərinə görə, azərbaycanlı zəvvarların üçüncü qrupu da artıq Səudiyyə Ərəbistanından Azərbaycana yola düşüb: “Zəvvarların dördüncü qrupu sabah – iyunun 28-i sübh namazından öncə Bakıya çatacaq. Beşinci və altıncı qrup isə iyunun 29-da paytaxta gələcək. Sonuncu qrup isə iyulun 1-də Vətənə qayıdacaq”.

    V.Cahangiri bildirib ki, Həcc ziyarətinin təşkilatçılarının qayıdışı da mərhələli şəkildə həyata keçiriləcək: “Bir qrup təşkilatçı ayın 29-u zəvvarların altıncı qrupu ilə birlikdə Bakıya gələcək. Sonuncu təyyarə isə Bakıya iyulun 1-i çatacaq və bununla da Həcc ziyarətinə tamamilə yekun vurulacaq”.

  • Gözlənilən funksiya “YouTube”a gəlir

    “YouTube” Android mobil cihazlarında yuxu taymeri funksiyası üzərində işləyir.

    Proqram uzun müddət istifadə olunmazsa, bu funksiya avtomatik olaraq videonun davam etməsini dayandıracaq və tətbiqi bağlayacaq.

    Bu funksiya sayəsində istifadəçilər müəyyən müddətdən sonra video və ya musiqini avtomatik söndürmək üçün taymer təyin edə biləcəklər.
    //azxeber.com

  • Bakıda qız üstündə qətlə yetirilən Tural kimdir? – QƏRİBƏ TALE

    Ötən gün Bakının Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

    Axar.az-ın əldə etdiyi məlumata görə, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq, İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.

    Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası Kamil içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.

    Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.

    İddialara görə, Kosayevlər ailəsində sağlıqla bağlı da problemlər var: Turalın anası qardaşının səhhətindəki problemə görə böyrəyini birini ona verib, əməliyyatda donorluq edib. Turalın qardaşı da qismən fiziki məhdudiyyətlidir.

    Turalın vicdanlı, dürüst, ətrafına qarşı diqqətli olduğu haqda xeyli hadisələr danışılır.

    Tural öz kəndlərində imiş, qətlə yetirilən gün səhər Bakıya qayıdıb.

    Turalın ölümünə səbəb olan qızın da eyni kənddən olduğu vurğulanır. Hazırda Bakıda yaşayır.

  • Güclü külək Naxçıvanda fəsadlar törədib

    İyunun 26-sı axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında hökm sürən qeyri-sabit hava bir sıra fəsadlar törədib.

    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, güclü külək nəticəsində muxtar respublikanın Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində irigövdəli ağaclar aşaraq texnoloji infrastrukturun zədələnməsinə səbəb olub, nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərində fasilələr yaranıb.

    Hazırda Naxçıvan MR RİİN-in mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.

  • В Государственной налоговой службе произведено новое назначение

    В Государственной налоговой службе Азербайджана произведено новое назначение.

    Как сообщает Qafqazinfo, приказом министра экономики Микаила Джаббарова, Джаваншир Нуриев назначен руководителем аппарата данной структуры.

    Отметим, до этого назначения Дж.Нуриев занимал пост советника главы Государственной налоговой службы Орхана Назарли.

  • Dövlət Vergi Xidmətinə Aparat rəhbəri təyin edildi

    Dövlət Vergi Xidmətində yeni təyinat olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Aparat rəhbəri təyin olunub.

    Qeyd edək ki, C.Nuriyev bu təyinata qədər Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri olub.

  • Bakıda musiqiçi vəfat etdi

    Azərbaycanın şanson musiqiçilərindən olan Şaiq Yaqubov dünyasını dəyişib.

    Sənətçi uzun sürən xəstəlikdən sonra 55 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Şaiq Yaqubov Bakı və Abşeronda tanınmış musiqiçilərdən olub.

  • Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

    Əhaliyə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyunun 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

    Sarı xəbərdarlığa uyğun olaraq Şahbuz, Naxçıvan, Culfa, Ordubad, Xızıda küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • В Азербайджане в связи с COP29 будет введен ряд ограничений – ОФИЦИАЛЬНО

    В связи с подготовкой к COP29 (29-я сессия Конференции сторон Рамочной конвенции ООН об изменении климата) и проведением этого мероприятия в Азербайджане неизбежно введение ограничений в сферах инфраструктуры, транспорта и других, а также мер безопасности.

    Как передает Report, об этом сказал руководитель Аппарата Милли Меджлиса Фарид Гаджиев в ходе своего выступления на прошедшем 27 июня заседании пленума Конституционного суда Азербайджанской Республики.

    Он отметил, что данный вопрос нашел отражение в решении Милли Меджлиса об обращении к Президенту в связи с роспуском парламента и назначением досрочных выборов.

  • COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər olacaq – RƏSMİ

    “COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçınılmazdır”.

    “Report”un məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

    O bildirib ki, bu barədə məsələ Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkinin təyin edilməsi üçün Prezidentə müraciətlə bağlı qərarında əksini tapıb.