Month: June 2024

  • Rusiya hərbi gəmiləri Bakı buxtasında

    İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

    Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

    Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.

  • Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

    Prezident İlham Əliyevin Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Dursun Əsgər qızı Qasımovaya Prezident təqaüdü təyin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəmanımızın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

  • Türkiyə Mərkəzi Bankından lirə ilə bağlı QƏRAR

    Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının iyunun 27-də keçirdiyi iclasında uçot dərəcəsini 50% səviyyəsində saxlamaq barədə qərar qəbul edib.

    Bu barədə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı məlumat yayıb.

    Məlumatda həmçinin qeyd olunur ki, Türkiyə Mərkəzi Bankı sterilizasiya vasitələrini şaxələndirəcək, lazım gəldikdə onları səmərəli istifadə edəcək.

    Mənbə: Anadolu

  • “35% müəllim 1000 manatdan çox əməkhaqqı alacaq”

    “Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

    Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

    Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır: “Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.

    “Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 52-dir. MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.

    Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib”, – E.Əmrullayev qeyd edib.

  • Arif Quliyevin həyat yoldaşı vəfat etdi

    Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.

    Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün dünyasını dəyişib.

    Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

    “Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

    Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. Həkimlər onun sağalmasının mümkün olmadığını demiş və evə yollamışdı.

  • Bakıda qəribə olay: Qadın geyimində kişi yolda qışqırdı

    Paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozan şəxs həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 2 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.

    Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.

    Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M.-a 8 sutka həbs cəzası verilib.

  • Abel Məhərrəmovla Qarabağ qazisi arasındakı qalmaqalla bağlı yeni QƏRAR

    Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı ilə bağlı apellyasiya mərhələsi yekunlaşıb.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayəti təmin olunmayıb.

    Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Fuad Məmmədov Xızı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Proses zamanı məlum olub ki, iyun ayının əvvəllərində Abel Məhərrəmov Nazim Əmirovla görüşüb. Görüş Abel Məhərrəmova məxsus olduğu deyilən restoranda keçirilib.

    Orada keçmiş rektor məsələsinin məhkəmə yolu ilə həll edilməsində maraqlı olmadığını deyib. Abel Məhərrəmov Nazim Əmirovu əmin edib ki, problem yoluna qoyulacaq. Bütün bunları polkovnik-leytenantın özü hakimin diqqətinə çatdırıb.

    Nazim Əmirov bildirib ki, o, keçmiş rektora ya zəbt etdiyi 31 sot torpaq sahəsini geri qaytarmağı, ya da əvəzində pul verməyi təklif edib. Abel Məhərrəmov isə problemin həll ediləcəyini bildirib.

    Nazim Əmirov məhkəmədən sonra bildirib ki, hüquqi mübarizəsini davam etdirməkdə israrlıdır və Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır.

    Qarabağ qazisi ilə keçmiş rektor arasında qalmaqalın təfərrüfatlarına gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.

    Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda, müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

    Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib.

  • Dövlət Gömrük Komitəsindən ƏMƏLİYYAT – Həbs olunanlar var

    Azərbaycanda ölkənin aksiz markası ilə markalanmayan 267 806 manat dəyərində olan külli miqdarda tütün məmulatlarını qanunsuz realizə edən üç şəxsə qarşı həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

    Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda, 267 806 manat dəyərində 837 600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.

    Faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Yüksək vəzifə həvalə olunan Vətən Müharibəsi Qəhrəmanının DOSYESİ

    Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.

    Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Qusar rayonunun Utuq qəsəbəsində anadan olub.

    Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.

    1994-98-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb.

    Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb.

    O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

    1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N.Mövlanov 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləyib.

    2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda “N” saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

    I, II, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

    Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.
    //oxu.az

  • Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib

    Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.
     
    Median.Az 
    report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
     
    O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: “Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik”.
     
    Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: “Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq”.