Month: June 2024

  • Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var

    Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.

    Median.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

    Belə ki, “VAZ” markalı minik avtomobili ilə “Belarus” markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

    FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycan cüdoçularının Avropa çempionatında rəqibləri müəyyənləşib

    Sabah Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatının püşkü atılıb.

    “Report”un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.

    Qızlar
    40 kq
    Xədicə Abdullayeva – Ema Vasilyeva (Bolqarıstan)

    44 kq
    Leyla Ələkbərova – Stella Papai (Macarıstan)
    Nərmin Məmmədli – Xantia Stilianu (Kipr)

    48 kq
    Diana Eldarova – Noa Hadar (İsrail)
    Nuranə Hacızadə – Petra Culyak (Bosniya və Herseqovina)

    52 kq
    Vüsalə Hacıyeva – Keyt Çisholm (Böyük Britaniya)
    Aysun Məmmədova – Yanka Yuttner (Macarıstan)

    57 kq
    Aytən Verdiyeva – Amelie Skerbova (Çexiya)

    70 kq
    Mələk Bayramlı – Keti Robakidze (Gürcüstan)

    Oğlanlar
    50 kq
    Bahadur Feyzullayev – Fransisko Pintu (Portuqaliya) / Mixael Eldan (İsrail) cütünün qalibi
    Məhəmmədəli Hüsiyev – Nelu Malik (Moldova) – Evan Anderson (Böyük Britaniya) cütünün qalibi

    55 kq
    Nihad Məmişov – Aleksa Miloşeviç (Serbiya)

    60 kq
    Nihad Rəhimov – Kyartan Qray (Farer adaları)

    66 kq
    Səlim Soltanov – Samuel Brisuda (Slovakiya)

    73 kq
    Cəsur İbadlı – Burak Şengür (Türkiyə) – Midas Van Huiyste (Niderland) cütünün qalibi

    81 kq
    Mehdi Abbasov – Athanasios Orfanas (Kipr)
    Əli Qazıməmmədov – Georgi Yaxnin (Almaniya)

    90 kq
    Hüseyn Eyvazlı – Lorens Hornqaçer (Avstriya)

    90 kq
    Sübhan Axundov – Nikola Lubura (Bosniya və Herseqovina) / Mahmutcan Maden (Türkiyə) cütünün qalibi

    Qeyd edək ki, Avropa çempionatı iyunun 30-da başa çatacaq.

  • Зеленский подписал закон об английском языке

    Президент Украины Владимир Зеленский подписал закон о функционировании английского языка в стране.

    Об этом сообщает РБК-Украина со ссылкой на сайт Рады.

    Законопроект о функционировании английского языка президент Украины Владимир Зеленский внес в Раду чуть менее года назад. Парламент принял инициативу главы государства во втором чтении только 4 июня этого года.

    Документом предлагается, чтобы английский язык получил статус одного из языков международного общения в Украине.

    Также, согласно закону, теперь в Украине чиновники, военнослужащие офицерского состава, которые служат по контракту, полицейские среднего и высшего состава и не только должны будут знать английский язык.

  • Zelenski ingilis dili haqqında qanunu imzalayıb

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ingilis dilinin fəaliyyət göstərməsi haqqında qanunu imzalayıb.

    Bu barədə “RBK Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Zelenski ingilis dilinin fəaliyyəti ilə bağlı qanun layihəsini təxminən bir il əvvəl Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü yalnız bu il iyunun 4-də ikinci oxunuşda qəbul edib.

    Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını nəzərdə tutur.

    Həmçinin qanuna əsasən, indi Ukraynada məmurlar, müqavilə əsasında xidmət edən hərbi qulluqçular, orta və yüksək rütbəli polis zabitləri və digərləri ingilis dilini bilməlidirlər.

  • Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

    Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış 86 yaşında vəfat edib.

    O, müalicə aldığı xəstəxanada ölüb.

    Y.Yakış 2002-2003-cü illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.

    O, bir sıra digər diplomatik vəzifələrdə də işləyib.

  • “Qəbələ” heyətinə yeni futbolçu qatıb

    Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

    Klubdan “Report”a verilən məlumata görə, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

    26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

    V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

    Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

  • Президент Турции провел телефонный разговор с новым Генсеком НАТО

    Президент Турции Реджеп Тайип Эрдоган провел телефонный разговор с новым генеральным секретарем НАТО Марком Рютте.

    Об этом сообщили в Управлении коммуникаций администрации президента Турции.

    Эрдоган поздравил Рютте с новым назначением.

    Послы 32 стран НАТО на заседании Североатлантического совета в Брюсселе утвердили кандидатуру проигравшего выборы премьера Нидерландов Марка Рютте на пост Генерального секретаря альянса на следующие пять лет. Он приступит к исполнению своих обязанностей с октября, сменив норвежца Йенса Столтенберга.

  • Türkiyə Prezidenti NATO-nun yeni baş katibi ilə danışıb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

    Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

    Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.

    Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.

    Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.

  • AVRO-2024: Türkiyə və Çexiya böyük turnirlərdə üçüncü dəfə üz-üzə gələcək

    Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda üz-üzə gələcək Çexiya və Türkiyə milliləri daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.

    “Report”un məlumatına görə, əvvəlki iki görüş qitəmiqyaslı yarışlara təsadüf edib.

    “Ay-ulduzlular” AVRO-2008-də 3:2, AVRO-2016-da 2:0 hesablı qələbəyə sevinib.

    F qrupunun digər görüşündə Portuqaliya Gürcüstanı sınağa çəkəcək. Tərəflər böyük turnirlərdə ilk dəfə rəqib olacaqlar.

    E qrupunda yer alan Slovakiya Rumıniya ilə, Ukrayna isə Belçika ilə ilk dəfə Avropa və dünya çempionatlarında münasibətlərə aydınlıq gətirəcəklər.

    Qeyd edək ki, E qrupunun matçları Bakı vaxtı ilə saat 20:00-da, F qrupunun oyunları isə 23:00-da başlayacaq.

  • Abşeronda avtomobil 37 yaşlı qadını vurub

    Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Kərimova Aytən Balakişi qızını avtomobil vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.