Month: June 2024

  • Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib

    Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş 2024” planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

  • Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat (VİDEO)

    Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı yenidən dava-dalaşda hallanır…

    AzToday.az-a daxil olan məlumata görə, ötən ilin bu günlərində Bakının məşhur “Sea Breeze” İstirahət Mərkəzində dava salması ilə gündəmə gələn Elnur Məmmədov yenidən eyni məkanda qovğanın mərkəzi fiquru olub. Bu haqda yayılan məlumatda deyilir ki, iyunun 15-də mühafizəçisi Həbiblə birgə “Sea Breeze”yə gələn Elnur Məmmədov oradakı “Rose Bar”da gecədən xeyli keçmişə qədər əylənib. Bir qədər kefləndikdən sonra ətrafdılarırın, əyləncə məkanının sahiblərinin ünvanına söyüşlər söyüb, aqressiv hərəkətləri ilə diqqət çəkib. Onu sakitləşdirməyə çalışan “Rose Bar” mühafizəçilərinin ictimai qaydaya hörmətli yanaşılması tələbinə də kəskin söyüşlərlə reaksiya verib. Məsələ istirahət mərkəzinin rəhbərliyinə çatdırılandan sonra Elnur Məmmədovla mühafizəçisi Həbibi əyləncə məkandan ümumi qaydalara uyğun olaraq uzaqlaşdırıblar.

    Qeyd edək ki, ötən il də Elnur Məmmədov “Rose Bar”da dava salmışdı. Davanın videosu yayılandan sonra onun dostları və tanışları həbs edilmiş, özü isə istintaqdan kənarda saxlanılmışdı. Belə görünür ki, oliqarx oğlu ötən ilki hoqqasından sonra himayəçisinin sayəsində azadlıqda qalmasını yetərincə dəyərləndirib və yenidən “Rose Bar”ı qarışdırmaq kimi bir yeni hoqqaya baş vurub. Himayəçisinə, arxa-dayağına əhsən…

  • СМИ: Тело атташе посольства США нашли в Киеве в гостинице

    В Киеве в гостинице Hilton нашли труп атташе посольства США.

    Об этом изданию “СТРАНА.ua” рассказали источники в правоохранительных органах.

    “На теле не были обнаружены следы насилия. Мужчина приехал в Украину 15 июня. Согласно медицинским показателям, которые предоставило посольство США, он страдал от повышенного уровня холестерина”, – рассказал источник.

  • Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb

    ABŞ səfirliyinin attaşesinin meyiti Kiyevdə “Hilton” hotelində aşkarlanıb.

    Məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Həmin şəxs Ukraynaya iyunun 15-də gəlib.

    Qeyd edək ki, ABŞ səfirliyinin verdiyi məlumatlara görə, meyiti tapılan şəxs yüksək xolesteroldan əziyyət çəkirmiş.

    Mənbə: “Politika Stranı” telegram kanalı

  • Aktyor: “Tiktokda hədiyyə istəyənlər dilənçidirlər”

    “Xaricdə Tiktok-dakıları görürəm, nəsə təqdim edirlər: şəkil çəkir, nəsə maraqlı iş görür, sənə nəsə öyrədir. Sən də bunun qarşılığında ona gül və ya şir atırsan. Azərbaycanda isə telefonu açdı, canlıya girdi, başlayır “mənə gül yollayın”, bu, dilənçilikdir. Sən heç bir şey sunmadan, qarşılığı olmadan insanlardan nəsə istəyirsənsə, bunun adı dilənçilikdir. Bu, şərəfli iş deyil. Şərəfsizlik də deyil, amma yaxşı iş deyil”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Qız kimi” yutub layihəsində deyib. Sənətçi TikTok-dan və orada canlı yayıma girib, hədiyyə istəyənlərdən danışıb. Elməddin onları “dilənçi” adlandırıb.

    E.Cəfərov sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb: “Bir çox tanınmış dünyasını dəyişdi. Bir “Allah rəhmət eləsin” yazmırlar. Ölüyə lənət oxumaq nə vaxtdan dəb oldu? Kimə şərəf gətirib? Ölüyə qarşı niyə aqresivik? “Allah rəhmət eləsin” sözünü leksikamızdan çıxarırıq. Üzülürəm bu duruma. Düşmənimiz olmayan hər kəsə “Allah rəhmət eləsin” deyə bilirəm. Baxıram, nələr yazırlar, səbəbini bilmirəm”.

  • İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında

    Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin sabiq direktoru Bahar Zənnum qızı Kərimovaya vəzifə saxtakarlığı etdiyi üçün cinayət işi başlanıb.

    “Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanan Bahar Kərimova və Elman Gülabbas oğlu Məmmədov təqsirləndirilən şəxs qismində tanınıblar. Cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinin hakimi İlham Kərimlinin icraatına verilib.

    Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi Nizami rayonunun ərazisində yerləşir. Bahar Kərimova 2022-ci ildən Binəqədi rayonunda yerləşən 178 saylı körpələr evi-uşaq bağçasının müdiri işləyir.

  • Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

    Məlumata görə, iyunun 26-sı günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək:

    “Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metrə, daha sonra 4,5-5,5 metrə çatacağı proqnozlaşdırılır”.

  • Evlilik ildönümünə tort sifariş edilmişdi – Zaqatalada ölən gəncin acı taleyi

    Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

    Lent.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.

    Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib.

    Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.

  • Hava ilə bağlı XƏBƏRDARLIQ – Yağış, şimşək, QAR…

    Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq, yüksək dağlıq ərazilərdə qar yağacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-30° isti, dağlarda dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

  • Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

    Prezident Volodimir Zelenski Ukraynada Pilotsuz Sistemlər Qüvvələrinin yaradılması haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edən Fərman imzalayıb.

    Bu barədə Ukrayna Prezident Ofisinin saytında məlumat verilib.

    “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi pilotsuz sistemli qoşunların yaradılması haqqında” qərarı qüvvəyə minsin”, – deyə Fərmanda deyilir.

    Bu sənəd dərc edildiyi gündən qüvvəyə minir.//AZƏRTAC