Month: June 2024

  • Elşad Xosenin ailə FOTOsu

    Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə fotosunu paylaşıb.

    Median.Az “axşam.az”a istinadən xəbər verir ki, şəkil cütlüyün bağında çəkilib.

    Onların yanında olan uşağın isə kimliyi suallar yaradıb. Bir çoxları onun Elşadın övladı olduğunu güman edib.

  • Ötən gün ölkə ərazisində 16 kiloqram narkotik aşkarlanıb

    Polis əməkdaşları ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat yayıb.

    Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

  • İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə President.az xəbər verir.

    Qeyd olunur ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.

  • Марк Рютте стал новым генсеком НАТО

    Послы 32 стран НАТО на заседании Североатлантического совета в Брюсселе утвердили кандидатуру проигравшего выборы премьера Нидерландов Марка Рютте на пост генсека альянса на следующие пять лет, сообщил журналистам представитель пресс-службы альянса.

    Он приступит к исполнению своих обязанностей с октября, сменив норвежца Йенса Столтенберга.

    Источник: ТАСС

  • NATO-nun yeni baş katibi təsdiqlənib

    NATO üzvü olan 32 ölkənin səfiri Şimali Atlantika Şurasının Brüsseldə keçirilən toplantısında Mark Rutteni blokun yeni baş katibi vəzifəsinə təsdiqləyib.

    Məlumata görə, o, bu postda Yens Stoltenberqi əvəzləyəcək.

    Mənbə: TASS

  • İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb

    “Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb”.

    Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

    Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

    Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.

    İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin, rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana verdiyini bildirib.

    Mənbə: Ermənistan KİV

  • Произвол со стороны водителя автобуса №50: Если у тебя нет наличных денег, то выходи – ВИДЕО

    Жители поселка Ени Гюнешли Сураханского района Баку столкнулись с проблемой, связанной с работой автобуса, следующего по маршруту №50.

    Как сообщает Baku.ws, граждане выражают крайнее недовольство работой данного маршрута.

    По словам местных жителей, мало того, что интервал движения автобусов составляет 40-45 минут, так еще и один из водителей регулярно проявляет грубость по отношению к пассажирам.

    Несмотря на наличие в салоне устройства для оплаты проезда картой BakıKart, оно не функционирует. Водитель требует от граждан оплату наличными, а тех, кто отказывается, принудительно высаживает из транспортного средства.

    Примечательно, что некоторые пассажиры вынуждены передавать плату за проезд человеку, сидящему за водителем.

  • 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: “Nağd pulun yoxdursa, düş” – VİDEO

    Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakinlərinin marşrutla bağlı problemi yaranıb.

    Baku.ws xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş 50 nömrəli marşrut avtobusunun sürücüsündən şikayətçidirlər.

    Sakinlər qeyd ediblər ki, avtobus 40-45 dəqiqə intervalla hərəkət edir. Bununla yanaşı, sözügedən marşrut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir.

    Avtobusda “BakıKart”la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü sərnişinlərdən nağd ödəniş etməyi tələb edir, bunu etmək istəməyənləri isə avtobusdan düşürür.

    Bəzi sərnişinlər gediş haqqını sürücünün arxasında əyləşən şəxsə verirlər.

  • В реках повысился уровень воды

    По состоянию на 11:00 26 июня, в связи с интенсивными осадками уровень воды в реке Гарачай, протекающей по территории Большого Кавказа, повысился на 13 см, в Катехчае – на 12 см, в Зеямчае, протекающей по территории Малого Кавказа, – на 27 см, в Асрикчае – на 8 см, в Шамкирчае – на 4 см.

    Как сообщил директор Центра гидрологии Национальной службы гидрометеорологии Асиф Вердиев, 26 июня около 8:00-8:30 в результате ливней прошли сели на реке Кюрмюкчай, протекающей по территории Гахского района, на реке Демирапаранчай, протекающей по территории Габалинского района, а также на реке Кишчай, протекающей по территории Шекинского района.

    “Уровень воды в реках постоянно отслеживается с помощью автоматических станций”, – сказал он.

  • Çaylarda suyun səviyyəsi artıb

    İyunun 26-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.

    Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir:

    “Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir”.