Month: June 2024

  • Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq

    2025-ci ilin sonuna qədər bütün şəhid ailələri və qazilər mənzillə təmin olunacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

  • Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

    26 iyun – Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

    Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

    – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;
    – Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
    – Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
    – “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
    – Nəriman Nərimanov heykəli – Mərkəzi park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

    – Sumqayıt Dənizkənarı Bulvar ərazisi;
    – Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;
    Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
    – Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);
    – Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;
    – Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);
    – Zabitlər parkı;
    – Koroğlu parkı;
    – Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;
    – Fəvvarələr meydanı.

  • Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Braziliya millisinin hücumçusu Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.

    32 yaşlı futbolçu həmyerlisi, vaxtilə yığmada və Fransanın PSJ klubunda bir yerdə oynadığı Tyaqu Silvanı fərqləndirib.

    39 yaşlı T.Silva hələ də karyerasını davam etdirir. Müdafiəçi mövsümün sonunda İngiltərə təmsilçisi “Çelsi”dən ayrılaraq “Fluminense”yə (Braziliya) keçib. O, Avropada “Milan”, PSJ və “Çelsi” klublarının formasını geyinib.
    //report

  • Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib

    Baş nazir Əli Əsədov “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

    Qərarla qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib.

    Müəyyən edilir ki, “Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nda nəzərdə tutulmuş tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilir.

    Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

  • Замглавы МИД Албании может стать послом в Азербайджане

    Комиссия парламента Албании по внешней политике сегодня провела слушания с кандидатом на пост посла Албании в Азербайджане Бесартом Кадиа, который в настоящее время является заместителем министра иностранных дел этой страны.

    Об этом сообщает Median.Az со ссылкой на Албанское телеграфное агентство (ATA).

    Отмечается, что в своем выступлении перед членами комиссии Б. Кадиа остановился на отношениях между двумя странами, напомнив, что дипломатические связи возникли еще в начале 90-х годов.

    “За прошедшие годы двустороннее сотрудничество расширилось, особое внимание уделялось экономическим связям. Энергетика стала ключевой областью общих интересов. Всего год назад мы отметили 30-летие установления дипотношений между Албанией и Азербайджаном. За эти три десятилетия мы доказали, что отношения между двумя странами строятся на прочной основе взаимного уважения и плодотворного сотрудничества”, – сказал Б.Кадия, которого цитирует ATA.

    Напомнив о вступлении в силу 15 июня соглашения о либерализации визового режима между двумя странами, он подчеркнул важность установления прямого авиасообщения между Баку и Тираной.

    “Это будет способствовать дальнейшему развитию туризма и появлению новых возможностей для расширения торговых отношений. Следующий шаг – прямые инвестиции в сферу туризма, которые помогут экономическому развитию двух стран. Инвесторы из Азербайджана уже вложили средства в туризм в странах региона, и я надеюсь, что положительный опыт этих стран станет моделью для привлечения аналогичных инвестиций в Албанию”, – сказал он.

    Б.Кадия также подчеркнул важность экономического сотрудничества с Азербайджаном в энергетической сфере, которую он назвал одним из важнейших аспектов двусторонних отношений.

    “Проект Южного газового коридора, включающий также сегмент TAP, является стратегическим проектом, который соединяет Азербайджан с Италией через несколько стран, в том числе Албанию. Однако до сих пор Албания не получила природного газа от этого проекта, несмотря на то, что газопровод проходит через нашу территорию. Наша цель состоит в том, чтобы Албания стала бенефициаром этого газового проекта”, – заявил Б.Кадия.

    По его словам, за последние 3 года контакты между Албанией и Азербайджаном значительно активизировались: “Это доказывает приверженность обеих сторон реализации стратегического проекта [газоcнабжения], который, как ожидается, принесет большую пользу городу Корча, по газификации которого уже проведено предварительное исследование”.

  • Albaniyanın xarici işlər nazirinin müavini Azərbaycanda səfir ola bilər

    Bu gün Albaniya Parlamentinin Xarici Siyasət Komissiyasında Albaniyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan hazırda bu ölkənin xarici işlər nazirinin müavini vəzifəsində çalışan Besart Kadia ilə bağlı dinləmələr keçirilib.

    “Report” bu barədə Albaniya Teleqraf Agentliyinə istinadən xəbər verir.

    Qeyd olunub ki, B.Kadia komissiya üzvləri qarşısında çıxışında iki ölkə arasındakı əlaqələrə diqqət çəkib, diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərində yarandığını xatırladıb.

    “Bu illər ərzində ikitərəfli əməkdaşlıq genişlənib, iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib. Enerji sektoru ümumi maraqların əsas istiqamətinə çevrilib. Cəmi bir il əvvəl biz Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu üç onillikdə biz sübut etdik ki, iki ölkə arasında münasibətlər möhkəm qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq əsasında qurulub”, – o vurğulayıb.

    B.Kadiya Azərbaycanla enerji sektorunda iqtisadi əməkdaşlığın əhəmiyyətini də vurğulayıb və bunu ikitərəfli münasibətlərin ən mühüm aspektlərindən biri adlandırıb:

    “TAP seqmentini də əhatə edən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanı bir neçə ölkə, o cümlədən Albaniya vasitəsilə İtaliya ilə birləşdirən strateji layihədir. Qaz kəmərinin bizim ərazimizdən keçməsinə baxmayaraq, indiyədək Albaniya bu layihə vasitəsilə təbii qaz almayıb. Məqsədimiz Albaniyanın bu qaz layihəsindən benefisiar olmasıdır”.

  • Началось преобразование Naxçıvan Bank в НБКО

    Решением внеочередного общего собрания акционеров ОАО Naxçıvan Bank, обращению в Центральный банк Азербайджана и предварительному письменному согласию учреждения, начато преобразование банка в небанковскую кредитную организацию (НБКО) ООО E-kredit.

    Об этом сообщает Median.Az со ссылкой на банк.

    Кредиторы банка могут предъявить свои требования до 24 августа в будние дни с 10:00 до 17:00 в головной офис банка и филиал в Баку.

  • “Naxçıvan Bank”ın BOKT-a çevrilməsinə başlanılıb

    “Naxçıvan Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarına əsasən, Azərbaycan Mərkəzi Bankına müraciət və qurumun qabaqcadan yazılı razılığına əsasən Bankın “E-kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə başlanılıb.

    Median.Az bu barədə “Naxçıvan Bank”a istinadən xəbər verir.

    Bankın kreditorları avqustun 24-nə qədər, iş günləri saat 10:00-dan 17:00-a qədər tələblərinin qeydə alınması üçün Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27 (Baş ofis) və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küçəsi, 1 (“Bakı” filialı) ünvanına müraciət edə bilərlər.

  • Azərbaycan XİN Sloveniyanı təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sloveniyanı Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

    “Sloveniya və onun xalqını Milli Gün münasibətilə təbrik edir, ən xoş arzularımızı bildiririk.

    Milli Günün mübarək, Sloveniya”, – paylaşımda qeyd olunub.

  • Билеты на автобусные рейсы в Карабах на июль поступят в продажу 27 июня

    Билеты на июль на организуемые Агентством наземного транспорта Азербайджана регулярные автобусные рейсы на освобожденные от оккупации территории поступят в продажу 27 июня в 11:00.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство цифрового развития и транспорта.

    Приобрести билеты можно на портале www.yolumuzqarabaga.az.

    Для приобретения билетов гражданам необходимо ввести в систему данные своего удостоверения личности. Билет может быть использован только самим владельцем удостоверения личности, его передача другому лицу запрещена.

    Отметим, что первые регулярные автобусные маршруты в Шушу и Агдам были запущены 24 января 2022 года. На сегодняшний день выполнены 753 рейса, освобожденные от оккупации территории посетили 30 624 человека.