Month: June 2024

  • Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.

    Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30 624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Azərbaycanda həyat sığortası həyat tərzi ilə əlaqələndirilə bilərmi?

    Dünyada həyat sığortasının insanların həyat tərzi, vərdişləri ilə əlaqələndirilməsi tendensiyası güclənməkdədir.

    Yəni, sığortaçılar hesab edir ki, “canının qədrini bilməyən”, nə cür gəldi ömür sürən, pis vərdişləri olan insana münasibətdə daha sərt davranmaq, onun həyatını sığortalamaq üçün nisbətən çox sığorta haqqı almaq lazımdır.

    Bu yanaşma sığortalıları sağlam həyat tərzinə təşviq edir, sığorta şirkərtlərinə isə xərclərini optimallaşdırmağa imkan verir. Bəs Azərbaycanda bunun tətbiqi nə dərəcədə realdır?

    “Report” mövzu ilə bağlı araşdırma aparıb.

    Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, sığortaçılar məsuliyyətsiz müştərilərinə müəyyən məhdudiyyətlər tətbiq edə bilər: “Qanunvericilik sığortalı şəxsi cərimə etməyə imkan vermir, amma bundan çıxış yolu var. Məsələn, ekstremal idman növləri ilə məşğul olan, spirtli içki qəbul edən, siqaret çəkən şəxsin sağlamlığında problem yaranırsa, ona sığorta ödənişi verilməyə bilər və ya bəri başdan onun sığortalanmasından imtina edilə bilər. Yəni, Azərbaycanda da həyat sığortası şirkətləri xaricdə olduğu kimi maraqlı paketlər hazırlaya bilərlər. Məsələn, müştəri sağlam həyat tərzi sürürsə, fitnes proqramlarında iştirak edirsə, ona endirim edə bilərlər. Zərərli vərdişlərdən imtina edən müştərilərə də həvəsləndirici paketlər təqdim etmək olar. Və yaxud, müştəri sığortalanmamışdan əvvəl bir ərizə forması doldurur. Sığortaçı sualların cavablarından asılı olaraq müştərini sığortalayır. Hətta müştəri yanlış məlumat versə, sığorta şirkəti sonradan müqaviləyə xitam verə bilər”.

    “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində də həyat sığortasının həyat tərzi ilə əlaqələndirilməsini mümkün hesab edirlər. Qurumdan bildirilib ki, bu, həm sığortalılar, həm də sığortaçılar üçün əhəmiyyətli faydalar təmin edə, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına töhfə verə bilər. “Bu dəyişiklik öz növbəsində texnologiyanın inkişafı ilə bilavasitə əlaqəlidir. Fitnes izləyiciləri və “ağıllı” saatlar kimi geyinilə bilən cihazlar insanların fiziki fəaliyyətlərini izləyərək sığortaçılara dəqiq məlumat təmin edir. Bu cihazlarla əldə edilən məlumatlar sığorta tariflərinin təyin edilməsində istifadə edilir. Bu yanaşmanın sığortalılar üçün əsas faydalardan biri, sağlam həyat tərzi nümayiş etdirərək sığorta xərclərini azaltmaq imkanıdır. Müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olan fərdlər daha aşağı sığorta haqqı ödəmək şansı əldə edirlər. Bununla yanaşı, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, həyat riskinin azalması da əhəmiyyətli faydalardandır. Sığorta şirkətləri üçün isə bu yanaşma xərclərin azaldılması və daha dəqiq risk qiymətləndirmələri kimi üstünlüklər təqdim edir. Sağlam həyat tərzini təşviq etməklə, sığortaçılar xəstəliklərlə əlaqəli sığorta iddialarının sayını azalda bilərlər. Bu da ümumi sığorta ödənişlərininn azalmasına səbəb olur”.

    Dünyada bir neçə sığorta şirkəti həyat tərzi əsaslı sığorta modelləri tətbiq edir. Məsələn, ABŞ-də fəaliyyət göstərən “John Hancock” sığorta şirkəti, fiziki fəaliyyət hədəflərinə çatan sığortalılara xüsusi endirimləri təqdim edən proqram təklif edir. Cənubi Afrikadakı “Discovery Health” sığorta şirkəti sığortalıları fiziki fəaliyyətə təşviq edən və mükafatlandıran, Asiya-Sakit Okean regionundakı isə “AIA Group” sığorta şirkəti isə fiziki fəaliyyət izləmə proqramlarından istifadə edirlər.

    Bu ilin yanvar–may aylarında Azərbaycanda həyat sığortası üzrə 359 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % çoxdur.

    Hazırda Azərbaycanda 5 həyat sığortası şirkəti (“Atəşgah”, “PAŞA”, “Qala”, “Xalq” və “Meqa”) fəaliyyət göstərir.

  • Хакан Фидан и Арарат Мирзоян обсудили урегулирование армяно-турецких отношений

    Главы МИД Турции и Армении Хакан Фидан и Арарат Мирзоян обсудили по телефону урегулирование армяно-турецких отношений.

    Об этом сообщили турецкие СМИ со ссылкой на дипломатические источники.

    Сообщается, что они также обсудили региональные вопросы.

  • Türkiyə və Ermənistan XİN başçıları münasibətlərin nizamlanmasını müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

    Bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub.

    Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.

  • Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar

    Bakıda bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan turist axınına hazırlıq üçün əsas addımlar atır. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqlar cəlb edəcək.

    “Report”a açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov bildirib ki, tələbatın təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır: “Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub”.

    Turistlərin əksəriyyətinin konfransda iştirak etməklə yanaşı, həm də ölkəni tanımaqda maraqlı olacağı gözlənilir. Buna nail olmaq üçün Azərbaycan hökuməti yerləşdirmə imkanlarını genişləndirir. Yeni mehmanxana tipli obyektlər tikir, həmçinin mövcud obyektləri modernləşdirir. Bakı ilə yanaşı, regionlarda da, xüsusilə Abşeron yarımadasında infrastruktur fəal inkişaf edir.

    C.Bayramovun sözlərinə görə, Dubayda keçirilən COP-dan sonra Bakıda baş tutacaq konfransa daha da böyük marağın olacağı gözlənilir: “Bu artıq hotel rezervasiyalarının sayında da görünür. Konfrans zamanı iki zonamız olacaq – mavi və yaşıl. Yaşıl zonada, həmçinin ətraf mühitin mühafizəsi çərçivəsində ölkənin turizm imkanları haqqında daha çox məlumat əldə etmək istəyən turistlər də iştirak edəcək.

    Bu baxımdan, Azərbaycanda COP29-a ev sahibliyi etmək təkcə iqlim dəyişikliyi problemləri ilə bağlı məlumatlılığın artırılması üçün deyil, həm də ölkənin turizm sənayesinin inkişafını stimullaşdırmaq üçün bir fürsət kimi qiymətləndirilə bilər.

    Kəmiyyət və keyfiyyət

    Azərbaycan özünü cəlbedici turizm məkanı kimi təqdim edir, qonaqlara təkcə zəngin tarix və mədəniyyət deyil, həm də heyrətamiz mənzərələr təqdim edir. Hökumət qonaqpərvərliyə də diqqət yetirir və hər bir ziyarətçinin özünü rahat hiss etməsini və unudulmaz təcrübə yaşamasını təmin etməyə çalışır.

    Turizm bürosunun sədr müavini qeyd edib ki, bu gün hotellərin rezervasiyası təkcə rəsmi platforma vasitəsilə deyil, paralel olaraq digər platformalar vasitəsilə bir çox hotel və mehmanxana tipli obyektlər də bron edilir: “Biz güman edirik ki, qonaqların yerləşdirilməsi bütün ölkə üzrə, xüsusilə də Bakı və Abşeron üzrə olacaq. Bu baxımdan təkcə görməli yerlər, əyləncələr, iaşə xidmətləri deyil, bütün xidmətlərə çox yaxşı tələbat gözlənilir. Bundan bütün sənaye faydalanacaq ki, bu da ölkə iqtisadiyyatına xeyli fayda verəcək”.

    Beləliklə, 2024-cü ilin sonuna qədər Azərbaycan iki böyük tədbirə ev sahibliyi edərək diqqət mərkəzində olacaq: “Formula 1” və COP29. Turist axınının misli görünməmiş səviyyəyə çatacağı gözlənilir və buna görə də hotel, mehmanxanalar, apartamentlər ilə yanaşı “Sea Breeze”də yeni yaşayış kompleksləri, müxtəlif səviyyəli yerləşmə bazalarının, Olimpiya kəndinin hazırlanması başa çatdırılır və Abşeron boyunca digər ərazilər də fəal şəkildə hazırlanır. Bununla yanaşı, hotellərin təsnifatına da xüsusi diqqət yetirilir.

    C.Bayramov qeyd edib ki, bu il 200 mehmanxananın ulduz kateqoriyasına uyğunluğu qiymətləndirilib, standartlara cavab verməyən mehmanxanaların isə təkmilləşdirilməsi üçün tövsiyələr verilib: “Əvvəlki illərdə də bu istiqamətdə xeyli işlər görülüb. Biz hansı resurslara sahib olduğunu bilmək üçün bütün növ mehmanxana və turizm xidmət obyektlərini yoxladıq”.

    Azərbaycan çağırışlara hazırdır

    Azərbaycanın turizmin inkişafı üzrə strategiyası risksiz deyil. Geosiyasi qeyri-sabitlik gözlənilməz çağırışlara səbəb ola bilər, digər turizm istiqamətləri üzrə isə rəqabət artır. Bununla belə, Azərbaycanın turizm məkanı kimi potensialı çox böyükdür.

    “Bütün dünyada müxtəlif tendensiyalar, o cümlədən geosiyasi hadisələr var və biz istəyirik ki, destinasiya strateji cəhətdən hazır olsun, çünki bu ölkədən olmasa da, digər ölkədən Azərbaycana turistlər gələ bilər”, – C.Bayramov bildirib.

    Onun sözlərinə görə, infrastrukturun hazırlanması ilə paralel olaraq marketinq araşdırmaları da aparılır. Bazarlar təhlil edilir, “yaxın xaricə” və son bir neçə ildə – Çin və Hindistana xüsusilə diqqət yetirilir: “Ölkə ənənəvi istiqamətlərlə məhdudlaşmır və fəal şəkildə yenilərini kəşf edir. Eyni zamanda, əsas məsələ çox pul xərcləməyə və ölkədə daha uzun müddət qalmağa hazır, gəlirləri yüksək olan turistləri cəlb etməkdir. Turist axınını artırmaq üçün yeni birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparılır”.

    C.Bayramov vurğulayıb ki, ölkəyə gələn insanların sayı, keyfiyyət kimi vacib göstəricidir: “Turist axınında rekord il olan 2019-cu illə müqayisədə 2023-cü ildə turist axını 35 % azalıb. Buna baxmayaraq, turist xərcləri 9 % artıb. 2019-cu ildə ölkəyə rekord sayda turist gəlib – 3,2 milyon nəfər. Turizm göstəricilərinin 2024-cü ildə pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilir. Artıq bu ilin fevral ayında turistlərin sayı 2019-cu ilin eyni ayın göstəricilərini üstələyib, may ayında isə fərq cəmi bir neçə faiz təşkil edib”.

    “Formula 1”in bütün biletlərin satıldığı 2023-cü ildəki uğuru nikbinlik yaratdığını qeyd edən Turizm bürosunun sədr müavini əlavə edib ki: “İlk ildə o qədər də güclü nəticə görmədik, ancaq sonrakı illərdə, xüsusən də ötən il biletlərin hamısı satıldı. Onların böyük bir hissəsi əcnəbilərə satıldı. Bu, olduqca lüks tədbirdir. Əcnəbilər “Formula 1”də çox pul xərcləyirlər, onlar ya erkən, ya da gec gəlirlər və çox vaxt müxtəlif turistik yerləri ziyarət etmək üçün əlavə bir həftə qalırlar. COP29 da çoxlu sayda qonaq cəlb edəcək, lakin biz sonra daha çox nəticələr gözləyirik”.

    Beləliklə, Azərbaycan hökuməti gələcəyə nikbin baxır və COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacağına əmindir. Azərbaycanı bütün dünyadan gələn turistlər üçün daha da cəlbedici istiqamətə çevirməklə bağlı infrastrukturun inkişafı, yeni turizm məhsullarının yaradılması və bazarların şaxələndirilməsinin davam etdirilməsi planlaşdırılır.

    COP29-un Azərbaycanda keçirilməsi təkcə ölkəni iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli və mütərəqqi iştirakçı kimi beynəlxalq arenada nümayiş etdirmək imkanı deyil, həm də bütövlükdə onun imicini yaxşılaşdırmaq şansıdır.

  • AVRO-2024: D qrupunda III turun oyunları başlayıb

    Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

    D qrupunda Niderland – Avstriya və Fransa – Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

    Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

    Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının dörd, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.
    //report

  • Около 4000 учителей не смогли набрать проходной балл при повторной сертификации

    Около 4000 учителей не смогли набрать проходной балл при повторной сертификации.

    Об этом сообщили в Министерстве науки и образования.

    Согласно информации, на сегодняшнем заседании Совета по сертификации педагогов отмечено, что 31 948 учителей начальных классов, азербайджанского языка и литературы успешно прошли процесс сертификации в 2022 и 2023 годах.

    По сравнению с прошлым годом зарплата успешно прошедших сертификацию 8 410 учителей увеличится на 35%, а 23 538 учителей – на 10%.

    8 июня 7 296 учителей, не прошедших тестирование в прошлом году, приняли участие в повторной сертификации. Из них 3 386 человек набрали проходной бал и получили возможность принять участие в этапе собеседования, а 3 909 учителей не смогли сдать экзамен.

    По решению совета, 402 учителя, не принявшие участие в экзамене, также были признаны не прошедшими сертификацию. Результаты 4 человек были аннулированы из-за нарушения правил экзамена.

    В целом, 95% учителей азербайджанского языка и литературы и 86% учителей начальных классов успешно прошли сертификацию.

  • Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib

    Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının bugünkü iclasında 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.

    Eyni zamanda ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb.

    Bildirilib ki, iyunun 8-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.

    Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb.

    Xatırladaq ki, bu ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

    Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyunda apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.

    Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib.

    Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.

  • Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA

    “Benzinin qiymətinin artacağı ilə bağlı xəbərlər şaiədir”.

    Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, Aİ-92 markalı benzinin qiymətinin də bahalaşacağı gözlənilmir:

    “Çünki neftin qiymətinin ucuzlaşması fonunda bu benzinlərin qiymətidə dövlət üçün sərfəlidir. Neftin qiyməti kəskin qalxarsa, bu hal baş verə bilər. Amma indiki halda qiymətin artacağı gözlənilmir”.

    İqtisadçı həmçinin vurğulayıb ki, elektromobillərə keçmək üçün dövlət kifayət qədər stimullaşdırıcı addımlar atıb:

    “Elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı heç bir vergi rüsumu yoxdur. Hibrid mühərrikli avtomobillərdə də bu cür geniş güzəştlər var. Bu avtomobillərin gətirərkən, 200-300 dollar bəyənnamə xərci olur. Amma daxili yanma mühərriki olan avtomobillərin idxalı zamanı isə kəskin vergilər var. Bundan başqa bu il “Azərişıq” və “Azərenerji”yə sərəncam da verildi ki, elektrik mühərrikli avtomobillərin şarj edilməsi üçün şərait yaxşılaşdırılsın”.

    Qeyd edək ki, KİV-də Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin bahaşalacağı ilə bağlı iddialar yayılıb.

  • Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib – STATİSTİKA

    Azərbaycanda müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə 30,9 faiz az təhlükəli tullantı yaranıb.

    Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

    Məlumata görə, 2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat olmuş və ümumi daxili məhsulun 0,6 faizini təşkil edib.

    Bu vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olub, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənib.

    “2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılıb çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artmışdır. Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb”, – məlumatda qeyd olunub.

    Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.

    DSK qeyd edib ki, ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.

    Bildirilib ki, görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılıb, 4 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 5800,0 hektar sahədə təbii bərpaya kömək göstərilib.

    Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil edib.

    Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,2 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi məqsədilə 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılıb.