Month: June 2024

  • Türkiyənin daimi nümayəndəliyi: BMT-nin heç vaxt olmadığı qədər islahata ehtiyacı var

    Dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-nin islahatı həmişəkindən daha zəruridir və bu, dünya təşkilatının Təhlükəsizlik Şurasından başlamalıdır və buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar.

    Bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

    “Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hər zamankıda daha zəruridir”, – diplomatik missiyanın cavabında qeyd olunub.

    “İslahat BMT-nin sülh və təhlükəsizlik məsələlərini həll edən əsas orqanı olan Təhlükəsizlik Şurasından başlamalıdır. Prezident Tayyib Ərdoğan həmişə bu mövzuda çıxış edərək sülhün beşdən (BMT TŞ-nin daimi üzvləri – red.) daha çox olduğunu vurğulayır”, – agentliyə bildirilib.

  • Tesla сократила не менее 14% штата в этом году

    Американский производитель электромобилей Tesla сократила не менее 14% штата в этом году.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщает CNBC на основе внутренних данных компании.

    В списке рассылки Tesla “для всех сотрудников” по состоянию на 17 июня находилось чуть более 121 тыс. человек, включая временных работников. В официальной отчетности за четвертый квартал 2023 года сообщалось, что на конец декабря в компании работало 140,47 тыс. человек.

    Главный исполнительный директор компании Илон Маск 17 июня отправил электронное письмо всем сотрудникам, в котором говорилось, что “в течение следующих нескольких недель Tesla проведет всеобъемлющий анализ, чтобы предоставить гранты с опционами (на акции компании) за исключительные результаты”. Он добавил, что такие гранты также будут предоставлены “любому, кто сделает что-то выдающееся для компании”.

    Объявление об увольнениях было сделано в апреле. Тогда Маск говорил о намерении сократить свыше 10% сотрудников.

    В первом квартале выручка Tesla упала на 9%, что стало самым значительным снижением с 2021 года.

  • “Tesla” bu il işçi qüvvəsinin azı 14 faizini ixtisar edib

    ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” bu il işçilərinin azı 14 faizini ixtisar edib.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin daxili məlumatlarına əsasən məlumat yayıb.

    “Tesla”nın elektron poçt siyahısında “bütün işçilər üçün” kateqoriyasında müvəqqəti işçilər də daxil olmaqla, iyunun 17-də 121 mindən bir qədər çox insan olub. 2023-cü ilin dördüncü rübü üçün açıqlanmış rəsmi hesabatda isə dekabrın sonunda şirkətdə 140,47 min nəfərin işlədiyi bildirilirdi.

    Şirkətin baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək “Tesla”nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə də veriləcək.

    İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zamana İ.Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.

    Qeyd edək ki, “Tesla”nın gəliri bu ilin birinci rübündə 9 faiz azalıb və bu, 2021-ci ildən bəri ən böyük azalmadır.

  • Индия и США могут наладить совместное производство ракетных комплексов Javelin

    Индия и США обсуждают возможность организации совместного производства переносных противотанковых ракетных комплексов Javelin на территории южноазиатской республики.

    Об этом сообщило агентство ANI со ссылкой на источники.

    По его данным, переговоры на эту тему стороны провели в ходе одного из недавних визитов в Нью-Дели высокопоставленной американской делегации.

    По информации агентства, обсуждение возможного совместного производство Javelin в Индии находится на начальном этапе, Нью-Дели еще предстоит принять решение на этот счет.

    Индия начала искать партнера в этой области в связи с растущими потребностями индийской армии в противотанковых ракетных системах.

  • Hindistan və ABŞ “Javelin” raket sistemlərinin birgə istehsalını qura bilər

    Hindistan və ABŞ Asiya ölkəsinin ərazisində “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin birgə istehsalının təşkili imkanlarını müzakirə edirlər.

    Bu barədə ANI agentliyi mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətinin Yeni Dehliyə son səfərlərindən birində tərəflər bu mövzuda danışıqlar aparıblar.

    Agentlik qeyd edir ki, Hindistanda “Javelin”in mümkün birgə istehsalı ilə bağlı müzakirələr ilkin mərhələdədir, Asiya ölkəsi bu məsələ ilə bağlı yekun qərarını verməyib.

    Qeyd edək ki, Hindistan tərəfi ordusunda tank əleyhinə raket sistemlərinə artan ehtiyacları ödəmək məqsədilə bu sahədə tərəfdaş axtarmağa başlayıb.

  • Bu il neçə nəfər meymun çiçəyinə yoluxub? – ÜST açıqladı

    2024-cü ilin əvvəlindən dünyada 3,1 mindən çox mpox xəstəliyinə (meymun çiçəyinin yeni adı) yoluxma halı aşkar edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    ÜST-nin meymun çiçəyi bölməsinin rəhbəri Rosamund Lyuis Cenevrədə keçirilən brifinqdə bunları deyib:

    “Bu gün mpox ictimai sağlamlıq üçün təhlükə olaraq qalır… İlin əvvəlindən bəri dünyada 3100-dən çox laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb”.

    O qeyd edib ki, may ayı ərzində ÜST 26 ölkədən 600-ə yaxın təsdiqlənmiş hal haqqında məlumat alıb.
    Lyuisin sözlərinə görə, xüsusilə Afrikada halların sayı artır. Aprel ayından bəri Cənubi Afrikada 13 təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Konqo Demokratik Respublikasında ilin əvvəlindən 9291 nəfər yoluxmuş və 419 nəfər ölmüşdür.

    ÜST-ün məlumatına görə, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək dünyanın 117 ölkəsində 97 208 mpox yoluxma halı, o cümlədən 186 ölüm halı qeydə alınıb. Bu il aprelin 30-na olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 820) qeydə alınıb. Sonrakı onluqda Braziliya (11 212), İspaniya (7 992), Kolumbiya (4 226), Fransa (4 218), Meksika (4 097), Böyük Britaniya (3 928), Almaniya (3 841), Peru (3 812) və Çin (3 812) qərarlaşıb. 2,357). Ümumilikdə halların 80,8%-i bu ölkələrin payına düşür.

  • Bakıda dəhşətli qəza törədən sürücüyə hansı cəza verildi? – VİDEO

    Ötən il dekabrın 5-də Xətai rayonu, 8 Noyabr prospektində KIA markalı avtomobillə 1952-ci il təvəllüdlü Lyüdmila Aleksandrovna Əliyevanı vurub öldürən Dursunəli İsmayılovun məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə D.İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi və cəzasının bitməsindən sonra bir il altı ay sürücülük hüququnun məhdudlaşdırılması qeyd edilib.

    Xatırladaq ki, hadisədən sonra DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb. Videoda Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. Həmçinin sürücünün təyin edilmiş sürət həddini keçməsi müəyyən edilib.

    Məhkəmə prosesində L.Əliyevanın ailəsi sürücüdən şikayətçi olmadığını bildirib.

  • Sənədsiz evlərə “kupça” verilməsinə başlandı: Kimlərə şamil olunacaq?

    Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarışsız evlərlə bağlı hazırlanan portalın bu ilin sonuna qədər hazır olacağı bildirilir. İlkin mərhələdə bələdiyyə sənədi və digər sənədləri tam qaydasında olan evlərin çıxarışla təmin olunması gözlənilir.

    Ekspertlərin fikrincə, hətta portal növbəti aydan etibarən fəaliyyətə başlaya bilər. Lakin vətəndaşların cavab tapmağa çalışdığı əsas suallardan biri də məhz bələdiyyə sənədinə malik olmayan evlərlə bağlıdır.

    Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bir sıra ərazilər var ki, həmin yerlərdə tikilən evlərə çıxarış verilməyəcək:

    “Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu portalın ilin sonuna qədər fəaliyyətə başlayacağı ilə bağlı məlumat verilmişdi. Portalda sırf müəyyənedici sənədləri düzgün olan evlərin çıxarışla təmini istiqamətində işlər görüləcək. Yəni bu o demək deyil ki, portala müraciət edən istənilən sənədsiz ev bağlı qeydiyyat aparılacaq. Sadəcə, o evlər qeydiyyata alınacaq ki, onun müəyyənedici sənədləri tam qaydasında olsun. Daha dəqiq desək, kommunikasiya xətlərinin, neft müqaviləsinə aid olan torpaqların üzərində tikilən evlər çıxarışdan kənarda qalacaq. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan evlər isə təyinatlarının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət etməlidir. Əgər bu istiqamətdə qərar verilərsə, o zaman həmin evlərə də çıxarış verilə bilər”.

    Ekspert bildirib ki, hazırda sənədsiz evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri mövcuddur:

    “Onsuz da, çıxarışı olmayan evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri çoxdur. Bu bələdiyyələrin həmin evlərə qanunsuz şəkildə müvafiq arayış, sərəncam və texniki pasport verməsi ilə bağlıdır. Bunun əsasında həmin sənədsiz evlər tikilib. 2007-ci ilə qədər bələdiyyələr tərəfindən verilən sənədlər əgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın ayrılmasına dair rəy də varsa, o zaman həmin torpaq sahələrinə çıxarışlar verilir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaq satışlarını yalnız hərrac vasitəsi ilə həyata keçirməli idilər. Müvafiq olaraq, vətəndaşlara çıxarışla torpaq sahələri satılmalıydı. Çox təəssüflər olsun ki, bələdiyyələrin bir çoxu bu şərtlərə əməl etmədi və onların mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara qanunsuz yolla satılması həyata keçirildi. Bu məsələlər hamısı portala müraciət zamanı mütləq şəkildə nəzərə alacaq”.

  • Orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi başlanıldı

    Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Azərbaycanda gözlənilən güclü küləklə bağlı xəbərdarlıq

    İyunun 26-27-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

    Xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

    “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, – o qeyd edib.