Month: June 2024

  • Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? – DETALLAR

    Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirilən Əhməd Əhmədovun bu gün məhkəmə iclası başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Əhmədovun işi üzrə özü, vəkili, qətlə yetirilən şəxslərin hüquqi varisləri iştirak ediblər.

    Amma qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin məhkəmədə iştirak etməməsi diqqət çəkib. Onun iclasa gəlməməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

    Teleqraf.com Sərxan Niftəliyevin məhkəmə iclasında iştirak etməməsinin detallarını əldə edib. Əldə etdiyimiz məlumata görə, o, Rusiya Federasiyasında narkoloji dispanserdə müalicə alır.

    Məlumata görə, Əhməd Əhmədovun bacısı Elmira 2019-cu ildə Sərxan Niftəliyevlə ailə həyatı qurub. Onlar daha sonra Rusiya Federasiyasının Xabarovsk şəhərinə köçüblər. Onların 2021-ci ildə Ülviyyə adlı qızları dünyaya gəlib. 2022-ci ildə Elmira ilə Sərxan arasında münasibətlər pozulub.

    Elmira azyaşlı qızı ilə həmin il Bakı şəhərinə qayıdıb. Lakin onlar rəsmi qaydada boşanmayıblar.

    Elmira ilə Sərxanın münasibətlərinin pozulmasına səbəb isə onun narkotik vasitələrdən istifadə etməsi olub.

    Qeyd edək ki, Əhməd Əhmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prosesə hakim Səbinə Məmmədzadə sədrlik edir.

    Qeyd edək ki, bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

    İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

    Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib.

  • Üçüncü kurs tələbəsi vəfat etdi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Əminə Həsənova vəfat edib.

    Median.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildirib.

    Qeyd edək ki, Ə.Həsənova 2021-ci ildə 500 balla ADNSU-nun İTİF İnformasiya texnologiyaları ixtisasına qəbul olub.

    Allah rəhmət eləsin!

  • МУС выдал ордера на арест Шойгу и Герасимова

    Палата предварительного производства Международного уголовного суда (МУС) выдала ордера на арест бывшего министра обороны России Сергея Шойгу и начальника Генерального штаба ВС РФ Валерия Герасимова.

    Об этом сообщается на сайте инстанции.

    “24 июня 2024 года вторая Палата предварительного производства Международного уголовного суда выдала ордера на арест двух лиц – Сергея Кужугетовича Шойгу и Валерия Васильевича Герасимова в контексте ситуации в Украине за предполагаемые международные преступления, совершенные в период по меньшей мере с 10 октября 2022 года до по меньшей мере 9 марта 2023 года”, – говорится в тексте.

    Источник: ТАСС

  • Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu ilə Gerasimovun həbsinə order verdi

    Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun həbsinə order verib.

    Bu barədə məlumat Beynəlxalq Cinayət Məhkəməsinin saytında dərc edilib.

    Hər iki rusiyalı Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar ittiham olunur.

    Məlumat üçün əlavə edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) – Niderlandın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunaldır.

    Mənbə: Icc-cpi.int

  • Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?

    “Zəhra” klinikası qeyri-leqal fəaliyyətdə ittiham edilir.

    “Qaynarinfo” xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati iş başlanıb.

    Bu maddədə qeyd edilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 min manatadək məbləğdə cərimələnirlər.

    İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Qurbanovun icraatına verilib.

    “Zəhra” Klinikası vergidə “Zəhra Clinic” MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olur ki, klinika 26 oktyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 100 manatdır. Klinikanın rəhbəri Fərid Hüseyndir.

    “Zəhra” Klinikasının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, şeyxülislam Allahşükür Paşazadənin nəzarətində olduğu iddia edilir.

    Fərid Hüseyndən əvvəl klinikaya QMİ sədrinin qızı Vəfa Paşazadənin rəhbərlik etməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır. Vəfa Paşazadə 2023-cü ildə rəhbərlikdən gedib. Bununla belə, hazırda klinikanın yenə də şeyxin nəzarətində olduğu deyilir.

  • Bu avtomobillərin satılması və bağışlanması qadağan olundu

    Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.
     
    Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

    Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.

    Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir.

    Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

    Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhid dəfn ediləcək

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən səkkiz şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, iyunun 27-də Hörmət Beytulla oğlu Baratov, Şahlar Hüseynağa oğlu Ağayev və Adıgözəl Əmirsoltan oğlu Qasımovun cəsədlərinin qalıqları Xaçmazda dəfn olunacaqlar.

    Elə həmin gün Ucar Fidail oğlu Zeynalovun qalıqları Göygöl, Əhliman Vahid oğlu Əsgərovun cəsədlərinin qalıqları isə Şəmkirdə dəfn ediləcəklər.

    İyunun 28-də isə digər şəhidlər – Elman Xurşud oğlu Cavadov Sumqayıt Şəhidlər xiyabanında, Yasin Şakir oğlu Əbdürəhmanov Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində, Fəqan Misir oğlu Yaqubov isə Tərtər rayonunun Sarıcalı kəndində torpağa tapşırılacaqlar.

  • Изменена схема движения ряда маршрутов в Баку

    В связи с ремонтными работами на дорогах Баку до 1 июля движение транспорта частично ограничено по улице Афияддина Джалилова (от улицы Юсифа Сафарова до улицы Хагани Рустамова), проспекту Парламента (от улицы Мехди Гусейна до улицы Микаила Мушфига) и проспекту Азадлыг (от улицы Михаила Каверочкина до улицы Джафара Хандана).

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    В связи с этим изменена схема движения регулярных автобусных маршрутов №4, 10, 21, 32, 46 и 175 – они будут курсировать по улицам Хагани Рустамова (Белый город) и Сулеймана Везирова.

    В агентстве призвали водителей автобусных маршрутов №18, 39, 205, курсирующих по проспекту Парламента, и №4, 6, 17, 26, 33, 83, 85, 88, 88А, 133 и 165, курсирующих по проспекту Азадлыг, соблюдать требования временных дорожных знаков.

  • Bakının bəzi yolları beş gün bağlı olacaq

    Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-nə qədər nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) qismən məhdudlaşdırılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.

    Məlumata görə, Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.

    Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.