Month: June 2024

  • Daşqın, sel, qar – Azərbaycanda növbəti iki günün hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    İyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

    Azərbaycanın rayonlarında iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

    Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • Участники Форума сотрудничества НПО направили обращение президенту Ильхаму Алиеву

    Завершился Форум сотрудничества неправительственных организаций (НПО) Азербайджана.

    Как сообщает Report, в двухдневном мероприятии приняли участие представители около 200 неправительственных организаций, действующих в стране, представители СМИ, общественные деятели.

    В ходе форума были проведены панельные дискуссии на темы “Азербайджанские неправительственные организации: результаты и цели”, “Экологические последствия горнодобывающей промышленности Армении”, “COP29 и Движение солидарности во имя зеленого мира”.

    Участники мероприятия направили обращение Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    “Обращение солидарности НПО Азербайджана во имя зеленого мира” связано с объявлением 2024 года “Годом солидарности во имя зеленого мира” и проведением COP29 в Азербайджане.

    Участники форума в своем обращении дали высокую оценку последовательной и целенаправленной деятельности главы государства во имя зеленого мира.

    “Международное сообщество единогласно доверило Азербайджану проведение COP29, что свидетельствует о большом уважении и симпатии к вашей политике зеленой энергии, которая призывает мир к солидарности”, – говорится в обращении.

    Представители НПО подчеркнули, что в условиях глобального потепления наша страна посылает миру мудрый месседж о том, что лишь солидарность может предотвратить катастрофу, к которой способно привести глобальное изменение климата.

    “Мы являемся свидетелями масштабных строительных и восстановительных работ в Карабахе и Восточном Зангезуре. К сожалению, за годы армянской оккупации азербайджанские земли были загрязнены более чем 1,5 млн мин и неразорвавшихся боеприпасов.

    Сейчас вы проводите большую работу по разминированию территорий, охране окружающей среды. Абсолютно уверены, что наступит день, когда вы объявите Карабах и Восточный Зангезур регионом, свободным от мин!” – говорится в обращении.

  • Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib: Prezidentə müraciət ünvanlanıb

    Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başa çatıb.

    “Report” xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.

    Tədbirdə “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və yaşıl dünya naminə həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçirilib.

    Sonda forum iştirakçıları Prezident İlham Əliyevə Azərbaycan QHT-lərinin yaşıl dünya naminə həmrəylik müraciətini ünvanlayıblar.

    Müraciətdə deyilir:

    “Biz – Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri – Sizin yaşıl dünya naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.

    Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, bu ərazilər, eyni zamanda, yaşıl enerji zonaları elan olunub.

    Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir. Azərbaycanın COP29 ölkəsi kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin diqqətini daha da artırıb.

    Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz inkişaf etməkdə olan ölkələr olması bunun aydın ifadəsidir.

    OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində təşəbbüskarlığı ələ almalıdır.

    Sizin rəhbərliyinizlə yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanılıb. Azərbaycanın yaxın altı ildə Günəş və külək enerjisi 5000 meqavat (5 giqavat) təşkil edəcək. 4 giqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları 157 giqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını aydın nümayiş etdirir.

    Qlobal istiləşmə şəraitində Azərbaycan dünyaya müdrik mesaj verir ki, qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəyliklə alına bilər.

    Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri – Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik!

    QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, üç paneldən ikisi bu mövzuda idi. Aparılmış müzakirələr əsasında biz belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!

    Siz qalib xalqın qalib lideri kimi ölkəmizi yeni inkişaf mərhələsinə qaldırmısınız.

    Biz Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa işlərinin şahidiyik. Təəssüflər olsun ki, Ermənistan işğal dövründə Azərbaycan torpaqlarını 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirib. İndi ərazinin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün böyük işlər aparırsınız. Biz qəti əminik ki, gün gələcək, Siz Qarabağ və Şərqi Zəngəzuru minadan azad bölgə elan edəcəksiniz!

    Biz yaşıl dünya naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciətini qəbul etməklə apardığınız siyasətə tam dəstəyimizi ifadə edir, yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq!”

  • Bakı məktəblərinə 12 direktor təyin edilib

    2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.

    Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

  • Yay fəsli ilə əlaqədar attraksionlara nəzarət gücləndirildi

    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

    Agentlik yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə etdiyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib.

    Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir. Diqqətə çatdırılıb ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

    Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.

    Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.

  • Xuliqanlıqda təqsirləndirilən idmançılar məhkəmədə ifadə verdilər

    MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Unikal”ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Kərəmovun vəkili Kənan Nəcəfov müdafiə etdiyi şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib. O, Vüqar Kərəmovun hadisə baş verən zaman orada olmadığını, eyni zamanda onun himayəsində 2 azyaşlı övladının olduğunu vurğulayıb.

    Tofiq Musayevin vəkili Şaiq Mirzəyev isə işdə kifayət qədər nöqsanlar olduğunu bildirib.

    Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxslər Həsən Əzizova qarşı nalayiq ifadələr işlətməklə ona qarşı yumruq və təpik zərbələri vurublar.

    Təqsirləndirlilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

    Daha sonra təqsirləndirilən şəxs Ruslan Əfəndiyev ifadə verib. O bildirib ki, zərərçəkmiş şəxs olan Həsən Əzizov vaxtilə onun tələbəsi olub və aralarında heç bir ədavət olmayıb:

    “Yarışqabağı biz “Dəniz Mall”a gedirdik. Mənə oradan zəng gəldi ki, bir nəfər narazılıq yaradır və xahiş etdim ki, həmin adamla məni əlaqələndirsin. Danışıq zamanı narazılığın Həsən Əzizov tərəfindən olduğunu bildim. Həsənə dedim ki, ora gəlib sənin problemini yoluna qoymağa çalışacağam. Lakin Həsən mənimlə çox aqressiv danışdı. Ora çatandan sonra Həsənin tələbələrimdən biri olan Rüfətlə danışdığını gördüm. Ona yaxınlaşdım. Daha sonra tələbəm Tofiq yaxınlaşdı və ona iradını bildirdi. Həsən Tofiqin üz nahiyəsinə yumruq atdı. Daha sonra mən araya girib ona badalaq atıb zərərsizləşdirdim. Tofiq yarışa görə çəki salmışdı deyə bədəni zəifləmişdi. Qorxdum ki, o zədələnər və yarış bizim üçün bitər. Həsən ifadəsində mənim tələbələrimin adlarını verib. Halbuki o şəxslər hadisə yerində olmayıblar. Hadisə yerində mən, Tofiq, Rüfət və Xəzər olub. Mən onu qətiyyən söyməmişəm. Həsən Əzizov çox aqressiv idi. Mən uşaqlara tapşırdım ki, o təxribat yaratmaq istəyir, bu səbəbdən ona yaxınlaşmayın. O, Rüfətlə danışanda mən yaxınlaşıb dedim ki, Həsən, sən hansı səbəbdən bizə bu qədər aqressivsən? Rüfət ona qəti əl qaldırmayıb”.

    Daha sonra digər təqsirləndirilən şəxs Rüfət Əsədov ifadə verib: “Mən Ruslan müəllimin düz yanında idim. Ruslan müəllim Həsənə dedi ki, orada problem yaratma, gələrəm birlikdə aşağı düşərik. O, aşağı düşəndə birinci mənə yaxınlaşdı. Dedim ki, bu narazılıq nəyə lazımdır? O isə dedi ki, mənə Ruslan lazımdır. Sonra Ruslan müəllim yaxınlaşdı, məsələni aydınlaşdırmaq istədi. Bu zaman Həsənin kifayət qədər aqressiyasının şahidi oldum. Sonra Tofiq Həsənə yaxınlaşaraq dedi ki, ayıb deyil Ruslan müəllimə qarşı hörmətsizlik edirsən?”

    İfadə verən təqsirləndirilən şəxs Vüqar Kərəmov bildirib ki, həmin gün yarış iştirakçısı olub:

    “Gecənin döyüşü mənim döyüşüm idi. Ruslan müəllimlə Həsənin telefonda danışdığını gördüm, amma nələr danışdığını eşitməmişəm. Mən konfrans zalında oturmuşdum. Hadisə yerində mən olmamışam. Mən azadlığa buraxılanda ona zəng edərək aydınlaşdırmaq istədim ki, hansı səbəbdən mənim əleyhimə ifadə verdin? O isə dedi ki, sənə qarşı haqsızlıq etmişəm və düzü, hamınıza qarşı əsəbi idim deyə o cür ifadə vermişəm”.

    Daha sonra təqsirləndirilən şəxs Tofiq Musayev ifadə verib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslə hər hansı bir şəxsi ədavəti olmayıb:

    “Maşında mən, Rüfət, Ruslan müəllim idi. “Dəniz Mall”a getdik və dəhlizdə oturub söhbətləşirdik. Qapının ağzında duranda Həsənin Rüfətin qoluna girib qırağa çəkdiyini gördüm. Ardınca Ruslan müəllimin onların yanına getdiyini gördüm. Mübahisə edirdilər. Müəllimimizlə aqressiv danışması mənim xoşuma gəlmədi. Mən ona iradımı bildirdim, bu məqamda o mənim üz nahiyəmə yumruq atdı. Mən də onun sinəsindən itələdim”.

    Daha sonra şahid qismində Mehman Məmmədov dindirilib: “Maşında idik və “Dəniz Mall”a gedirdik. Yarışdan bir gün qabaq yarışın reqlamentinə uyğun olaraq “Face-to-Face” mərhələsində iştirak etməli idik. Ruslan müəllimə zəng gəldi və o, Həsən Əzizovla danışdı. Mən orada davanın şahidi olmamışam. Həsəni tanımışam və aramızda hər hansı bir düşmənçilik, ədavət olmayıb”.

    Daha sonra bütün təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıblar.

    Hakim qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

    Məhkəmənin növbəti iclası iyunun 28-nə təyin edilib.

    Qeyd edək ki, idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunurlar. Cinayət hadisəsi Səbail rayonu ərazisində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

  • Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir

    İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

    Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Скончался профессор медуниверситета

    Скоропостижно скончался профессор Азербайджанского медицинского университета (АМУ) Зохраб Гараев.

    Отметим, что известный ученый З.Гараев родился 25 марта 1945 года в селе Минкенд Лачынского района.

    С 2005 года работал профессором кафедры ортопедической стоматологии АМУ.

    В 2010 году распоряжением Президента Азербайджана Зохрабу Гараеву было присвоено почетное звание “заслуженный врач”.

  • Tibb Universitetinin professoru vəfat etdi

    Azərbaycan Dövlət Tibb Universitetinin (ADTU) professoru dünyasını dəyişib.

    Professor Zöhrab Qarayev qəfil vəfat edib.

    Qeyd edək ki, Zöhrab İslam oğlu Qarayev 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış alim idi.

    Z. Qarayev 2005-ci ildən ADTU-nin ortopedik stomatologiya kafedrasının professoru vəzifəsində çalışıb.

    2010-cu ildə Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə “Əməkdar həkim” fəxri adı alıb.

  • Конопля вместо хлеба: астаринская полиция обнаружила в тандырной наркотик

    Сотрудники Астаринского райотдела полиции задержали Мехмана Рзаева, подозреваемого в незаконном обороте наркотиков и культивировании наркосодержащих растений.

    Как сообщили в лянкяранской региональной группе пресс-службы МВД, при личном досмотре, а также в тандырной, расположенной во дворе его дома, было обнаружено 2 кг марихуаны.

    Кроме того, во дворе дома задержанного были обнаружены 48 кустов конопли. По решению суда в отношении М.Рзаева избрана мера пресечения в виде ареста.

    По данному факту ведется расследование.