Month: June 2024

  • Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı

    Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb.

    Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Азербайджан внес изменения в визовый режим с двумя странами

    Азербайджан вносит изменения в визовый режим с еще двумя странами.

    Как сообщает Report, на сегодняшнем заседании Милли Меджлис ратифицировал соглашение об отмене визового режима с Марокко и освобождении от визовых требований владельцев диппаспортов с Гамбией.

    В частности парламент утвердил “Соглашение между правительством Азербайджанской Республики и правительством Королевства Марокко об освобождении владельцев общегражданских паспортов от визовых требований” и “Соглашение между правительством Азербайджанской Республики и правительством Республики Гамбия об освобождении лиц, имеющих дипломатические паспорта, от взаимных визовых требований”.

  • Azərbaycan iki ölkə ilə viza tələbini aradan qaldırır

    Azərbaycanla daha iki ölkə arasında viza tələbi aradan qaldırılır.

    “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

    Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.

  • В Шуше проходит международный форум, посвященный молодежи

    В Шуше стартовал международный форум By Youth For Youth, организованный совместно Министерством молодежи и спорта, Фондом Гейдара Алиева и Исламской организацией по вопросам образования, науки и культуры (ИСЕСКО).

    Как сообщает Report, в мероприятии принимают участие чиновники, руководство и секретариат ИСЕСКО, министры различных стран, представители международных организаций и более 160 молодых людей из 55 стран.

    Форум призван стимулировать активное участие молодежи исламского мира в решении глобальных проблем, обсуждение инновационных подходов и создание сети молодых лидеров.

    26 июня в Баку пройдут панельные дискуссии, презентации и церемония закрытия мероприятия.

  • Şuşada gənclərlə bağlı beynəlxalq forum keçirilir

    Şuşa şəhərində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə “By Youth For Youth” adlı beynəlxalq forum başlayıb.

    “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ICESCO rəhbərliyi və katibliyi, müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və 55 ölkədən 160-dan çox gənc iştirak edir.

    Forumun məqsədi İslam dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

    İyunun 26-da isə Bakı şəhərində tədbirin panel müzakirələri, təqdimatlar və bağlanış mərasimi baş tutacaq.

  • 85 yaşlı Xalq artisti: “Xanım direktor dedi ki, yaşlı adamlar işdən çıxarılacaq”

    “Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır”

    Bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib. O daha sonra əlavə edib.

    “Teatrımıza xanım direktor gəldi. Dedi ki, ərizə yazın, onsuz da yaşlı adamlar işdən çıxarılacaq. Özləri yazmasalar belə biz onları çıxaracağıq. Teatra yaşlı aktyorlar lazım deyil?! Xalq artisti Rafiq Əzimov məndən də bir yaş böyükdür, nə olub ona? Gözəl də oynayır! AZDRAMA ona qiymət verir! Mən də min cavana dəyərəm. 3 teatrda direktor və bədii rəhbər işləmişəm, quruluş vermişəm. Qarşımda olan aktyoru ya danlayanda, ya da nəsə söz deyəndə mən onu nəzərə almışam. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! Bizdə cavan aktyorların bir çoxu zəifdirlər, yardım heyətinə yarayırlar. O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir xalq artisti yox, SSRİ xalq artisti olsun, mən onu teatrdan çıxararam. Nizam-intizam olan yerdə yaradıcılıq olar. Nizam-intizam olmayan yerdə yaradıcılıqdan söhbət gedə bilməz. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, gəl ərizə yazıb, işdən çıxaq. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə ərizəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib.

    Qeyd edək ki, Tariyel Qasımov 1939-cu ildə anadan olub.

  • Изменено место проведения выездного матча “Сабаха” в Лиге конференций

    Во втором квалификационном этапе Лиги конференций “Сабах” сыграет против израильского клуба “Маккаби” (Хайфа).

    Матч пройдет в Словакии, а не в Венгрии, как планировалось изначально.

    Это связано с тем, что в назначенный час игры на арене в Дебрецене пройдет еще одно мероприятие. Израильтяне попросили “Сабах” провести первую игру 25 июля в Баку, однако получили отказ.

    Отметим, что ответный матч в Баку будет сыгран 1 августа.

  • “Sabah”ın Konfrans Liqasındakı səfər matçının məkanı dəyişdirildi

    “Sabah”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

    Matç əvvəldən nəzərdə tutulduğu kimi Macarıstanda deyil, Slovakiyada keçiriləcək.

    Debretsendəki arenada oyunun keçiriləcəyi saatda başqa tədbir olduğu üçün bu addım atılıb. İsraillilər “Sabah”dan iyulun 25-dəki ilk oyunun Bakıda baş tutmasını xahiş etsələr də, təmsilçimiz buna razı olmayıb.

    Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması avqustun 1-də oynanılacaq.

  • Президент Ильхам Алиев поздравил словенскую коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо словенской коллеге Наташе Пирц-Мусар.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемая госпожа Президент,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и Ваш народ с национальным праздником Республики Словения – Днем государственности.

    Верю, что мы и впредь будем прилагать совместные усилия на пути развития азербайджано-словенских отношений в русле дружбы, продолжения нашего взаимовыгодного сотрудничества в интересах наших народов.

    В этот праздничный день передаю Вам свои наилучшие пожелания, дружественному народу Словении желаю спокойствия и благополучия”.

  • İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan-Sloveniya münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.