Month: June 2024

  • Culfada qadın amansızlıqla öldürüldü – Qardaşı TUTULDU

    İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

    Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Ruslan Məhərrəm oğlu Əliyevin şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Elfanə Məhərrəm qızı Muradovanı küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Ruslan Məhərrəm oğlu Əliyev şübhəli şəxs qismində tutulub.

    Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • КНДР снова запустила шары с мусором в Южную Корею

    КНДР снова запустила воздушные шары, как предполагается, с мусором в сторону Республики Корея.

    Об этом сообщают южнокорейские власти.

    “Подтверждено, что шары с мусором из Северной Кореи вошли в воздушное пространство Сеула”, – говорится в массовом оповещении сеульских властей.

    Текст с таким содержанием пришел на мобильный телефон граждан. Власти просят не приближаться к упавшим предметам и сообщать о них в полицию.

    Отметим, что южнокорейские активисты запустили шары с листовками в КНДР 20 июня. На следующий день сестра лидера КНДР Ким Е Чжон заявила, что народная республика примет ответные меры.

    Источник: ТАСС

  • Şimali Koreyadan havaya qalxan zibil şarları Seulun hava məkanına daxil oldu

    Şimali Koreya yenidən zibillə dolu hava şarlarını Cənubi Koreyaya yollayıb.

    Bu barədə Cənubi Koreya hakimiyyəti məlumat yayıb.

    Şimali Koreyadan gələn zibil şarlarının Seulun hava məkanına daxil olduğu təsdiqlənib.

    Eyni zamanda, Cənubi Koreya hakimiyyəti vətəndaşlardan şarların düşdüyü yerlərə yaxınlaşmamağı xahiş edib.

    Qeyd edək ki, ilk dəfə iyunun 9-na keçən gecə Şimali Koreya qonşu ölkəyə sarı 330-a yaxın zibil şarı buraxıb. Onlardan 80-dən çoxu hədəfə çatıb, o cümlədən 30-u Seula düşüb.

    Mənbə: gazeta.ru

  • Dreamworks снимает “Шрека 5” и готовит мультфильм про Осла с Эдди Мерфи

    Известный американский комедийный актер Эдди Мерфи сообщил, что уже работает над озвучиванием Осла в новой части культового мультфильма “Шрек”.

    Он также рассказал, что успел записать первую часть “Шрека 5”, а в настоящее время готовится к финалу и новому проекту – полноценному мультфильму, посвященному его персонажу.

    “Мы начали снимать нового “Шрека” пять месяцев назад. Я записал первый акт, и в этом году мы продолжим, должны закончить. Сначала выйдет “Шрек”, а потом у Осла будет свой фильм”, – сказал он.

    Эдди Мерфи предположил, что “Шрек 5” выйдет на экраны в 2025 году.

    Отметим, что в конце прошлого года киностудия Dreamworks совместно с сервисом по поиску недвижимости открыла для посещений домик Шрека на болоте – стилизованную хижину в сеттинге мультфильма может снять любой желающий.

    Источник: “Чемпионат”

  • “Şrek”in yeni bölümü çəkilir

    Məşhur aktyor Eddi Mörfi bildirib ki, o, artıq “Şrek” cizgi filminin yeni hissəsinin səsləndirilməsi üzərində işləyir.

    Gülüş ustası ekran əsərində yaşıl bədheybətin dördayaqlı dostu – eşşəyi səsləndirir.

    “Yeni “Şrek” filminin çəkilişlərinə beş ay əvvəl başlamışıq. Əvvəlcə “Şrek” filmi buraxılacaq, sonra isə eşşəyin öz filmi olacaq”, – o qeyd edib.

    Mənbə: championat.com

  • Aİ Rusiyanın pulu ilə Ukraynaya silah-sursat alacaq

    “Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyanın aktivlərindən əldə edilən gəlirləri Avropa Sülh Fonduna köçürmək qərarına gəliblər”.

    Bunu Aİ-nin xarici siyasət üzrə ali komissarı Josep Borrel bildirib.

    Onun sözlərinə görə, Aİ Ukraynaya Rusiyanın aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirdən, ilin sonuna qədər 1 milyard avro ayıracaq. Bu, sursat, hava hücumundan müdafiə raketləri və silah istehsalına dəstək üçün istifadə ediləcək.

    Mənbə: TASS

  • Banklar kredit faizlərini yanlış təqdim edir?

    Mütəmadi olaraq vətəndaşlara fərqli banklardan aşağı faizlərlə kredit təklif olunur. Bu, onlara ya mesaj kimi göndərilir, ya da reklam formasında qarşılarına çıxır. Lakin banka üz tutan müştərilər daha fərqli mənzərə ilə qarşılaşırlar.

    Xezerxeber.az-ın məlumatına görə, bu zaman onlara ya təklif olunandan daha yüksək faizlə kredit, ya da ümumiyyətlə imtina edilir.

    Kreditin faizi həmin bankın maliyyə imkanlarına çıxışın göstəricilərindən biri hesab olunur.

    Vəkil Anar Ramazanov bildirib ki, Mülki Məcəllənin reklamla bağlı bir sıra ümumi və sərt müddəaları var.

    Onun sözlərinə görə, vətəndaşlar reklamda təklif olunan şərtlərə diqqətlə qulaq asmalıdırlar. Bəzən mətndə “8 faizdən başlayaraq” kimi ifadələr istifadə olunur. Bu da hər hansı qanun pozuntusu deyil. Bank bəzən bu təklifləri sadəcə müəyyən şəxslər üçün nəzərdə tutur.

    Ətraflı süjetdə:

  • В Азербайджане богослов обвиняется в насилии над 11-летней девочкой – ФОТО

    Задержан богослов гаджи Салман Кямилоглу.

    Как сообщает Qafqazinfo, он подозревается в совершении действий сексуального характера против несовершеннолетней девочки.

    В отношении гаджи Салмана в Абшеронском районном управлении полиции возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса Азербайджана.

    Сообщается, что инцидент произошел 22 июня около 19:00 на территории поселка Масазыр Абшеронского района. Согласно обвинению, гаджи Салман пригласил 11-летнюю девочку в свою машину и подверг ее сексуальному насилию. Произошедшее попало на камеру, и после обращения близких несовершеннолетней в полицию было начато расследование.

    Ожидается, что в течение сегодняшнего дня Абшеронский районный суд изберет меру пресечения в отношении гаджи Салмана Кямилоглу.

  • Azərbaycanda ilahiyyatçı azyaşlıya zorakılıq ittihamı ilə saxlanıldı: Hadisə kameraya düşüb – FOTO

    İlahiyyatçı hacı Salman Kamiloğlu saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

    Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

    Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

  • Bakıda məktəbin həyətində qızla görüşən oğlanlara hücum etdilər

    Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Yusifə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 27-də Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 234 saylı tam orta məktəbin həyətində baş verib.

    Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 27-də, saat 21:30-da Buzovna qəsəbəsində yerləşən parka dincəlmək məqsədilə gedib: “Parkda gəzişərkən üzdən tanıdığım Tofiqə rast gəldim. Bir yerdə gəzişə-gəzişə həmin gün saat 22 radələrində parkın yaxınlığında olan orta məktəbin həyətinə gəldik. Burada 2 oğlan və 2 qızı gördük. Biz həmin 4 nəfərə yaxınlaşanda qızlar və sonradan adını bildiyim Yusif ayaq üstə durdular. Sonradan adını bildiyim Əfqan isə pilləkənlərin üstündə oturdu. Yusifdən soruşdum ki, sizi narahat etmirik? Yusif kobud tərzdə cavab verdi ki, nəsə lazımdır? Mən Yusifə yaxınlaşdım ki, mənimlə kobud danışmasının səbəbini soruşum. Bu vaxt Əfqan ayağa duraraq məni kənara çəkdi və mübahisə etməyə başladı. Həmin vaxt qızlar məktəbin həyətinin çıxışına tərəf getdilər”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Əfqan onunla mübahisə edərkən 2 dəfə yumruqla sifətindən vurub və məktəbin həyətindən çıxışa tərəf qaçmağa başlayıb: “Mən Əfqanın dalınca qaçdım. Lakin ona çata bilmədim və Yusifin yanına qayıtdım. Bu zaman Yusif üstümə hücum etdi və biz dalaşdıq. Həmin vaxt Yusiflə davamıza Tofiq qarışmadı və kənarda dayanaraq bizə baxdı. Dava vaxtı Yusifi bir neçə dəfə yumruqla sifətindən vuraraq yerə yıxdım. Bu vaxt kənarda idman edən tanışım Səlim yanımıza gəldi və bizi aralamağa başladı. Səlim bizi araladıqdan sonra park tərəfdən yanımıza iki nəfər tanımadığım cavan şəxs gəldi. Biz oradan getdik. Sonradan isə mənə məlum oldu ki, Yusif barəmdə polisə şikayət edib”.

    İş üzrə zərərçəkmiş Yusifin sözlərinə görə, avqustun 27-də, saat 22:30-da dostu Əfqan, sinif yoldaşı Səmayə və Səmayənin rəfiqəsi Fidanla birlikdə Buzovna qəsəbəsində yerləşən orta məktəbin həyətində pilləkənin üstündə oturaraq söhbət ediblər: “Bu vaxt bizə 5 nəfər cavan oğlan yaxınlaşdı. Bizim qabağımızda dayanaraq diqqətlə baxmağa başladılar. Onlar içkili adamlara oxşayırdılar. Onlardan 2 nəfər, yəni adlarını bildiyim Şahin və Tofiq dəqiq bilirəm ki, Buzovna qəsəbəsində yaşayırlar. Qalan 3 nəfərin harada yaşamalarını bilmirəm. Birinin adı Səlimdir, digər 2 nəfərin isə adlarını bilmirəm. Lakin sifətdən həmin 2 nəfəri də görsəm, tanıyaram. Həmin şəxslərə müraciət edərək soruşdum ki, nə tazımdır? Onlardan Şahin mənə “problem axtarırsan?” deyərək üstümə gəldi. Mən ayaq üstə durmaq istədim. Bu vaxt Şahin sifətimə yumruq atdı. Lakin həmin yumruq sifətimə dəymədi. Mən ayağa duranda Əfqan yaxınlaşaraq bildirdi ki, onlara baş qoşma, içkilidirlər. Mən sakitləşəndə Əfqan ayağa duraraq həmin şəxslərin arxa tərəfinə keçdi ki, onların fikirlərini yayındırsın, qızları oradan aralaşdırsın. Bu vaxt həmin şəxslərdən adını bilmədiyim və saqqalı olan şəxs əlində bıçaq Əfqanın üstünə qaçaraq hücum etdi. Əfqan bıçağı görərək kənara qaçdı. Həmin vaxt qızlar oradan uzaqlaşmağa başladılar. Qalan 4 nəfər isə mənimlə dayanaraq Əfqana və həmin saqqallı şəxsə baxırdılar”.

    Zərərçəkmiş qeyd edib ki, bu zaman həmin saqqallı şəxs əlində bıçaq geri qayıdıb və ona hədə-qorxu gəlməyə başlayıb: “Mən bıçağı görərək yavaş-yavaş arxaya çəkilməyə başladım. Həmin saqqallı şəxs isə üstümə gəldi. Mənim fikrim həmin bıçaq əlində olan şəxsdə olub. Bu zaman sağ yan tərəfdən sifətimdən almacıq nahiyəmdən kimsə yumruqla zərbə endirdi. Gözlərim qaraldı və yerə yıxıldım. Həmin vaxt məni təpiklərlə vurmağa başladılar. Lakin konkret olaraq kimin vurduğunu bilmirəm. Çünki yumruq zərbəsindən sonra ətrafı görmədim. Bir azdan sonra özümə gələrək ayaq üstə durdum və məktəbin həyətindən çıxmağa başladım. Bu vaxt həmin 5 nəfər şəxs məni söyə-söyə bildirdilər ki, sənin dostun Əfqanı axtarırıq, o, səni ataraq qaçdı. Mən həmin şəxslərə əhəmiyyət verməyərək məktəbin həyətindən çıxdım. Bu vaxt həmin şəxslərdən Tofiq mənə yaxınlaşaraq köməklik etmək istədiyini bildirdi. Hətta maşına oturaraq evə aparmasını təklif etdi. Həmin avtomaşın qara rəngli “Lada Priora” markalı idi, lakin nömrəsini bilmirəm. Avtomaşını Tofiq idarə edirdi. Tofiqin köməyindən və təklifindən imtina edərək özüm evə getdim”.

    Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.