Month: June 2024

  • Qubada sel Qusarçayın sahilini yuydu, yol çökdü

    Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir.

    Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

    Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

    Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

    Çayda suyun səviyyəsi azalandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.

  • Yeni güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

    May ayında ən güclü partlayışlara və maqnit fırtınalarına səbəb olan Günəş bölgəsi yerə doğru dönür.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, ərazidə artıq güclü məşəl əmələ gəldiyi bildirilir. Hadisə iyunun 23-də UTC vaxtilə (UTC (Koordinasiyalı Universal Time) Ümumdünya koordinasiyalı vaxtı-red.) saat 12:51-də (Bakı vaxtı ilə 17:51) başlayıb və 13:11-də (Kiyev vaxtı ilə 18:11) başa çatıb. Zərbə Atlantik Okeanı, Avropa və Afrikanı vurub.

    Koronal kütləvi boşalmanın baş verdiyinə dair heç bir əlamət yoxdur. Biri olsa belə, bu bölgənin indiki yeri Yerə doğru istiqamətlənmiş axınların yaranmasına kömək etmir. Bununla belə, məlumata görə, bu, yaxın günlərdə Günəşin aktiv bölgəsi daha çox geoeffektiv mövqeyə fırlananda dəyişəcək.

  • Biləsuvarın 5 kəndində yararsız elektrik xətləri yenilənəcək

    Biləsuvarın 5 kəndində yararsız elektrik xətləri yenilənəcək.

    “Report”un Muğan bürosu xəbər verir ki, rayonda elektrik xətləri yararsız olan kəndlərdə yenidənqurma işləri aparılacaq.

    Söhbət rayonun İsmətli, Ağayrı, Günəşli, Yuxarı Ağalı və Muğan kəndlərindən gedir.

    Qeyd olunan kəndlərin ərazisində 10 kV-luq hava xətlərinin, KTM-in və 0,4 kV-luq elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinə başlanılır.

  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində kadr dəyişikliyi olub

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, onun yerinə Səməd Rzazadə təyin olunub.

    O, bundan əvvəl “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də çalışıb.

    E.Hüseynov “Azərsu” ASC-nin keçmiş rəisi Qorxmaz Hüseynovun yaxın qohumudur.

  • В Баку пройдет международный шахматный фестиваль

    Как сообщает oxu.az, в мероприятии, посвященном 100-летию Международной шахматной федерации (FİDE), свои силы испытают шахматисты из Болгарии, Грузии, Индии, Ирана, Казахстана, Саудовской Аравии, Катара, Турции, Украины, США, Узбекистана и т.д.

    Азербайджан будет представлен Рауфом Мамедовым, Гадиром Гусейновым, Айдыном Сулейманлы, Магомедом Мурадлы, Гюнай Мамедзаде, Гевхар Бейдуллаевой, Ульвией Фаталиевой, Ханым Баладжаевой, Гюльнар Мамедовой и др.

    Общий призовой фонд фестиваля, который пройдет в Бакинском дворце спорта, составит 50 000 долларов США. Первенство, разбитое на соревнования в группе А и В, будет состоять из девяти туров.

    Мероприятие стартует 29 июня в 14:30.

  • Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək: 300-dən çox şəxs iştirak edəcək

    Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçiriləcək “Baku Open – 2024” Beynəlxalq Şahmat Festivalında 300-dək idmançı çıxış edəcək.

    Median.Az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı ilə qatılan iştirakçılar mübarizə aparacaqlar.

    Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışa qatılacaqlar.

    Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

    Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.

    “Baku Open – 2024” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-da, saat 14:30-da başlayacaq.

  • Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq.

    “Report”un məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatı sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI

    O bildirib ki, ölkəsi eyni zamanda, ABŞ Prezidenti Co Baydenin dəstəklədiyi atəşkəs təklifinə sadiq qalacaq.

    “Birincisi, 120 girovu, ölü ya diri, geri qaytarana qədər müharibəni bitirməyəcəyik. İkincisi, HƏMAS-ı tamamilə məhv edənədək müharibəni bitirməyəcəyik. Biz ABŞ Prezidenti Co Baydenin də dəstəklədiyi atəşkəs təklifinə sadiqik. Bizim mövqeyimiz dəyişməyib”, – Netanyahu bəyan edib.

    Mənbə: TASS

  • Təhsil üzrə ekspertlər ixtisas seçimi ilə bağlı sualları cavablandırdılar

    Baku TV-də yeni layihə – “Abituriyent 2024” verilişi yayıma başlayıb.

    Veriliş 1-ci və 4-cü günlər saat 18:00-da Baku TV-nin efirində və “YouTube” kanalında canlı yayımlanacaq.

    Proqramın ilk buraxılışında təhsil üzrə ekspertlər Malik Talıbov və İlkin Məhərrəmov ixtisas seçimi ilə bağlı abituiyentləri maraqlandıran sualları cavablandırıblar.

    Ətraflı videoda:

  • “Mançester Yunayted”in sabiq ulduzu “Neftçi”nin baş məşqçi postuna gətirilir

    İngiltərənin “Mançester Yunayted” klubunun sabiq ulduzu “Neftçi”nin baş məşqçi postuna gətirilir.

    “Report”un əldə etdiyi məlumata görə, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.

    Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra “Lillestrom”a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Henninq Berq daha sonra İngiltərənin “Blekbern” komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “Qırmızı şeytanlar”la iki dəfə ölkə çempionu (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.

    Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.

    Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı “Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın “Leqiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa kubokunun sahibi olub.

    H.Berq son olaraq 2023/2024 mövsümündə İsveçin AİK klubunu çalışdırıb.