Month: June 2024

  • Universitetlərə qəbul planı artırılıb

    Qəbul planı ötən illə müqayisədə 7.87 faiz artırılıb.

    Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

    Qeyd edilib ki, 2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb.

    “Bunlardan 617 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (350 yer “ADA” Universitetinə SAT balına əsasən, 124 yer “ADA” Universitetinə “ADA” məktəbinin məzunu kimi qəbul olunanlar) tutub. Qalan yerlərdən 40568-i Azərbaycan bölməsi, 3537-si rus bölməsi, 11185-i isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planındakı 46066 yer dövlət, 9224 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü.

    Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün 26039 yer nəzərdə tutulub. Bunlardan 128 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tutub”, – deyə əlavə edilib.

  • Şimali Makedoniya hökumətinin tərkibinə ilk dəfə serb təmsilçisi daxil oldu

    Müstəqil Şimali Makedoniya tarixində ilk dəfə olaraq serb azlığının nümayəndəsi hökumətə daxil olub.

    Bu barədə “Nova Makedonija” nəşri yazır.

    İvan Stojilkovic Şimali Makedoniyadakı Serblərin Demokratik Partiyasının sıralarından gəlir və yeni hökumətdə icmalararası əlaqələr naziri vəzifəsini icra edəcək.

    O, 2001-ci ildə Makedoniyada Serblərin Demokratik Partiyasının prezidenti seçilib. Və o, ilk dəfə 2002-ci ildə Makedoniya parlamentinin üzvü olub.

    VMRO-DPMNE seçkilərində qalib gələn partiyanın nümayəndəsi Vlado Misailovski yeni hökumətdə müdafiə naziri olub. 2015-2017-ci illərdə o, artıq nəqliyyat və rabitə naziri vəzifəsində çalışıb. O, həmçinin Almaniya, ABŞ və Fransa parlamentləri ilə əməkdaşlıq üzrə Şimali Makedoniya Respublikası Assambleyasının parlament qruplarının işində iştirak edir.

    Xarici İşlər Nazirliyinə həmçinin VMRO-DPMNE-nin nümayəndəsi Timço Mutsunski rəhbərlik edib. O, ilk dəfə 2020-ci ildə Məclisə seçilib.

    Xatırladaq ki, Şimali Makedoniyada parlament bazar günü keçirilən səsvermə zamanı may ayında keçirilən parlament seçkilərindən sonra 46 yaşlı sağ mərkəzçi Xristian Mikkoskinin rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

    İyunun əvvəlində Şimali Makedoniya prezidenti Jordana Siljanovska Davkova partiyasının keçən ay keçirilən parlament seçkilərində qələbəsindən sonra Mitskoskidən yeni hökuməti formalaşdırmağı rəsmi şəkildə xahiş edib.

  • İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu – Başına iş gəldi

    “Instagram”da özünü falçı qadın kimi təqdim edən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü R.Əliyev həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, R.Əliyev Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

    Məlum olub ki, R.Əliyev sosial şəbəkədə “falci baxici Emma” adlı səhifə açıb. 22 yaşlı oğlan ona müraciət edən şəxslərdən biri – Quba rayon sakini olan B.Cavadova (şərti) ilə bir qədər yazışdıqdan sonra onu şantaj edərək pul almaq qərarına gəlib.

    Cinayət işi üzrə Quba Rayon Məhkəməsində keçirilən prosesdə B.Cavadova hadisə barədə ətraflı məlumat verib: “Quba şəhərində yerləşən marketlərdən birində satıcı işləyirdim. İşdən çıxdıqdan sonra iş yoldaşım A.Ramazanovu mütəmadi olaraq yuxuda görürdüm. Bundan narahat olaraq falçıya müraciət etdim. 10 yanvar 2024-cü il tarixində instaqramda “falci_baxici_emma” adlı səhifəsi ilə yazışaraq əlaqə saxladım, əvvəllər bir yerdə işlədiyim oğlanı tez-tez yuxuda gördüyümdən narahat olduğunu bildirdim.

    Yazışdığım şəxs fala baxmaq üçün özümün və oğlanın şəkillərini istədi. Öz şəklimi və oğlanın fotosunu sosial şəbəkədən skrin edib yolladım. Şəkilləri göndərdikdən sonra yazışdığım şəxs mənə bəxtimin bağlı olduğunu bildirərək təmizlənməsi üçün 200 manat pul istədi”.

    Bundan sonra R.Əliyev həmin qadını şantaj edərək pul tələb etməyə başlayıb. O, səhifənin haker tərəfindən ələ keçirildiyini yalandan deyib. Özünü daha sonra haker kimi təqdim edən gənc Qubada yaşayan həmin oğlana yazacağını, baş verənləri ona deyəcəyini, rüsvay edəcəyini bildirərək B.Cavadovadan pul tələb etməyə başlayıb. O, qızdan ümumilikdə 430 manat pulu hədə-qorxu ilə alıb.

    B.Cavadova təhdidlərdən və pul tələb edilməsindən bezərək Quba Rayon Polis Şöbəsinə müraciət edib. Bundan sonra R.Əliyev barəsində araşdırma aparılıb və onun yeri Bakı şəhər Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb.

    Quba Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə R.Əliyevə 3 il 3 ay həbs cəzası verilib.

  • “Avromed”in keçmiş satış müvəkkili məhkəmə qarşısında – Nədə ittiham olunur?

    Azərbaycanın əczaçılıq bazarında əsas oyunçulardan olan “Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş satış müvəkkili Elşən İlyaslının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyulun 3-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

    Elşən İlyaslı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir. Bu maddədə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Avromed Company” QSC iş üzrə zərərçəkən qismində tanınıb.

    “Avromed Company” uzun illər deputat Cavanşir Feyziyevin şirkəti tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışıb.

    İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

    “Avromed”in açıqlamasında sonradan qeyd edilib ki, deputat 2016-cı ildə səhmlərini satıb. Bununla belə, hələ də şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var.

  • Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    İyulun 2-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin, iyulun 4-də “Atabank” ASC-nin, iyulun 11-də isə “AGBank” və “Bank of Azerbaijan” ASC-lərin, “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Dəmir Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 56 ünvanındakı dəyəri 75 min manat olan 55,65 kv.metrlik, “Atabank”a məxsus Lənkəran şəhəri, Həzi Aslanov Xiyabanındakı dəyəri 600 min manat olan 301 kv.metrlik, “AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik, “Bank of Azerbaijan”a məxsus Qazax rayonu, Daş Salahlı kəndindəki dəyəri 25 min manat olan 24,5 kv.metrlik, “Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik və Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 ünvanındakı dəyəri 485 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.

  • Marsda qeyri-adi quruluşu olan daşlar tapıldı: Bu, yeraltı su axınının nişanəsi ola bilər

    ibarət qəribə struktur tapıb. Qayanın xüsusiyyətləri bu yerdə yeraltı su axınlarının mövcudluğunu göstərə bilər.

    Qaynarinfo xəbər verir ki, cihaz tapıntını Marsın qayalıq ərazisi olan “Parlaq Mələk” yaxınlığında aşkar edib.

    Rover “Parlaq Mələk”ə yaxınlaşdıqda astronomlar qeyri-adi açıq rənginə görə adını almış yerin ilk yaxından görünüşünü əldə ediblər.

    Cihaz su ilə qarşılıqlı təsirdən yaranan mineral damarlara bənzəyən iti silsilələri olan daşları qeydə alıb.

    Bəzi daşların üstündə astronomların zarafatla “popkorn” adlandırdıqları kiçik kürəciklər var. Süxurların belə quruluşu bu yerdə əvvəllər yeraltı suların axdığını göstərir.
    Yerli mənzərəni tədqiq etdikdən sonra Perseverance yüksək sürətli qazma ilə torpağı qazmağa başlayıb. Daha sonra azot qazı ilə səthi üfürərək tozdan təmizləyib.

    “Bundan sonra rover tədricən qayaya dırmaşacaq, yol boyu ölçmə aparacaq. Daha sonra roverin qolundakı alətlərin köməyi ilə aşındırıcı material diqqətlə yoxlanılacaq və ondan ətraflı kimyəvi məlumatlar əldə ediləcək”, – NASA bildirib.

    Rover əks olunan işığı ölçmək üçün planetin səthinə rentgen şüası saçan cihazdan istifadə edəcək.

    Əldə edilən məlumatlar hələ də “Parlaq Mələy”in təbiətini və onun Neretva Mars çayının keçmiş vadisi ilə necə əlaqəli olduğunu başa düşmək üçün kifayət deyil.

    Astronomlar hazırda “popkorn qayası” nümunələrinin Yerdəki Mars süxurlarının kolleksiyasına əlavə edilib-edilməyəcəyinə qərar vermək üçün planeti tədqiq etməyə davam edirlər.

    Daha əvvəl Marsda güclü günəş fırtınası haqqında danışmışdıq ki, bu da planetin orbitindəki alətləri sıradan çıxarıb.

  • Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib

    Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

    “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı icra başçısı Naim Cahidzadə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Yusif Mirabbas oğlu Seyidov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

  • Samuxda “Son Zəng”lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən azad olunub

    Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

    Bu barədə  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

    Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

    “Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.

  • Президент COP29 провел ряд встреч в Лондоне в рамках климатической недели

    Министр экологии и природных ресурсов, президент COP29 Мухтар Бабаев провел ряд встреч в Лондоне в рамках климатической недели.

    Об этом говорится в публикации на странице COP29 в соцсети “Х”.

    Министр Мухтар Бабаев провел встречу с главой гендиректората Европейской комиссии (ЕК) по энергетике Дитте Юль Йоргенсен, в ходе которой обсуждены вопросы общих обязательств по решению проблемы изменения климата и реформы климатического финансирования на COP29.

    Президент COP29 также провел встречу c президентом 26-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP26) Алоком Шармой.

    “Благодарим президента COP26 Алока Шарму за то, что поделился с командой COP29 ценными идеями о том, как международное сообщество может достичь согласия по реагированию на изменение климата”, – говорится в публикации.

    29-я сессия Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) пройдет в Баку в ноябре этого года. Решение об этом было принято на пленарном заседании COP28, состоявшемся в Дубае 11 декабря 2023 года. В рамках мероприятия столица Азербайджана примет около 70-80 тысяч иностранных гостей.

  • COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib

    Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib.

    Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

    M.Babayev Avropa Komissiyasının energetika üzrə baş direktorluğunun rəhbəri Ditte Yul Yorqensen ilə görüş keçirib. Görüş zamanı COP29 çərçivəsində iqlim dəyişikliyinin həlli və iqlim maliyyəsi islahatı üzrə ümumi öhdəliklər məsələləri müzakirə edilib.

    COP29 prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Alok Şarma ilə də görüşüb.

    Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.