Month: June 2024

  • Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb

    Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.

    Anlaşma memorandumunu baş prokurorun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.

    Qeyd edək ki, memorandum ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.

  • Анонсировано скорое начало работы над 15-м пакетом санкций против России

    Страны Евросоюза начнут работать над 15-м пакетом санкций против России сразу после принятия 14-го пакета ограничений.

    Об этом сообщила министр иностранных дел Финляндии Элина Валтонен по прибытии на встречу глав МИД ЕС в Люксембурге.

    “Я рада 14-му пакету санкций. Да, его обсуждение заняло много времени. Конечно, работа над следующим пакетом начнется немедленно”, – сказала глава внешнеполитического ведомства.

    20 июня послы ЕС согласовали 14-й пакет санкций против России, который включает запрет на транзит российского сжиженного природного газа (СПГ) через порты Евросоюза, а также, по информации портала EUobserver, ограничения против 69 физических и 47 юридических лиц.

    Теперь его должен принять Совет ЕС на уровне министров, после чего он будет опубликован и вступит в силу. Еврокомиссия стремится символически ввести его в действие до намеченного на 25 июня начала переговоров о приеме в ЕС Украины и Молдовы. Как сообщил журналистам в Брюсселе высокопоставленный представитель ЕС, министры иностранных дел 27 стран Евросоюза утвердят 14-й пакет антироссийских санкций 24 июня.

    Источник: ТАСС

  • Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin anonsunu verdi

    Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.

    Məlumata görə, Aİ 14-cü sanksiyalar paketini iyunun 20-də razılaşdırıb. Bu paket çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.

    Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.

    Mənbə: TASS

  • Azərbaycanda taxılın qiyməti düşüb

    Azərbaycanda taxılın qiyməti düşüb.

    İqtisadiyyat.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

    Onun sözlərinə görə, 2023-cü ildə 1 kq taxılın qiyməti 50-60 qəpik civarında idisə, hazırda 30 qəpikdir.

  • “WhatsApp” istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı sınaqdan keçirir

    Artıq proqram vasitəsilə “WhatsApp”da telefon nömrələrini yığmaq olar.

    İstifadəçilərin uzun müddətdir gözlədiyi yeni yeniləmə hazırda sınaqdan keçirilir.

    Tətbiq vasitəsilə nömrələri yığmaq imkanı təqdim edən yeni funksiyanın cihazlarda mövcud olan telefon proqramları ilə rəqabət aparacağı gözlənilir.

    Bəzi beta istifadəçiləri indi tez zəng etmək və ya mesaj göndərmək üçün proqramdan çıxmadan telefon nömrəsini tez yığa bilərlər.
    //azxeber.com

  • Bakıda PULSUZ çimərliklər – Bu avtobuslarla getmək olar – SİYAHI

    Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.

    Baku.ws-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.

    Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

    Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.

    Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:

    Sahil Çimərliyi (Lökbatan)

    Yerləşdiyi Qəsəbə: Lökbatan
    Gediş Yolları: 149 nömrəli avtobus
    Buzovna Çimərliyi

    Yerləşdiyi Qəsəbə: Buzovna
    Gediş Yolları: 107 nömrəli avtobus
    Novxanı Çimərliyi

    Yerləşdiyi Qəsəbə: Novxanı
    Gediş Yolları: 123 nömrəli avtobus
    Görədil Çimərliyi

    Yerləşdiyi Qəsəbə: Görədil
    Gediş Yolları: 108, 134 nömrəli avtobuslar
    Pirşağı Çimərliyi

    Yerləşdiyi Qəsəbə: Pirşağı
    Gediş Yolları: 173 nömrəli avtobus
    Şıx Çimərliyi

    Yerləşdiyi Rayon: Səbail
    Gediş Yolları: 125, 127, 149 avtobuslar.
    Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.

  • Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan üç polislə vida mərasimi keçirilir

    Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan üç polislə vida mərasimi keçirilib.
     
    İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı incidentdə həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.

  • Qətlə yetirilən polis kapitanı məşhur müğənninin qohumu imiş – FOTO

    Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

    Qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısıoğludur.

    Bu barədə Elnar Xəlilov öz sosial şəbəkə hesabında bildirib.

    O, Eldəniz Məmmədovun fotosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.


  • Снят арест с имущества экс-главы ИВ на 10 млн манатов

    Арест, наложенный на имущество экс-главы Исполнительной власти Шамкирского района Алимпаши Мамедова, приговоренного к 11 годам и 6 месяцам лишения свободы, снят.

    Как сообщает Qafqazinfo, приговор был вынесен на заседании Гянджинского суда по тяжким преступлениям.

    В числе освобожденных от ареста объектов имущества – предприятие по выращиванию и переработке рыбы ООО Azforel (рыночная стоимость – 8 270 000 манатов), движимое и недвижимое имущество ООО Abad Şəmkir (рыночная стоимость – 1 335 000 манатов).

    Две квартиры А.Мамедова в Баку (рыночная стоимость 676 000 манатов) были конфискованы в пользу государства.

    * * * * *

    Экс-глава Исполнительной власти (ИВ) Шамкирского района Алимпаша Мамедов приговорен к 11 с половиной годам лишения свободы.

    Как сообщает Report, решение было принято на судебном заседании в Гянджинском суде по тяжким преступлениям.

    На заседании подсудимому было дано последнее слово. Затем суд вынес приговор – 11 лет и 6 месяцев лишения свободы.

    Отметим, что государственный обвинитель просил назначить А.Мамедову 13 лет.

    Напомним, Алимпаша Мамедов был арестован в ходе спецоперации Службы государственной безопасности в апреле прошлого года. Ему были предъявлены обвинения по статьям 179.4 (хищение), 193-1.3.2 (легализация денежных средств, полученных преступным путем), 308.2 (злоупотребление должностными полномочиями), 311.3.2 и 311.3.3 (повторное получение взятки в крупном размере) Уголовного кодекса Азербайджана. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

  • DTX-nin həbs etdiyi icra başçısının 10 milyonluq əmlakı üzərindən həbs götürüldü

    11 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun iki əmlakı üzərindən həbs qərarı götürülüb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

    Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

    A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.

    * * * * *

    Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.

    “Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib.

    Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub. Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

    Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.