Month: June 2024

  • Karantin rejiminin müddəti uzadıldı

    Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

    Nazirlər Kabineti bu barədə qərar verib.

    Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

    Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

  • Bakıda “ölüm zonası”: Burada yaşayanlar təhlükə qarşısındadırlar

    Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada ikinci sırada dayanır. Belə vulkanların böyük əksəriyyəti isə Abşeron yarımadası və Qobustan rayonu ərazisində yerləşir.

    Hazırda Bakının bir sıra qəsəbələrində yerləşən vulkan ocaqlarının bir çoxunun üzərində yaşayış təyinatlı evlər tikilib. Hətta bu tip evlərin demək olar ki, hamısında kommunal xətlər də mövcuddur. İstənilən vaxt fəallaşabilən palçıq vulkanları isə həmin ərazidə yaşayan sakinlər üçün birbaşa həyati təhlükə yaradır.

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan memar Faiq İsmayılov bildirib ki, vulkanik və sürüşmə zonalarında tikilən evlərin hamısı qanunsuzdur:

    “Vulkanik ərazilərdə və yaxud sürüşmə zonalarında tikilən evlərin hamısı qeyri-qanunidir. Biri var ki, hansısa təbii fəlakət və ya yer sürüşməsi olsun. Lakin bilərəkdən gedib vulkan ərazisində ev tikmək birmənalı olaraq qanunsuzdur. Bu məsələyə münasibət bildirmək dövlətin öz işidir. Artıq burada tikintilərin hüquqi baxımdan müdafiə oluna biləcək tərəfi yoxdur. Çünki bu kimi ərazilərdə tikilən evlər kimlərinsə, hansısa məmurların mənafeyi baxımından müəyyən qədər vəsait alınmaqla tikilib”.

    “Belə evlər istənilən vaxt vulkan təhlükəsi ilə qarşı-qarşıyadır və onlar belə hallardan sığortalanmayıb. Bu baxımdan vulkanik ərazilərin yenidən baxışı keçirilməli və analizlər aparılmalıdır. Sabah vulkan püskürən zaman onun radiusu, yayılma istiqaməti dəqiq öyrənilməlidir. Bundan sonra orada yaşayan əhaliyə nisbətən hansısa köməklik etməyin meyarı müəyyən oluna bilər. Buna başqa cür əncam çəkmək mümkünsüzdür”, – F.İsmayılov qeyd edib.

  • Vaqif Əsədov oğluna toy etdi – FOTO / VİDEO

    Təqaüdə göndərilən polis polkovniki Vaqif Əsədovun oğlu Pərvin Əsədovun toyu olub.

    Məclis şəhər restoranlarından birində keçirilib. Gecədə şou-biznes nümayəndələri iştirak ediblər.

    Toydan görüntülər sosial şəbəkədə paylaşılıb. Pərvin Röya adlı xanımla ailə qurub.

    Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov 2022-ci ildə təqaüdə göndərilib. Pərvin Əsədov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.



  • Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar

    Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    President.az-ın xəbərinə görə, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Hacıyev Rauf Vahid oğlu

    Yusifov Cavanşir Əmiralı oğlu

    “Tərəqqi” medalı ilə

    Abdullayev Əlimərdan Rəcəb oğlu

    Alxasov Vahid Feyruz oğlu

    Babayev Elturan Ağasəfər oğlu

    Babayev Mürvət Sıracəddin oğlu

    Cəlil Xoca Nailə Səyyad qızı

    Əhmədov Sabir Əhməd oğlu

    Əliyev Etibar İsmayıl oğlu

    Əliyev Səlaəddin Balağa oğlu

    Əliyeva Yeganə İsrafil qızı

    Əmənov İlham Lətif oğlu

    Əsədov Novruz Yunis oğlu

    Hacıyeva Elmira Qənbər qızı

    Həsənov İsmayıl Çoban oğlu

    Hüseynov Azad Əlibala oğlu

    Xəlilova Rəhilə Baxış qızı

    İmanov Mehdi Aydın oğlu

    Kərimova Şəhla Baxış qızı

    Qasımov Adəm Həsən oğlu

    Qasımov Osman Məstəli oğlu

    Qurbanov Elçin Hüseyn oğlu

    Məmmədov Cəlal Mirzağa oğlu

    Mirzəyev Əziz Mirzəağa oğlu

    Musayev Səid Əhəd oğlu

    Müslümov Fazil Ağaqulu oğlu

    Nəcəfov Etibar Əli oğlu

    Osmanova Ətayə Kərim qızı

    Pənahov Şəmsəddin Səlim oğlu

    Rəhimova Gülnarə Yusif qızı

    Səfərov Mahir Oruc oğlu

    Səmədzadə Əjdər Elman oğlu

    Şabanov Abdulkərim Şaban oğlu

    Şahbazi Bəhruz Əli oğlu

    Vəliməmmədova Arzu Həmzə qızı

    Vəliyev Akif Sozalı oğlu

    Zeynalov Əlipaşa Eldar oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Abaszadə Səidə Rizvan qızı

    Abbasəliyev Hüseynqulu Murtuza oğlu

    Abbasov Şahin Nazim oğlu

    Abbasova Nuranə Qulam qızı

    Abbaszadə Qəzənfər Aydın oğlu

    Abdullayev Hikmət Şamil oğlu

    Abdullayev İbrahim Fərrux oğlu

    Abdullayeva Şölə Tofiq qızı

    Ağalarbəyli Nuranə Məhərrəm qızı

    Ağamuradova Şamama Kamil qızı

    Ağayev Namiq Ataxan oğlu

    Ağayev Rüfət Surxay oğlu

    Ağazadə Afaq Məzahir qızı

    Alıyeva Ayna Xudat qızı

    Alqayev İlqar Yusif oğlu

    Alşanlı Aytən Suddar qızı

    Aşurova Dərya Zakir qızı

    Babayev Nazim Məhərrəm oğlu

    Babayev Zamiq Nurəli oğlu

    Bağırov Tahir Cahangir oğlu

    Bağırova Fatma Fərrux qızı

    Bayramov Anar Məmməd oğlu

    Bayramov Yusif Valeh oğlu

    Bədəlov Ataxan Əkbər oğlu

    Bədirxanov Zamin Ədalət oğlu

    Caniyev Səbuhi Fəxrəddin oğlu

    Cəfərov İsmayıl Həmid oğlu

    Cəfərov Ziya Mirzəbala oğlu

    Cəlilov Mustafa Məcid oğlu

    Cəlilov Ramin Ramiz oğlu

    Çələbizadə Lalə Vaqif qızı

    Dəmirçiyeva Sona Nəsib qızı

    Eyvazov Emin Rafail oğlu

    Əhmədli Yusif Elçin oğlu

    Əhmədov Süleyman Zahid oğlu

    Əhmədov Vüqar İlyas oğlu

    Ələkbərov Fərhad İslam oğlu

    Əlili Amil Ağaismayıl oğlu

    Əliyev Azad İbrahim oğlu

    Əliyev Babək Əbülfət oğlu

    Əliyev Cabir Həsən oğlu

    Əliyev Cavanşir Sərdar oğlu

    Əliyev Elxan Fərrux oğlu

    Əliyev Rauf Nurulla oğlu

    Əliyev Şəhriyar Yusif oğlu

    Əliyev Tural Rauf oğlu

    Əliyev Vəfadar Fariz oğlu

    Əliyeva Elnarə Yaşar qızı

    Əliyeva Fatimə Əsədulla qızı

    Əliyeva Gülnarə Şahvələd qızı

    Əlizadə Hüsaməddin Əbülfət oğlu

    Əlizadə Tural Azər oğlu

    Əmirov Elşən Həsənağa oğlu

    Əsgərov Mübariz Səhrab oğlu

    Əsgərova Şəkibə Əmirəhməd qızı

    Əzimova Kəmalə Mustafa qızı

    Əzizli Elçin İmran oğlu

    Feyzullayev Sənan Nadir oğlu

    Hacıyev Nəsir Fazil oğlu

    Hacıyeva Sevinc Məmməd qızı

    Hacızadə Anar İlham oğlu

    Həmidov Elşad İntiqam oğlu

    Həmidov Əhməd Ənvər oğlu

    Həmidova Aynur Eldar qızı

    Hənifəyev Elşən Oktay oğlu

    Həsənova Nəzrin Tərlan qızı

    Hüseynəliyev Kazım Yaşar oğlu

    Hüseynli Yaşar Şamil oğlu

    Hüseynov Arzu Lətif oğlu

    Hüseynov Emil Elman oğlu

    Hüseynov Hafiz Ədalət oğlu

    Hüseynov Hüseyn Əmrah oğlu

    Hüseynov Xoca Rafiq oğlu

    Hüseynova Ülkər Sahib qızı

    Xankişiyeva Emma Məhəmməd Nəbi qızı

    Xəlilov Anar Əhməd oğlu

    Xudiyev Ceyhun Vaqif oğlu

    İbrahimli Pərviz Oqtay oğlu

    İbrahimov Şahsoltan Yusif oğlu

    İmanov Məhəmməd Məhəbbət oğlu

    İsgəndərov Rasim Tofiq oğlu

    İsmayılov Asif Əlif oğlu

    İsmayılov Elman Ömər oğlu

    İsmayılov Tərlan Nazim oğlu

    İsmayılov Tural Vaqif oğlu

    İsmayılov Vəkil Eldar oğlu

    İsmayılova Fəzilə Həsənqulu qızı

    İsmayılova Nigar Rabil qızı

    İsmayılzadə Fuad Kamal oğlu

    Kərimov Əli Fikrət oğlu

    Kərimov Füzuli Təvəkgül oğlu

    Kərimov Rüfət Sədrəddin oğlu

    Kərimov Samir Elmi oğlu

    Kərimov Söhrab Məhərrəm oğlu

    Qarayev Cəmil Azər oğlu

    Qasımov Ceyhun Əli oğlu

    Qasımov Mahir Hüseyn oğlu

    Qazaxov Əli Bədrəddin oğlu

    Qəhrəmanov Elnur Əhliman oğlu

    Qəhrəmanov Vasif Vaqif oğlu

    Qəhrəmanova Almaz Oruc qızı

    Qəmbərova Ceyran Sətdər qızı

    Quliyev Emil Soltan oğlu

    Quliyev Nurəddin Süleyman oğlu

    Quliyev Ramiz Səmərxan oğlu

    Quliyeva Cəmilə Sabit qızı

    Quliyeva Natiqə Elçin qızı

    Quluzadə-Verdiyeva Aytəkin Yusif qızı

    Qumuxov Elsevər Əsgər oğlu

    Qurbanov Anar Famil oğlu

    Qurbanov Cavanşir Məmməd oğlu

    Qurbanov Xəqani Sayad oğlu

    Qurbanov Şahhüseyn İmamqulu oğlu

    Lətifova Esmira Nazim qızı

    Mamedov Abid Şaban oğlu

    Mansurova Qərənfil İsrayıl qızı

    Mehdiyev İlham Məmmədxan oğlu

    Mehdiyev Tehran Musa oğlu

    Mehraliyev Rövşən Ağabba oğlu

    Mehtiyev Babək Rasim oğlu

    Məcidova Gülər Tahir qızı

    Məmmədov Azad Tahir oğlu

    Məmmədov Azər Adil oğlu

    Məmmədov Bəxtiyar Elman oğlu

    Məmmədov Xəyal Asif oğlu

    Məmmədov Mehman Rza oğlu

    Məmmədov Orxan Məhəmməd oğlu

    Məmmədov Rza Məmməd oğlu

    Məmmədova Esmira Vaqif qızı

    Məmmədova Şamama Ələmməd qızı

    Məmmədova Vəfa İbrahim qızı

    Məmmədrəhimov Azər Şahverdi oğlu

    Mikayılova Vüsalə Mübariz qızı

    Mirzəhmədova İradə Xoca qızı

    Muxtarov Anar Ramiz oğlu

    Muradov Ceyhun Nizami oğlu

    Muradova Gülsabah Heybət qızı

    Mustafayev Rasim Yaqub oğlu

    Nəbiyev Rəhman Qoca oğlu

    Nəcəfova Zülfiyyə Zöhrab qızı

    Nəsibov Emin Səfyar oğlu

    Nəsirov Elnur Nəsir oğlu

    Novruzov Elçin Səfəralı oğlu

    Nurəliyeva Mənzərxanım Fikrət qızı

    Nuriyev Seymur Malik oğlu

    Orucov Elmar Ömər oğlu

    Paşayev Elman Faxrəddin oğlu

    Pirverdiyev Mübariz Ramiz oğlu

    Rəcəbov Elçin Həsən oğlu

    Rəhimli Fəxri Kəlbi oğlu

    Rəsulov Anar Mənsur oğlu

    Rəşidov Mürşüd Fəxrəddin oğlu

    Rumzadə Rəşid Faiq oğlu

    Rüstəmov Məmməd Vaqif oğlu

    Rüstəmov Vitali Baxış oğlu

    Rzayev Anar Məmməd oğlu

    Rzayev Orxan Vəli oğlu

    Rzayev Yaşar Əziz oğlu

    Sadıqova Rəna Gündüzovna

    Sarıkişiyev Sərvər Vaqif oğlu

    Seyfullayev Məhəmmədəli Seyfulla oğlu

    Seyidova Günel Miryusif qızı

    Səfərova Nuranə Sabir qızı

    Szorg-Eminova Sərvinaz Şahin qızı

    Tağıyev Anar Əflan oğlu

    Tağıyev Əcəmi Sabir oğlu

    Tağıyeva Aynurə Natiq qızı

    Talıbzadə Təyyar Vasif oğlu

    Usubəliyev Asif Adil oğlu

    Vahidov Vahid Habil oğlu

    Vəliyev Vüqar Yusif oğlu

    Yusifov Rəşid İsmayıl oğlu

    Yusif-zadə Tamerlan Namiq oğlu

    Zamanov Kazım Həsən oğlu

    Zamanova Aynurə Fəqani qızı

    Zamanova Leyla Zaman qızı

    Zülfüqarov Asim Asəf oğlu.

    Həmçinin dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilir:

    Babayeva Ülkər Əskər qızı

    Dadaşov Mehdi Tələt oğlu.

  • 18 qat SSRİ çempionu vəfat etdi

    Məşhur sovet tennis ustası və şərhçisi Anna Dmitriyeva 83 yaşında vəfat edib.

    18 qat SSRİ çempionu olan Anna Dmitriyeva 2004-cü ildə Rusiya Tennisinin Şöhrət zalına daxil edilib.

    “SSRİ-nin Əməkdar idman ustası”, “Rusiya Federasiyanın Əməkdar mədəniyyət işçisi” adlarına layiq görülən Anna Dmitriyeva karyerasını başa vurduqdan sonra uzun illər televiziyada şərhçi kimi çalışıb.

  • В Мингячевире скончался сбитый микроавтобусом велосипедист

    В Мингячевире скончался велосипедист, сбитый микроавтобусом.

    По информации Unikal, жизнь Халиса Гулиева (1984 г.р.), которого вчера сбил микроавтобус, спасти не удалось, мужчина скончался в медучреждении.

    По данному факту ведется расследование.

  • Mikroavtobusun vurduğu velosipedçi öldü

    Mingəçevirdə mikroavtobusun vurduğu velosipedçi ölüb.

    “Unikal”ın məlumatına görə, dünən mikroavtobusun vurduğu 1984-ci il təvəllüdlü velosipedçi Xalis Zülfüqar oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

    O, xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • 3 polisi öldürənin qonşuları danışdı – VİDEO

    Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
     
    O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.
     
    Median.Az APA TV-nin reportajını təqdim edir:

  • Ötən həftə azad olunan ərazilərdə 187 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə iyunun 17-23-də 108 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 204 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən 946,3 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

  • Baş prokuror: Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb

    Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

    Bu barədə Xankəndidə APA-nın müxbirinin sualına cavab olaraq Baş prokuror Kamran Əliyev deyib.

    O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:
    “Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.