Month: June 2024

  • Стало известно количество скончавшихся в прошлом году студентов

    В 2023 году скончались 55 студентов.

    Как передает АПА, об этом говорится в 12-м номере журнала “Абитуриент”.

    Было отмечено, что 33 из них были студентами бакалавриата, 1 – магистратуры, 10 обучавшихся на базе полного среднего образования, 11 – общего среднего образования.

  • Ötən il vəfat edən tələbələrin sayı AÇIQLANDI

    2023-cü ildə 55 tələbə vəfat edib.

    APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

    Bildirilib ki, vəfat edənlərdən 33-ü bakalavriat, biri magistratura, 10-u tam orta, 11-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbə olub.

  • Tanınmış idmançı gəlinini amansızlıqla öldürən qayınatanın yaxınlarından 155 min alıbmış – FOTO

    Üç ildir həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb yenidən cinayət məsuliyyətinə cəlb edilib. 7 il 6 həbs cəzası verilmiş S.Rəcəb bu dəfə kikboksinq üzrə dünya çempionu Elman Mirzəyevlə əlbir olaraq dələduzluq etməkdə təqsirləndirilir.

    “Qafqazinfo” Səbuhi Rəcəbin cinayət işi ilə bağlı maraqlı epizod əldə edib.

    S.Rəcəb barəsində yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.

    Bu məqamda xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banı Məhərrəmovanı balta ilə doğrayıb, daha sonra hissələrini toplayaraq zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətdiyini etiraf etdiyi ifadəsi yayılıb.

    Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.

    İ.Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən, S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirməli imiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, Apellyasiya Məhkəməsi vasitəsilə İdris Məhərrəmovun cəzasını şərti cəza ilə əvəz etdirəcək.

    Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldadıldıqlarını biliblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.

    Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İttihamda deyilir ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər.

    Müttəhim idmançıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.

  • Lənkəranda kişi faciəli şəkildə ölüb

    Lənkəranda 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

    Bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Əliqulu oğlu Rəhimovun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.

    İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Налет на частный дом в Шабране: убиты женщина и её супруг – ФОТО (Обновлено)

    Ариф Гусейнов, получивший ранения во время налета на дом в Шабране, скончался в медучреждении.

    Как передает Report, он был госпитализирован в бакинскую больницу “Нефтчиляр”.

    Несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    * * * * *

    Стали известны подробности налета на частный жилой дом в Шабране.

    Как передает Bizim.Media, нападавшие ранили хозяев дома Гюльнару и Арифа Гусейновых топором в область головы.

    В результате женщина скончалась на месте инцидента, а состояние ее супруга оценивается как тяжелое.

    По данному факту в прокуратуре Шабранского района возбуждено уголовное дело.

    Согласно информации, Г.Гусейнова была учителем школы №3 города Шабран.

    Представляем ее фото:

    * * * * *

    24 июня в полицию поступила информация о смерти Гюльнары Гусейновой, наступившей в результате травм, нанесенных режущим инструментом, и ранении ее мужа Арифа Гусейнова в одном из частных домов Шабранского района.

    Как сообщили в губинской региональной группе пресс-службы МВД, сотрудники полиции задержали по подозрению в совершении данного преступного деяния ранее судимого Эльчина Фарзалиева (1983 г.р.), принимаются меры по задержанию его соучастника.

    Дополнительная информация будет предоставлена позже.

    * * * * *

    В Шабранском районе неизвестные проникли в частный дом и убили его владелицу, сообщает Report.

    По предварительной версии, злоумышленники проникли в дом с целью кражи, однако убили проживавшую в доме Гюльнару Гусейнову и тяжело ранили ее супруга Арифа Гусейнова (1966 г.р.).

    Мужчина был госпитализирован, на место происшествия прибыли сотрудники правоохранительных органов.

    По данному факту проводится расследование.

  • Şabranda evə basqın: Ölənlərin sayı ARTDI – FOTO (Yenilənib)

    Şabran rayonunda evə basqın zamanı yaralanan Arif Qaspar oğlu Hüseynov da xəstəxanada ölüb.

    “Report”un məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.

    * * * * *

    Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüat məlum olub.

    Bizim.Media-nın əldə etdiyi məlumata görə, basqın edən şəxslər ev sahibləri Gülnarə və Arif Hüseynovlara balta ilə baş nahiyələrindən xəsarət yetiriblər.

    Nəticədə qadın yerindəcə ölüb, həyat yoldaşının vəziyyəti isə ağırdır. Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb. Evə basqının tam səbəbi istintaqın sonunda məlum olacaq.

    Məlumata görə, Gülnarə Hüseynova Şabran şəhərindəki 3 saylı məktəbin müəllimi olub.

    Onun fotosunu təqdim edirik:

    * * * * *

    İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elçin Məmmədağa oğlu Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Şabranda evə basqın olub, ölən və yaralanan var.

    “Report”un məlumatına görə, Şabranın Üç sotlar yaşayış massivində fərdi yaşayış evlərdən birinə basqın olunub.

    İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən olan Gülnarə Şıxkərim qızı Hüseynova öldürülüb, onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Arif Qaspar oğlu Hüseynov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

    Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri elan edilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib. 436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

    Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

    Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

    İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb.

    Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.
    İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər.

  • Həkimdən AÇIQLAMA: “15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz”

    Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayının artdığını və ana ölümlərinin statistikasını təhlil edərkən, qadınların daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişdiyini bildirib.

    Mövzu ilə bağlı Demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayılova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.

    Səkinəxanım İsmayılova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:

    “Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq qeysəriyyə əməliyyatı etmək lazımdır”.

    Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklərlə üz-üzə qalmamağımız üçün qohum evliliyini məhdudlaşdırmalıyıq:

    “Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı immunitetdə, bədəndə bir patoloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanılmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı, 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını itirdi. Körpədən götürülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm”.

  • Prezident çoxtərəfli konvensiyanı təsdiq etdi

    “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanıb.

  • В Азербайджане продлен особый карантинный режим

    На территории Азербайджанской Республики продлен особый карантинный режим.

    Соответствующее постановление принял Кабинет министров страны.

    Согласно документу, в целях предотвращения распространения на территории страны коронавирусной инфекции (COVID-19), а также ее возможных последствий, срок особого карантинного режима на территории республики продлен до 06:00 1 октября 2024 года.

    Отметим, что ранее карантинный режим был продлен до 1 июля текущего года.