Month: June 2024

  • Malidə 11 müxalifətçi saxlanılıb

    Malinin paytaxtı Bamako şəhərində mülki hakimiyyətin geri qaytarılmasını tələb edən 11 müxalifətçi saxlanılıb.

    Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, həbs koalisiya liderinin evində təkbətək görüş zamanı baş verib.

    Məlumata görə, saxlanılanlar arasında seçkilərin keçirilməsi və siyasi hakimiyyətin qurulması ilə bağlı martın 31-də dərc edilmiş bəyannaməyə imza atan siyasi partiya və hərəkat rəhbərləri də var. Hazırda ölkədə bu partiyaların fəaliyyəti qadağan edilib.

  • Ronald Kuman: Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim

    “Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim”.

    Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Fransa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis Fransa kimi komandalara qarşı mübarizə aparmağın çətin olduğunu söyləyib: “Cəsarətli oynamağa çalışdıq. İstəyirdik ki, daha sürətli olaq və topu özümüzdə çox saxlayaq. Bizim hələ də böyüməyə ehtiyacımız var. Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim. Lakin düşünürəm ki, fransızlar da bu nəticədən narazı deyillər”.

    Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun matçında Niderland Fransa yığması ilə heç-heçə edib – 0:0.

  • В Загатале один человек погиб в тяжелом ДТП

    В селе Катех Загатальского района произошло тяжелое дорожно-транспортное происшествие, в котором погиб один человек.

    Об этом Median.Az сообщает со ссылкой на Министерство по чрезвычайным ситуациям.

    Было отмечено, что в Центр управления в кризисных ситуациях ведомства поступила информация о необходимости в помощи спасателей из-за возникшего ДТП.

    По вызову были привлечены спасатели Государственной службы пожарной охраны.

    При оценке оперативной обстановки на месте происшествия было установлено, что столкнулись грузовик İveco и легковой автомобиль Mercedes, один человек оказался в зажатом состоянии в легковушке.

    В результате мероприятий, проведенных спасателями, тело одного человека было извлечено из деформированного автомобиля и передано по назначению.

  • Zaqatalada yük avtomobili ilə “Mercedes” toqquşub, ölən var

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Katex kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İveco” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • AVRO-2024: Gürcüstan – Çexiya oyununda hesab bərabərləşdi

    Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan – Çexiya oyununda hesab açılıb.

    45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

    Georges Mikautadze penaltini dəqiq yerinə yetirib.

    Matçın ilk hissəsi bu hesabla başa çatıb.

    * * * * *

    Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

    Gürcüstan – Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

    Matçı almaniyalı Daniel Zibert idarə edir.

    Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

    Bu gün saat 20:00-da Türkiyə – Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulunn14-də başa çatacaq.

  • Bakıda məktəbin qarşısında yük maşını dəhşət saçdı: Əraziyə polis əməkdaşları CƏLB EDİLDİLƏR

    Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

    Əraziyə polis əməkdaşları cəlb ediliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan millisinin sabiq futbolçusunun oğluna 200 milyon avro qiymət qoydular

    “Napoli”nin prezidenti Aurelio De Laurentsi gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı 200 milyon avro qarşılığında satmağa hazırdır.

    Məlumata görə, klub prezidenti PSJ klubundan Xviça üçün 200 milyon avro tələb edib.

    Fransa klubunun rəsmiləri isə bu mövzunu müzakirə etmək üçün görüşmək istədiklərini bildiriblər.

    Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm çıxdığı 46 oyunda 11 qol, 9 assistlə yadda qalıb.

    Xatırladaq ki, Xviça 2000-ci ildə futbol üzrə Azərbaycan millisinin formasını geyinən Badri Kvaratsxeliyanın oğludur.

    B.Kvaratsxeliya 1997-98-ci illərdə Gəncənin “Kəpəz”, 1998-2005-ci illərdə “Şəmkir” klublarında çıxış edib.
     
    ///oxu.az

  • Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutuldu

    “İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda deyilir.

  • Россия и Азербайджан заговорили о переходе в расчетах на нацвалюты

    Россия и Азербайджан прорабатывают вопрос перехода в расчетах на национальные валюты.

    Об этом рассказал гендиректор Российского совета по международным делам (РСМД) Иван Тимофеев.

    “После последних санкций США против Мосбиржи возникли проблемы с расчетами. В настоящее время идут переговоры между Москвой и Баку о переходе на нацвалюты”, – заявил Тимофеев.

    Источник: РИА Новости

  • Bakı və Moskva ödənişlərlə bağlı yeni layihə üzərində işləyirlər

    Rusiya və Azərbaycan milli valyutalarla hesablaşmalara keçmək məsələsini müzakirə edirlər.

    Bu barədə Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev deyib.

    “ABŞ-nin Moskva birjasına qarşı son sanksiyalarından sonra hesablaşmalarda problemlər yarandı. Hazırda Moskva və Bakı arasında milli valyutalara keçmək barədə danışıqlar gedir”, – deyə Timofeyev bildirib.

    Mənbə: RİA Novosti