Month: June 2024

  • Bu gün Bülbülün doğum günüdür

    İyunun 22-si Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı Bülbülün doğum günüdür.

    Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub.

    O, 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb, 1909-cu ildə isə Gəncəyə köçüb.

    Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

    1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub.

    Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (“İbn-Salam”), “Əsli və Kərəm” (“Kərəm”), Z.Hacıbəyovun “Aşıq Qərib” (“Qərib”) operasında oynayıb.

    1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R.Qraninin sinfini) bitirib. Bundan sonra o, Vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    1932-ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılıb. Bu Kabinet Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənməsi ilə məşğul olub.

    Sonralar məhz Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranıb və 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə məhz İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

    Bülbül aşıq yaradıcılığına dair şifahi materialların – xalq nağılları, əfsanələr, dastanlar, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmində toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısı olub.

    1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.

    1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa Real məktəbinin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olub.

    O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

  • TikTok İnstaqrama rəqib olacaq yeni tətbiqini təqdim etdi

    TikTok yeni sosial media tətbiqi olan “Whee”ni təqdim edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Məlumata görə, proqram istifadəçilərə yalnız fotoşəkilləri paylaşmağa imkan verir. Ötən aylarda 30 dəqiqəlik videolarla yutubda yer almağa hazırlaşan TikTok instaqrama rəqib olacaq tətbiqi hazırlayıb.

    “Whee” adlı foto tətbiqi hazırda “Google Play Store”da test mərhələsindədir.

  • Əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun BU TARİXDƏ QÜVVƏYƏ MİNƏCƏK

    Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hazırda qan qohumu (əmi, xala, biri, dayısı qızı ilə nişanlı olanlar – red) ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib.

    Komitə sədri report-a açıqlamasında deyib ki, Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsi 1 il sonra qüvvəyə minəcək.

    Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təminb etməkdir :

    “Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz”.
    Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir :

    “Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər”.

  • Изменен перечень товаров, ввоз которых для освобожденных территорий освобожден от НДС

    Внесены изменения в перечень техники, технологического оборудования и установок, а также сырья и материалов по отраслям экономической деятельности и товарной номенклатуре, импорт которых для освобожденных от оккупации территорий Азербайджана освобожден от налога на добавленную стоимость (НДС) и таможенной пошлины.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Со списком можно ознакомиться по ссылке.

  • Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK

    İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

    Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.

  • Paytaxtda avtomobillər üçün “hovuz”: Yaşayış kompleksinin həyəti su ilə doldu – VİDEO

    MİDA-nın Yasamaldakı yaşayış kompleksinin ərazisi yağışdan sonra sulara qərq olub.

    Bu barədə görüntülər baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, leysandan sonra yaşayış kompleksinin ərazisi gölməçəyə çevrilib. Nəticədə sakinlərin həm piyada, həm də avtomobillərlə hərəkəti çətinləşib.

    Bəzi yerlərdə yığılan suyun səviyyəsi o qədər artıb ki, avtomobil idarə etmək ümumiyyətlə mümkün olmayıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • İsmayıllıda kişi özünü elektrik naqili ilə asdı

    İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

    Kənd sakini Sergey İvanoviç Smagin yaşadığı evdə elektrik naqili ilə özünü asıb.

    İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Çimərlikdə qadın çantası oğurladı – VİDEO

    İyunun 20-də Şıx çimərliyində bir qadının içərisində pulu, mobil telefonu, qızıl üzüyü, sənəd və bank kartları olan çantası oğurlanıb.

    Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Füzuli Soltanov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, oğurluq əməlini törətmiş şəxs nəzarətsiz qalan masaya gələrək çantanı oğurlayır və yoluna davam edir. Bununla bağlı görüntülər isə təhlükəsizlik kamerasında lentə alınıb.

  • Həbsdə olan general azadlığa çıxmaq istəyir

    Doqquz ildir həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir.

    Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.

    Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.

    Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.

    Qeyd edək ki, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Şamaxıya sel gəldi, adamlar avtomobildə köməksiz qaldılar – VİDEO

    Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan üç nəfər təhlükəli vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.

    Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “Niva” markalı minik avtomobilində olan üç nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.