Month: June 2024

  • Sel yolu iki yerə böldü, sakinlər şikayətləndilər – VİDEO

    Son günlər yağan güclü leysanın ardınca gələn sel Şamaxıda bir sıra fəsadlara yol açıb.

    Sel suları Məhəmməd Əmin Rəsulzadə küçəsinin asfalt örtüyünü dağıdıb, kanalizasiya sistemləri sıradan çıxıb, həyətyanı sahələri su basıb. Nəticədə sakinlərə ciddi ziyan dəyib.

    Təbiət hadisəsi qarşısında aciz qalan sakinlər bildirirlər ki, şikayətlərinə baxan yoxdur:

    “Sel suları ilə birlikdə kanalizasiya suları da hər yeri basır. Qoxudan küçədən keçə bilmirik. Hər yerə şikayət etmişik, maraqlanan yoxdur”.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Şahin Diniyev: “Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür”

    “Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür”.

    Bunu “Report”a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.

    57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından ortasəviyyəli komanda olduğunu söyləyib:

    “Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər. Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır, ikinci oyunda isə daha sürətli və keyfiyyətli oynamağa çalışır. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular”.

    Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb:

    “O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə kifayət qədər güclüdür. Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da “dişsizlik” var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyə və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik”.

    Qeyd edək ki, Türkiyə – Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

  • Ağsu dolaylarında yabanı halda bitən iki tona yaxın çətənə kolu məhv edilib

    Ağsu dolaylarında yabanı halda bitən 1,6 ton çətənə kolu məhv edilib.

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş – 2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağsu dolaylarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Ümumi çəkisi 1 ton 650 kiloqram olan 3127 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

  • “TikTok”da tanış oldu, alçaldıb əzab verərək videoya çəkdi – Bir dəfə bağışlanan cinayətkara HÖKM

    Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib.

    Məlum olub ki, Əli Məmmədov “TikTok” sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Aysu (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Aysunun hamilə qalması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Ə.Məmmədov qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib. O, xanımı dostunun evinə apararaq orada amansızlıqla döyüb, başından, ağzından, sifətindən və digər nahiyələrindən ağır xəsarətlər yetirib. Qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və bunu videoya çəkən Əli daha sonra onu başqa evə apararaq dörd gün müddətində orada saxlayıb. Burada da Aysunu dəfələrlə döyərək xəsarətlər yetirib. Həmçinin, hamama salaraq alçaldıcı hərəkətlərlə qadını təhqir edib və etdiyini lentə alıb.

    Beş gün müddətində qızından xəbər ala bilməyən Aysunun anası polisə müraciət etdikdən sonra onların yeri müəyyən edilib və Əli Məmmədov saxlanılıb. Onun telefonundan qıza qarşı etdiyi hərəkətləri əks etdirən dörd video aşkar edilərək istintaq materiallarına daxil edilib.

    Ə.Məmmədovun zorakılığı nəticəsində Aysu bətnindəki övladını da itirib.

    Bir müddət əvvəl cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri (əzab vermə – hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilinib. Ə.Məmmədova yeddi il həbs cəzası verilib.

    Qeyd edək ki, Ə.Məmmədov 2022-ci ildə də ağır cinayət törədibmiş. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıbmış.

  • Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsindən çıxarıldı

    Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

    “Qaynarinfo”nun məlumatına görə, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

    Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

    Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Elmin Ağamusa oğlu Həsənova həvalə edilib.

  • Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb

    Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

    Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

    Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

  • США решили закрыть оба отделения визового центра России в стране

    Власти США решили закрыть российские визовые центры в Вашингтоне и Нью-Йорке, дипломатов РФ также лишат возможности не платить налоги в стране.

    Об этом сообщил посол России в США Анатолий Антонов журналистам по завершении мемориальной акции “Свеча памяти” на территории посольства.

    “Каждый день против нас совершаются выпады. Вот и сегодня, буквально час тому назад, американцы прислали нам уведомление о том, что закрывается визовый центр. И теперь на плечи российских дипломатов, консулов ложится дополнительная нагрузка”, – сказал он, отметив, что работа продолжится.

    По его словам, посольство бросит все свои силы для того, чтобы обеспечить россиян необходимым правовым и консульским обеспечением.

    Помимо этого, Вашингтон отобрал у дипломатов РФ карточки освобождения от налога, которые предполагают привилегии в любой стране, позволяющие им жить и не платить налоги в местную казну, добавил А.Антонов.

    Источник: ТАСС

  • Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

    ABŞ Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəlib.

    Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov açıqlama verib.

    Səfirin sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin vəziyyəti getdikcə pisləşir.

    O əlavə edib ki, Hyuston və Nyu-Yorkdakı baş konsulluqlar işçi qüvvəsindən məhrum edilib, bununla belə, artan iş yükünə baxmayaraq konsulluq xidmətləri davam etdiriləcək.

    Həmçinin ABŞ Rusiya diplomatlarını vergi imtiyazlarından məhrum edir.

    “Onlar bizdən vergidən azad olma barədə kartımızı alıblar. Bu kartlar diplomatların hər hansı bir ölkədə yaşamasına və yerli büdcəyə vergi ödəməməsinə imkan verən imtiyazları nəzərdə tutur”, – deyə səfir bildirib.

    Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Rusiyadan olan müraciətçilərin demək olar ki, yarısına B1/B2 kateqoriyalı viza verməkdən imtina edib.

  • Qurban kəsmək niyyətləri faciə ilə bitdi

    Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.

    Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi “Hundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.