Month: July 2024

  • “Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır”

    Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı videomüraciət yayılıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”ya Azərbaycanın Rusiyadakı diplomatik missiyasından verilən məlumata görə, görüntülər həqiqəti əks etdirmir.

    “Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir. Bu video ilə bağlı tədbir görüləcək”,- nümayəndəlikdən bildirilib.

  • Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir

    SSSR Xalq artisti Sofiya Rotaru son vaxtlar İtaliyada məskunlaşıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat başladıqdan sonra 76 yaşlı müğənni Konça-Zaspanın elit Kiyev rayonundakı malikanəsində sığınaraq qastrol səfərlərini və korporativ fəaliyyətlərini dayandırıb. Lakin “Komsomolskaya Pravda” nəşri Sofiyanın İtaliyaya köçməsi haqda məlumat əldə edib.

    “Rotaru uzun illər ard-arda İtaliyanın Sardiniya adasında tətildə olub. Kiyevdən ora gedib. Sardiniya adasında Sofiya Mixaylovna 4 milyon avroya dəniz sahilində villa, 1 milyon avroya isə bir yaxta alıb” deyə, məqalədə yazılıb.

    Müğənniyə yaxın mənbə qeyd edib ki, Rotaru villa ilə yaxtanı oğlu Ruslanın adına rəsmiləşdirib. İndi Rotaru oğlu və həyat yoldaşı ilə Sardiniyada yaşayır. Nəvələri Anatoli və Sonya ABŞ-da məskunlaşıb. Onlar tez-tez nənələrini və valideynlərini ziyarət etmək üçün Sardiniyaya uçurlar.

    Məlumatda həmçinin vurğulanıb ki, sənətçiyə Dubaydakı çıxışları üçün 100-150 min avro təklif olunur. Lakin Rotaru bundan imtina edir. Onun demək olar ki, bütün musiqiçi qrupu Kiyevdə qalıb. Sənətçi indi pul dalınca qaçmır. Çünki o, Rusiyadakı karyerası ərzində yaxşı pul qazanıb.

    Sofiya Rusiyaya geri qayıtmağı planlaşdırmır. Onun Rusiya ərazisində çox sayda daşınmaz əmlakı var. Bir il əvvəl sənətçi Yaltadakı Qoqol küçəsindəki mənzilini satıb. Ulduz Yaltada başqa bir mənzilini də satıb. O, Rusiyada sahibi olduğu hər şeyi satışa çıxarıb.

  • RMİD Mətbuat günü ilə bağlı tədbir təşkil etdi – FOTO

    Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib.

    Səhər yeməyi masası ətrafında düzənlənən görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıb. Tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib. Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır. “Mətbuat cəmiyyətin güzgüsüdür” deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə , gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar. Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.

  • Bitum qiymətləri bu siyahıdan çıxarıldı

    Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərar əsasən, bitum qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

    Bu qərar 2024-cü il avqustun 1-dən qüvvəyə minir.

  • Назначен заместитель спецпредставителя президента в Агдамском, Физулинском и Ходжавендском районах

    Эльдар Рамиг оглы Сеидов назначен заместителем специального представителя президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах.

    Об этом сообщает Median.Az со ссылкой на представительство.

    Эльдар Сеидов до назначения являлся главным советником специального представительства президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах.

  • Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

    Eldar Ramiq oğlu Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

    Median.Az xəbər verir ki, bu barədə nümayəndəlikdən bildirilib.

    Qeyd edək ki, Eldar Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi olub.

  • Ввозимые в Азербайджан электробусы освобождены от таможенной пошлины

    Ввозимые в Азербайджан электробусы освобождены от 15-процентной ввозной таможенной пошлины.

    Как сообщает АПА, Кабинет министров внес изменения в «Товарную номенклатуру внешнеэкономической деятельности Азербайджанской Республики, ставки ввозных таможенных пошлин и ставки вывозных таможенных пошлин».

  • Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar idxal gömrük rüsumundan azad edilib

    Elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

    Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.

  • KİV: Aİ Şurası Ermənistanla viza rejimi üzrə danışıqlar təklifini dəstəkləyib

    Avropa İttifaqı Şurası Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlamaq təklifini dəstəkləyib.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Bildirilib ki, təklif 27 ölkə tərəfindən təsdiqləndikdən sonra Avropa Komissiyasına göndəriləcək. Bunun ardınsa isə sözü gedən qurum rəsmi İrəvanla danışıqların tarixini élan edəcəyi gözlənilir.

  • В Украине бывшего главу МВД обвинили в склонении чиновников к госизмене

    Государственное бюро расследований (ГБР) Украины заочно предъявило обвинение бывшему министру внутренних дел страны Виталию Захарченко в склонении должностных лиц к госизмене.

    Как передает Median.Az со ссылкой на lenta.ru, об этом сообщает ведомство в своем Telegram-канале.

    В ГБР заявили, что в 2022 году Захарченко звонил украинским чиновникам и уговаривал их подписать договор якобы о сдаче России украинских территорий.

    Ведомство также обвинило его в том, что в своих публичных выступлениях бывший министр положительно высказывается о представителях Вооруженных сил России.

    Виталий Захарченко занимал должность министра внутренних дел во времена правления президента Виктора Януковича, с 2011 по 2014 год.