Month: July 2024

  • Bakıda üç marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir

    Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

  • ЕС согласовал продление на полгода санкций против России

    Комитет постоянных представителей стран Евросоюза согласовал очередное продление на полгода, до конца января 2025 года, экономических санкций сообщества против России, введенных в 2014 году.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам дипломатический источник в ЕС.

    “Послы ЕС согласовали новое продление экономических санкций ЕС против России на шесть месяцев”, – сказал он. Это решение будет формально утверждено 22 июля на встрече глав МИД ЕС.

  • Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay uzatdı

    Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi təşkilatın Rusiyaya qarşı 2014-cü ildən tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması barədə qərar qəbul edib.

    Bu barədə Avropa İttifaqındakı diplomatik mənbədən məlumat verilib.

    “Aİ səfirləri qurumun Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması barədə razılığa gəliblər”, – deyə mənbə qeyd edib.

    Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

  • “28 may” ətrafında işlər nə vaxt yekunlaşacaq? – VİDEO

    Səkilər sökülüb, bordürlər çıxarılıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət metronun “28 May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydandan gedir.

    İş icraçılarından verilən məlumata görə, ərazidə söküntü işləri artıq yekunlaşır.

    Meydanın əvvəlki görkəmi dəyişəcək, daha işıqlı, ərtaf yaşıllıqlarla dolu olacaq. Binaların fasadı daha müasir və eyni rənglə bəzənəcək.

    Asfalt örtüyü ilə yanaşı müasir döşəmələrlə əhatə olunacaq. Piyada keçidləri rənglənərək yol örtüyü yenilənəcək.

    Bir aydır hasarlanan meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan əsaslı təmir-yenidənqurma işləri bu ilin payızında yekunlaşacaq.

    Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur.

    Həmçinin Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.

    Ətraflı süjetdə:

  • Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

    Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    “Report”un əldə etdiyi məlumata görə, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.

    O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, “Azərbaycan Ağır Atletika Federasiyası” İB-nin İH sədrinin müavini işləyib, hazırda “Azərbaycan Stolüstü Tennis Federasiyası” İB-nin vitse-prezidentidir.

  • Ağdamda avtomobil aşaraq yanıb, xəsarət alan var

    Ağdamda avtomobil yanıb.

    Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

    Rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı, 10 NS 315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub, yanğın söndürüıüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma başlanıb.

    ///APA

  • Azərbaycanda işlənmiş avtomobil alanlar yürüş fırıldağından necə qoruna bilərlər? (ARAŞDIRMA)

    Azərbaycanda işlənmiş avtomobil alanların ehtiyat etdikləri məsələlərdən biri maşının göstərilən yürüşünün (“probeq”) orijinal olub-olmamasıdır.

    Sirr deyil ki, təzə avtomobil almağa imkanı çatmayanlar arzularını köhnə maşın almaqla reallaşdırırlar və bu zaman bacardıqca kilometrajı az olan (150-200 min km-dən çox getməmiş) nəqliyyat vasitəsi əldə etməyə çalışırlar.

    Bunu avtomobilini satmağa çalışanlar da yaxşı bilirlər və maşını satışa çıxarmazdan əvvəl onun yürüşünü azaltmağa çalışırlar. Bəs bu cür fırıldaqdan necə qorunmaq olar? Kilometrajı dəyişmək bazara necə təsir edir?

    “Report” bununla bağlı araşdırma aparıb.

    Avtomobil bazarı üzrə ekspert Elnar Rzayev deyir ki, yürüşün saxta olub-olmadığını yoxlamaq üçün bir sıra üsullar var:

    “Məsələn, Azərbaycanda rəsmi dilerlərə məxsus servislərdə hər bir avtomobillə bağlı elektron tarixçə olur. Bu tarixçədə avtomobilə hansı kilometrajda hansı texniki qulluqların edildiyi qeyd olunur və beləcə, maşının real olaraq neçə km hərəkət etdiyini bilmək olur. Həmin məlumatlar avtomobilin sahibindəki servis kitabçalarında da olur və onların hesabına “probeq”in orijinal olub-olmadığını öyrənmək mümkündür”.

    Ekspertin fikrincə, yürüşün saxtalaşdırılması istənilən halda avtomobil bazarına mənfi təsir edir, işlənmiş maşınların sahiblərinə inamsızlıq yaradır, maşınların real dəyərindən baha qiymətə alınmasına və maliyyə itkisinə səbəb olur:

    “Yəni avtomobil alıcıları faktiki istifadə müddətini və vəziyyətini öyrənə bilmədikləri üçün alış-verişdə tərəddüd edirlər. Etibarsızlıq həm də bazarda avtomobil qiymətlərinin enməsinə və alıcıların daha diqqətli olmasına gətirib çıxarır. Alıcılar kilometrajı geri çəkilmiş avtomobillər üçün daha yüksək qiymət ödəyirlər, lakin avtomobilin faktiki texniki vəziyyəti ilə bağlı yanlış təsəvvür əldə edirlər. Bu isə alıcıların maliyyə itkilərinə səbəb olur. Satıcılar da saxta kilometrajlı avtomobilləri satmaqda çətinlik çəkirlər və bazarda nüfuzlarını itirirlər. Kilometrajın geri çəkilməsi qanunsuz hərəkət olduğuna görə bununla məşğul olan şəxslər ciddi problemlərlə üzləşə bilərlər”.

    E.Rzayev kilometrajı geri çəkməklə bağlı müxtəlif şəxslərin göstərdiyi xidmətin qiymətinin standart olmağını da bildirib:

    “Bunun xərci bir neçə amildən asılıdır. Məsələn, müasir avtomobillərdə mürəkkəb elektron sistemlər var və onlarda kilometrajı geri çəkmək çətin və bahalıdır. Köhnə modellərdə bu, asan və ucuzdur. Müasir avtomobillərdə kilometrajı geri çəkmək üçün xüsusi proqramlar və cihazlar satılır. Bu cihazların qiymətləri 100 manatdan 1 000 manata qədər və daha yüksək olur. Köhnə avtomobillərdə isə mexaniki müdaxilə ilə kilometrajı geri çəkmək mümkündür. Bəzi peşəkarlar bu xidməti göstərir və onların qiyməti xidmətin mürəkkəbliyinə görə dəyişir, müasir avtomobillərdə 100-500 manat və yaxud daha çox ola bilər. Mexanik müdaxilənin qiyməti isə (köhnə avtomobillər üçün) 50-200 manatdır. Kilometrajı geri çəkmək qanunsuz olduğuna görə, bu əməliyyatı yerinə yetirən şəxslər əlavə təhlükəsizlik tədbirləri görə və gizliliyi təmin etmək üçün əlavə xərclər çəkə bilər”.

  • Объявлены кандидаты в депутаты от ПЕА

    Обнародован список кандидатов правящей партии “Ени Азербайджан” (ПЕА), которые примут участие во внеочередных парламентских выборах 1 сентября.

    Как сообщает Report, список кандидатов размещен на сайте ПЕА.

  • YAP-ın deputatlığa namizədləri açıqlanıb – SİYAHI

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.

    “Report” xəbər verir ki, namizədlərin siyahısı YAP-ın saytında yerləşdirilib.

    Hakim partiyanın deputatlığa namizədləri:

    1 saylı Şərur – Sədərək Əsgərov Ziyafət Abbas oğlu;

    2 saylı Şərur-Kəngərli Novruzov Siyavuş Dünyamalı oğlu;

    3 saylı Babək – Şahbuz – Kəngərli Babayev Asiman Əli oğlu;

    4 saylı Naxçıvan şəhər İbrahimov Eldar Rza oğlu;

    5 saylı Babək – Naxçıvan – Culfa Həmzəyeva Ülviyyə Tapdıq qızı;

    6 saylı Ordubad – Culfa Rəhimzadə Vüqar Gəncəli oğlu;

    7 saylı Səbail Qarayev Əhliman Paşa oğlu;

    8 saylı Binəqədi birinci – Mirzəyeva Həcər Niyazi qızı;

    9 saylı Binəqədi ikinci Qafarov Kəmaləddin Nəsrəddin oğlu;

    10 saylı Binəqədi üçüncü Hüseynov Hümbət Rəhim oğlu;

    11 saylı Binəqədi – Qaradağ Xasayeva Səbinə Səməd qızı;

    12 saylı Xəzər birinci Maniyeva Aygün Şaitdin qızı;

    13 saylı Xəzər ikinci Əliyev Cəlahir Mirzəbala oğlu;

    14 saylı Xəzər – Pirallahı Rəsulova Vüsalə Elman qızı;

    15 saylı Yasamal birinci Quliyev Əli Dilən oğlu;

    16 saylı Yasamal ikinci Mirzəyev Həbib Adil oğlu;

    17 saylı Yasamal üçüncü Məmmədov Zaman Rəşid oğlu;

    18 saylı Nərimanov – Nizami – Binəqədi Babaşov Nizami Babaş oğlu;

    19 saylı Nərimanov birinci Məmmədov Hikmət Baba oğlu;

    20 saylı Nərimanov ikinci Vəliyev Samir Əhməd oğlu;

    21 saylı Nəsimi – Binəqədi İbrahimqızı Məlahət İbrahim qızı;

    22 saylı Nəsimi – Yasamal Hüseynov Xaliq İsa oğlu;

    23 saylı Nəsimi – Səbail Rəhimov Elnur Fidail oğlu;

    24 saylı Nizami birinci Rüstəmov Ramil Şahsuvar oğlu;

    25 saylı Nizami ikinci Əhmədov Əli Cavad oğlu;

    26 saylı Sabunçu birinci Hacıyeva Afaq Şirzad qızı;

    27 saylı Sabunçu ikinci Qasımova Səbinə Məmmədağa qızı;

    28 saylı Sabunçu üçüncü Qurbanov Taleh Mərifət oğlu;

    29 saylı Sabunçu dördüncü Abdullazadə İlahə İntiqam qızı;

    30 saylı Suraxanı birinci Fətəliyeva Sevinc Həbib qızı;

    31 saylı Suraxanı ikinci Quliyev Etibar Əliağa oğlu;

    32 saylı Suraxanı üçüncü Həsənova Afət Əbil qızı;

    33 saylı Xətai birinci Əliyev Yengibar Sərraf oğlu;

    34 saylı Xətai ikinci Zabelin Mixail Yuryeviç;

    35 saylı Xətai üçüncü Vəliyeva Pərvanə Bulut qızı;

    36 saylı Xətai -Suraxanı Hacıyeva Nərminə Aslan qızı;

    37 saylı Qaradağ Hüseynov Aydın Nəsir oğlu;

    38 saylı Gəncə birinci Həmzəyev Naqif Ələşrəf oğlu;

    39 saylı Gəncə ikinci Kərimzadə Pərvin Orxan qızı;

    40 saylı Gəncə üçüncü Quliyev Musa İsa oğlu;

    41 saylı Gəncə-Samux-Goranboy – Cəfərov Müşfiq Cəfər oğlu;

    42 saylı Sumqayıt birinci – Hüseynova Hicran Kamran qızı;

    43 saylı Sumqayıt ikinci – Mirkişili Tahir Famil oğlu;

    44 saylı Sumqayıt üçüncü – Vəliyeva Mehriban Hidayət qızı;

    45 saylı Sumqayıt dördüncü – Hacıyev Naib İsmixan oğlu;

    46 saylı Sumqayıt beşinci – Akimova Elnarə Seydulla qızı;

    47 saylı Sumqayıt-Abşeron-Qaradağ – Mustafayev Musa Musa oğlu;

    48 saylı Abşeron birinci – Məmmədova Nigar Fikrət qızı;

    49 saylı Abşeron ikinci – Xudayev Faiq Allahverdi oğlu;

    50 saylı Abşeron üçüncü – Namazov Ramid Zakir oğlu;

    51 saylı Şirvan – Əsədov Heydər Xanış oğlu;

    52 saylı Yevlax – Məmmədov İlham Kazım oğlu;

    53 saylı Yevlax-Mingəçevir – Hüseynli Əli Məhəmməd oğlu;

    54 saylı Mingəçevir – Mirzəzadə Aydın Böyükkişi oğlu;

    55 saylı Siyəzən-Quba-Xızı – Məmmədli Müşfiq Fazil oğlu;

    56 saylı Şabran-Xaçmaz – Süleymanlı Mahir Tahir oğlu;

    57 saylı Xaçmaz şəhər – Vəliyev Ağalar İsrəfil oğlu;

    58 saylı Xaçmaz kənd – Əskərova Könül Rəcəb qızı;

    59 saylı Quba – Məhərrəmzadə Əlibala Səttar oğlu;

    60 saylı Quba-Qusar – Bağırova Fidan Yusifəli qızı;

    61 saylı Qusar – Badamov Azər Camal oğlu;

    62 saylı Kürdəmir – Kazımova Yadigar Təvəkgül qızı;

    63 saylı Hacıqabul – Kürdəmir – Aslanov Aqil Rahil oğlu;

    64 saylı Salyan – Qurbanov Sadiq Haqverdi oğlu;

    65 saylı Salyan-Biləsuvar-Neftçala – Ağayev Emin Zülfüqar oğlu;

    66 saylı Saatlı – Ələkbərov Əziz Yusif oğlu;

    67 saylı Sabirabad – Əmiraslanov Əhliman Tapdıq oğlu;

    68 saylı Sabirabad – Şirvan Cəfərov Kamal Xaqani oğlu;

    69 saylı Biləsuvar – Əliyev Elməddin Saməddin oğlu;

    70 saylı Neftçala – Baxışov Fərhad Ceyhun oğlu;

    71 saylı Cəlilabad şəhər – Həsənov Malik Əvəz oğlu;

    72 saylı Cəlilabad kənd – Nəsirov Elman Xudam oğlu;

    73 saylı Masallı – Cəlilabad Əliyeva Aytən Ədalət qızı;

    74 saylı Masallı – Məmmədov Məşhur Şahbaz oğlu;

    75 saylı Yardımlı – Masallı Əliyev Sərvər Məlikməmməd oğlu;

    76 saylı Lənkəran – Masallı Paşazadə Cavanşir Hümmət oğlu;

    77 saylı Lənkəran şəhər – Əliyev Əlimərdan Ələkbər oğlu;

    78 saylı Lənkəran kənd – İsgəndərov Anar Camal oğlu;

    79 saylı Astara – Mahmudov Rəşad Məmmədqulu oğlu;

    80 saylı Lerik – Astara – Rəcəbov Elman Əliheydər oğlu;

    81 saylı İmişli – Məmmədov İsrafil Zakir oğlu;

    82 saylı İmişli-Saatlı – Salahlı Səyyad Adil oğlu;

    83 saylı Beyləqan – İsmayılov Şahin Əmir oğlu;

    84 saylı Füzuli – Məmmədov Namiq İbrahim oğlu;

    85 saylı Füzuli – Ağcabədi Cəfərov Dəyanət Cəmil oğlu;

    86 saylı Ağcabədi – Rzayev Tahir Musa oğlu;

    87 saylı Qobustan-Şamaxı-İsmayıllı – Novruzov Rasim Ramis oğlu;

    88 saylı Şamaxı Tağızadə Rəfail Vahid oğlu;

    89 saylı İsmayıllı Allahverdiyeva Xavər Şahı qızı;

    90 saylı Ağsu Hüseynov Əli Abbas oğlu;

    91 saylı Göyçay Əkbərov Fərid Əkbər oğlu;

    92 saylı Göyçay – Ağdaş Məmmədyarova Firəngiz Rafiq qızı;

    93 saylı Ağdaş Şahmuradov Anar Raqif oğlu;

    94 saylı Ucar Həsən Ramil Sahib oğlu;

    95 saylı Zərdab – Kürdəmir – Ucar İsmayılova Səliqə Oruc qızı;

    96 saylı Goranboy-Naftalan – Bədəlov Bədəl Şamil oğlu;

    97 saylı Tərtər – Ağdərə – Goranboy – Məmmədov Anar İlyaz oğlu;

    98 saylı Bərdə-Tərtər – Fətiyev Xanlar Nuru oğlu;

    99 saylı Bərdə – Yıldırım Fatma Vidadi qızı;

    100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər – Bayramov Kamran Fərhad oğlu;

    101 saylı Samux – Şəmkir – Qurbanlı Mübariz Qəhrəman oğlu;

    102 saylı Şəmkir şəhər – Qafarova Sahibə Əli qızı;

    103 saylı Şəmkir kənd – Həsənov Nurlan Urfan oğlu;

    104 saylı Gədəbəy – Hüseynova Sevinc Əmirəhməd qızı;

    105 saylı Tovuz – Gədəbəy Hüseynov İlkin Abbas oğlu;

    106 saylı Tovuz – Səfərov Nizami Abdulla oğlu;

    107 saylı Tovuz – Qazax – Ağstafa – Aslanova Humay Tofiq qızı;

    108 saylı Ağstafa – Kərimov Gülgün Kərim oğlu;

    109 saylı Qazax – Seyidov Səməd İsmayıl oğlu;

    110 saylı Balakən – Məhəməliyev Nəsib Məhəmməd oğlu;

    111 saylı Zaqatala – Balakən Mahmudova Vüsalə Yusif qızı;

    112 saylı Zaqatala – Əsgərov Asif Yunis oğlu;

    113 saylı Qax – Şəki Sayadov Mithad Bəhərçi oğlu;

    114 saylı Şəki şəhər – İskəndərov Vüqar Yapon oğlu;

    115 saylı Şəki kənd – Yusibov Niymət Yusif oğlu;

    116 saylı Qəbələ – Tağıyeva Ədilə Əli qızı;

    117 saylı Oğuz – Qəbələ – Şəki Qurbanov Eyvaz Daşdəmir oğlu;

    118 saylı Ağdam – Xocalı Məmmədov Elman Camal oğlu;

    119 saylı Ağdam – Məmmədov İbrahim Raqif oğlu;

    120 saylı Cəbrayıl – Qubadlı Məmmədov Ceyhun Valeh oğlu;

    121 saylı Laçın – Muradov Rövşən Şahbaz oğlu;

    122 saylı Xankəndi – Məmmədov Aqil Kamran oğlu;

    123 saylı Kəlbəcər – Əhmədova Aidə Ələsgər qızı;

    124 saylı Şuşa – Ağdam – Xocavənd Babışova Leyla Adil qızı;

    125 saylı Zəngilan – Qubadlı İsmayılov İmamverdi İbiş oğlu.

  • Sevgilisini videolarla şantaj edən şəxs həbs olundu

    Bakıda sevgilisinin intim görüntülərini sosial şəbəkədə yayan və ondan hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs olunub.

    “Qafqazinfo” xəbər verir ki, Şəki rayonunun kəndlərindən birinin sakini, 1994-cü il təvəllüdlü E.Vahabov cinayət məsuliyyətinə cəlb edilib.

    Məlum olub ki, o, əvvəllər də oxşar əməl törədib və barəsində cinayət işi açılmaqla axtarışa verilib. Axtarışda olduğu müddətdə restoranda başqa bir qadınla tanış olub və aralarında sevgi münasibəti yaranıb.

    E.Vahabov həmin qadınla paytaxtdakı hotellərdən birində bir neçə dəfə görüşüb. Bu müddətdə o, gizli şəkildə qadını videoya çəkib. Daha sonra isə həmin görüntüləri “Instagram” sosial şəbəkəsində yerləşdirib.

    Qadının tanışları həmin görüntüləri ona göndərərək yayılmış videolar barədə xəbər veriblər. Bundan sonra qadın E.Vahabova yazaraq bu əməllərinə son qoymasını tələb edib. O isə münasibətdə olduğu qadından 50 manat tələb edərək alıb. Kişi yenidən pul tələb etdikdə qadın polisə müraciət edib və faktla bağlı Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.

    Bir neçə gün əvvəl E.Vahabov həbs edilib. Həmçinin, Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.