Month: July 2024

  • Emin Ağalarovdan məkanı ilə bağlı yayılan videoya AÇIQLAMA – VİDEO

    Xalq artisti Emin Ağalarov sosial şəbəkədə sahibi olduğu istirahət mərkəzi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, o, bu barədə öz instaqram hesabında paylaşım edib.

    Görüntülərdə məkandan Xəzər dənizinə nəsə axıdıldığı əks olunub. Müğənni, iş adamı abunəçilərini yalnız təsdiqlənmiş faktlara etibar etməyə çağırıb:
    “Bu səhər internetdə məkan ərazisində bir boru vasitəsilə dənizə nəyinsə atıldığını göstərən videoya rast gəldim. Drenaj maşını necə işləyir? O, birbaşa marinadan su və qum vurur və müvafiq olaraq, onu dərinləşdirmək üçün böyük yaxtaların girə bilməsi üçün üç metr dərinliyə nail olmaq lazımdır.

    Qumdan başqa gah gil, gah qumun qəhvəyi, gah da qara rənginə rast gəlirsən. Amma bu, bizim buradan bura köçürdüyümüz sudur. Burada heç bir qoxu yoxdur, bizim Xəzər dənizimiz burada tamamilə təmizdir. Biz sadəcə onunla işləyirik”.

  • Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək

    Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.

    Dövlət Komissiyasından bildirilib ki, iyulun 18-də Aydın Əsədulla oğlu Qurbanov paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, Yaşar Ələkbər oğlu Kərimov Neftçala rayonunun Qaramanlı kəndində, Zahid Baxış oğlu Nağıyev Ağdam rayonunun Evoğlu kəndində, Akif İlyas oğlu Abbasov Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

    İyulun 19-da isə Rəhim Əlyar oğlu Rəsulov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, İbrahim Ələşrəf oğlu Vəliyev İmişli rayonundakı Şəhidlər xiyabanında, Bəxtiyar Əliş oğlu Hümbətov Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

  • Türkiyə Yunanıstan nazirinin təxribatçı bəyanatlarına sərt cavab verdi

    “Yunanıstan müdafiə naziri Nikos Dendiasın Kipr türklərini və Türkiyənin qəhrəman ordusunu hədəf alan alçaq, yalan və iftira dolu bəyanatını şiddətlə qınayırıq”.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

    Qurumdan bildirilib ki, Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn zəmanət hüququ əsasında fəaliyyət göstərən qəhrəman ordusu 1963-1974-cü illər arasında yunanlar tərəfindən hər cür zülmə məruz qalmış Kiprin türk xalqını soyqırımından xilas edib.

    “Türk əsgərinin cəsarəti və varlığı sayəsində 1974-cü ildən bəri Kiprdə qan tökülməyib, Yunanıstanın kipr-yunan xalqı üzərindəki xunta təzyiqi aradan qalxıb və Yunanıstandakı hərbi rejim yıxılaraq demokratiyaya qayıdış mümkün olub.

    Mehmetçik dünən və bu gün olduğu kimi, sabah da Kiprdə sülh və əmin-amanlığın təminatçısı olacaq.

    Yunanıstanın müdafiə nazirini iki ölkənin liderləri tərəfindən ortaya qoyulan və Türkiyə ilə Yunanıstan arasındakı münasibətləri konstruktiv yanaşma ilə inkişaf etməyi hədəfləyən ortaq mövqeni pozmağa çalışmaqdan əl çəkməyə çağırırıq.

    Cənab Dendiasın türk və yunan xalqları arasına fitnə salmaqla siyasi karyera qurmaq cəhdləri nəticə verməyəcək”, – deyə bəyanatda vurğulanıb.

  • “Fənərbaxça” “Sevilya”nın bombardirini almaq istəyir

    Türkiyənin “Fənərbaxça” klubu Yossef Ən-Nəsiri üçün danışıqlara başlayıb.

    AzxeberSport İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” da “Sevilya”da çıxış edən futbolçunu heyətinə qatmaq üçün danışıqları sürətləndirib.

    Türkiyə nəhənginin mərakeşli hücumçu üçün daha yüksək maaş və transfer məbləği təklif etdiyi bildirilib.

    Qeyd edək ki, ispan klubu ilə müqaviləsi gələn il başa çatacaq futbolçu son mövsümü uğurla başa vurub.

    41 matçda meydana çıxan hücumçu 20 qolla yadda qalıb.

  • “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 604 milyon manat qaytarılıb

    Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253 405 778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.

    “ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb. Layihənin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib”, – deyə məlumatda qeyd olunub.

  • Bu şəxslər 2000 manat cərimə ediləcək

    Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə yeni cərimələr müəyyənləşib.

    Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

    Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

    Bundan əlavə, Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1 000 manat məbləğində cərimə olunacaq.

  • DİN-dən müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA – VİDEO

    Sosial şəbəkələrdə polis əməkdaşının şübhəli şəxsi saxlamasına dair görüntülər yayılıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb.

    “Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.

    Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.

    Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir”, – deyə DİN-dən bildirilib.

  • “Gedişhaqqı 25-35 qəpiyədək düşə bilər” – İctimai nəqliyyatla bağlı yeni layihə…

    İctimai nəqliyyatda gedişhaqqının artırıldığı, keyfiyyətin isə hər keçən gün gerilədiyi bir vaxtda nəqliyyatla bağlı “Brutto müqavilələr”in zəruriliyi gündəmə gəlib. Bu barədə ötən yazımızda da bildirmişdik.

    Adıçəkilən müqavilə və onun şərtləri, gətirəcəyi yeniliklər və nə kimi problemləri aradan qaldıracağı ilə əlaqədar nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına müsahibə verib.

    “Brutto müqavilələr bir çox problemi aradan qaldıracaq. Misal, tez-tez səsləndirilən güzəşt məsələsi var. Onu da həll etmək olar. Bir neçə nəqliyyat vasitəsi dəyişən vətəndaşlar üçün bu, çox vacibdir. Pirallahıdan, Ələtdən, yaxud Sumqayıt kimi uzaq məntəqələrdən gələnlərin xərcləri çox böyükdür. Bu xərcləri azaltmaq üçün biznes modeli dəyişilməlidir. Beləliklə, hər km-ə görə daşıyıcıya subsidiya olunsun və tələblər də daha sərt olsun.

    Ötən il belə bir önəmli qərar qəbul olundu ki, indiyədək sərnişin və yükdaşıma üçün gərəkli lisenziya 1 illik verilirdisə, bundan sonra 7 illik verilir. Amma bunun ardı gəlməlidir. O da bax, indi gəlir. Yaxın həftələrdə, yaxud bu ay ərzində də ola bilər. Burada tam dəqiq vaxt deyə bilmirəm, amma qeyd etdiyimiz məsələ gündəmdədir. Həmin qərarın da bu yaxınlarda təşkili gözlənilir. Beləliklə, bu qərar – brutto müqavilələrə keçid bir çox məsələləri həll edəcək.

    Günümüzdə Polşaya gedən sürücülər var. Buna səbəb nədir? Çünki orada daha yüksək əməkhaqqı verilir. Bu gün verilən əməkhaqqı stresli bir iş olan ictimai nəqliyyat idarəediciliyi üçün qənaətbəxş deyil”.

    Ekspert qeyd edib ki, avtobus sürücülərinin aldığı 900-1000 manat əməkhaqqı onların zəhmət haqqını tam ödəmir. Bu da birbaşa xidmətin keyfiyyətinə öz mənfi təsirini göstərir:

    “Sürücü olmaq üçün peşəkarlıq lazımdır, 23-65 yaş aralığı və minimum 3 illik təcrübə olmalıdır. Bir də ən önəmlisi, əməkhaqqı işinə uyğun olmalıdır. Günümüzdəki 900-1000 manat əməkhaqqı onu ödəmir. Buna görə də ciddi qıtlıq var. Bu da birbaşa xidmətin keyfiyyətinə təsir edir. Həmin sürücünün əməkhaqqının artırılması üçün biznes modeli dəyişilməlidir. Dövlət subsidiya etməlidir ki, bu hesaba əməkhaqqı ala bilsinlər. Həmçinin, uzaq məntəqələrdən gələnlər üçün güzəşt tətbiq edə bilsinlər”.

    Ekspertin sözlərinə görə, brutto müqavilələrin tətbiqindən sonra ümumi gedişhaqqı yarıyadək düşə bilər:

    “Müəyyən vaxt aralığında – 60, 90 dəqiqəlik vaxt limitində keçidlərin pulsuz olması barədə nəzərdə tutulan güzəştlər tətbiq olunarsa, hansı ki, brutto müqavilələrdə bu cür həllər mövcuddur. Bu zaman qiymət yarı-yarıya düşmüş olur. Məsələn, birdəfəlik ümumi gediş 50 qəpikdir. Amma bu güzəşt tətbiq olunsa, qiymət 25-35 qəpiyədək düşə bilər. Yəni qiymətlər yarı-yarıya enə bilər. Bu baxımdan, brutto müqavilələrin tətbiqini zəruri hesab edirəm” – deyə, Rauf Ağamirzəyev əlavə edib.

    Məlumat üçün qeyd edək ki, brutto müqavilələrə keçidlə əlaqədar təklif hökumətə təqdim olunub və yaxın günlərdə dəyişiklikləri görmək mümkün ola bilər.

  • Azərbaycanda 80-ə yaxın vətəndaşın pulunu ələ keçirənlər tutuldular – VİDEO

    Azərbaycanda 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirənlər tutulublar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.

    Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər.

    Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card-to-card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.

    Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.

    Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

  • Чьи кандидатуры ПЕА не выдвинула на внеочередные парламентские выборы?

    Партия “Ени Азербайджан” (ПЕА) не выдвинула кандидатуры некоторых депутатов Милли Меджлиса (ММ) VI созыва на внеочередные парламентские выборы.

    Как сообщает Report, данное решение принято на сегодняшнем заседании правления партии.

    Согласно решению, не были выдвинуты кандидатуры депутатов ММ Васифа Талыбова, Исы Габиббейли и Огтая Асадова.

    Кроме того, правящая партия не выдвинула кандидатуру Саттара Мёхбалыева.