Month: July 2024

  • Qurban Qurbanov: “O, hansı komanda üçün gəlibsə, bilmirəm” – MÜSAHİBƏ

    “İlk növbədə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik etmək istəyirəm. Olimpiadadakı idmançılarımıza uğurlar arzulayıram”.

    İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Linkoln”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi ilə Bakıdakı cavab matçını şərh edib: “Komandamızı təbrik edirəm. Bu gün nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram”.

    – Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?

    – Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün də buradadırsa, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.

    – Artıq III təsnifat mərhələsində rəqibinizi gözləyirsiz. Sizin üçün “Lüdoqorets” uyğundur, yoxsa “Dinamo”?

    – Bu haqda düşünməmişəm. Hər ikisi haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. “Lüdoqorets” hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma “Dinamo” aqressiv və aktivdir, cavan oyunçuları çoxdur. Üstəlik, çox istəklidirlər.

    – Yeni mövsümdə Premyer Liqadan nə gözləyirsiz?

    – Dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olub. Çalışırıq ki, Premyer Liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunlarda xal itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də, sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. “Linkoln”la oyunlarda bəzi futbolçularda yorğunçuluq var idi. Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.

    Qeyd edək ki, səfərdə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” evdə də rəqibini 5:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.

  • İpək Yolu sübut edir ki, Azərbaycan və Çin… – Van Ley

    Çin qlobal təhlükəsizliyi, sabitliyi və inkişafı təmin etmək üçün “Bir kəmər, bir yol” təşəbbüsünü inkişaf etdirməyi təklif edir.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Van Ley Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.

    “Çin və Azərbaycan arasında dostluq əlaqələri əsrlər boyudur davam edir. Bunu hələ iki min il əvvəl ölkələri birləşdirən Böyük İpək Yolu da sübut edir. Çin və Azərbaycan səmimi və etibarlı dost və tərəfdaşdır. Hər iki ölkənin liderləri bu il Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılması haqqında birgə bəyanat imzalayıblar”, – o bildirib.

    V.Leyin sözlərinə görə, regional və beynəlxalq əməkdaşlıq vasitəsilə daha da sıxlaşan əlaqələrlə yanaşı, hər iki ölkənin dövlət başçılarının və yüksək səviyyəli hərbi komandirlərin rəhbərliyi altında hərbi əlaqələr də rəvan şəkildə inkişaf edib.

    “Bu, təkcə hər iki ölkənin əsas maraqlarına xidmət etmir, həm də qlobal və regional sülhə töhfə verir”, – o əlavə edib.

  • Məşhurluq qız tapmağa problem yaradır”

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddətdir ailə qurmaq istəsə də, hələ də real gəlin namizədi tapa bilməyib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger “Xəzər axşamı” proqramına müsahibəsində danışıb.

    O, jurnalistin “Bu qədər pərəstişkarınız var, amma bir xanım tapa bilmirsiniz” sualına “Hələ tapa bilməmişəm. Bu məsələdə məşhurluq problem yaradır” cavabını verib.

    Qeyd edək ki, bir neçə gün əvvəl bloger anasını gəlin namizədləri ilə tanış etdiyni, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.

  • “Qarabağ” ardıcıl 11-ci dəfə avrokubokun ƏSAS MƏRHƏLƏSİNDƏ

    “Qarabağ” ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

    İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməklə nail olub.

    Ağdam klubu bununla da qitə miqyaslı turnirlərin əsas raunduna vəsiqəni təmin edib. Azərbaycan çempionu “Linkoln” səddini keçməklə ən azı Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb. III təsnifat mərhələsində qələbə komandanı qitənin ikinci dərəcəli turnirinin əsas raunduna daşıyacaq. Pley-offdakı uğursuzluq isə çempionumuzun Konfrans Liqasının eyni mərhələsində iştirakını rəsmiləşdirəcək.

    “Qarabağ” ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas raundunda oynayacaq. Əvvəlki 10 mövsümdə pley-offdan sonra qrup mərhələsi başlayırdısa, cari mövsümdən etibarən 36 komandanın qatılacağı Liqa mərhələsi təşkil olunacaq.

    Ağdam təmsilçisi ÇL-in III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) (2:0) cütünün qalibi ilə qarşılaşacaq.

    Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Linkoln”u 2:0 və 5:0 hesabları ilə məğlub edib.

  • Gəncədə çaydan qadın meyiti tapılıb

    Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Yaylagül Ramazanova: Ümid edirdim ki, yarışda medal qazanacam

    Ümid edirdim ki, yarışda medal qazanacam.

    “Report”un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı bağlı danışarkən deyib.

    O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:

    “Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu mənim üçün böyük təcrübə oldu”.

    Qeyd edək ki, Y.Ramazanova kamandan oxatma yarışlarının 1/32 finalında çinli An Qixuana qalib gəlib. İdmançımız növbəti mərhələdə almaniyalı Mişel Kroppenə uduzaraq yarışla vidalaşıb

  • В Париже за драку с полицейскими задержали главного тренера сборной Франции по гребле

    Тренер сборной Франции по гребле на байдарках и каноэ Гийом Берж задержан в Париже за непристойное поведение и оказание сопротивления полицейским.

    Как передает Median.Az, об этом сообщает газета Le Parisien.

    Отмечается, что инцидент произошел прошлой ночью, когда 33-летний тренер сначала попытался сбежать, а затем ударил трех полицейских.

    Уточняется, что Бержа задержали после применения электрошокера, доставили в полицейский участок и поместили под стражу за сопротивление при задержании и умышленное насилие в отношении полиции.

    По данным издания, происшествие было снято на камеру одним из сотрудников полиции.

    Парижская прокуратура начала расследование.

  • Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb

    Kayak və kanoe üzrə Fransa milli komandasının məşqçisi Qiyom Berj Parisdə polisə müqavimət göstərdikdən sonra saxlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

    Hadisə ötən gecə baş verib. Belə ki, 33 yaşlı məşqçi 3 polisi vurub. Məşqçi elektroşoker istifadə etdikdən sonra saxlanılıb. O göstərdiyi müqavimətə görə və polisə qəsdən zorakılıq etdiyi üçün polis bölməsinə aparılaraq həbs edilib

    Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

  • Gürcüstana hərbi yardımı dayandırdılar

    Danimarka “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstana 4 illik hərbi yardımı dayandırıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Teona Akubardia Danimarka Xarici İşlər Nazirliyinin məktubuna əsasən bildirib.

    Krallıq 2023-cü ildə Gürcüstana hərbi yardım göstərməyə başlayıb, büdcə 71,5 milyon Danimarka kronu (təxminən 10,376 milyon ABŞ dolları) təşkil edib.

    Məktubda bildirilir ki, Danimarka Gürcüstan hökumətini Avro-Atlantik məkana qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırır.

    Deputatın sözlərinə görə, bu vəziyyət Gürcüstanın nüfuzuna xələl gətirir, suverenliyinə və ərazi bütövlüyünə ciddi çağırışdır.